Mənim Novruz xatirələrim - melek5

Mənim Novruz xatirələrim - melek5
Qadınlar.Co
10.09.2017 12
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.



Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  



Layihəmdə bu dəfə balaca şirinim melek5-i qonaq etdim. Görün bizim bu melek5 bajımızın başına nə oyunlar gəlib....



Mənim Novruz xatirələrim - melek5   melek5  Mənim Novruz xatirələrim - melek5

 

"Bir dəfə mən uşaq ikən 5-də oxuyanda hər kəs kimi mən də papaq atmağa getmişdim... onda dayım qızı və onun sinif yoldaşları da yanımda idi... biz getdik papaq atmağa, artıq 1-2 saat olmuşdu elə evə qayıtmağa hazırlaşırdıq ki, bir də gördük  hər kəs bizi axtarır... hər yanı ələk-vələk eləyiblər ki bu, qızlar hara gediblər... nəsə gedib eve çatdım, qəşəycə mama məni yoldu   :akk: nə gətirmişdimsə hamısını qırdı tökdü əla oldu... dedi sən nə gəzirsən bu saatda çöldə, yəni anladığınız o novruz günü haram oldu da mən...ə amma özümdə idi də günah... indi o günnən sonra papaq atmanı yığışdırdım, özümə qadağa etdim ... :122: Belə novruz bayramında ən yadda qalan günüm bu olubdu   :122:"

 

Mələyim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!