Mənim Novruz xatirələrim - isveç.de

Mənim Novruz xatirələrim - isveç.de
Qadınlar.Co
10.09.2017 4
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.



Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  



Layihəmdə bu dəfə canım isveç.de-ni qonaq etdim. Görün bizim bu Günay bajımızın başına nə oyunlar gəlib....

 

Mənim Novruz xatirələrim - isveç.de   isveç.de  Mənim Novruz xatirələrim - isveç.de

 

"Salam baci can :03: , çox sağ ol mənə də yer ayırdığına görə...  :mucux: Əvvala bütün Qadinlar.biz bacılarımı bu təravətli bahar bayramı münasibətilə təbrik edib sizlərə bahar təravəti arzu edirəm...   :dancing:

Keçək Novruzla bağlı xoş xatirələrə...

Bayram gecəsi qonşu qızlar zəng vurdular ki, Günay gəl gedək həm papaq ataq həm də ki, qulaq falına çıxaq...  :happy0005: :dans: qızlar bizim evəcən papaq ata ata gəlmişdilər, bizim zaborun dibinə yığdıqların qoydular, məni də götürüb getdik başqa məhəlləyə...  Qulaq falında nə eşitsəm yaxşıdı...  :23: ana qızına dedi ki, az qabı götur indi dalı-dalı gedib düşərsən içinə...   :122: :122: o il nişanlandım...   :yol:

 

 Mənim Novruz xatirələrim - isveç.de

 

keçək papaq işinə...  :cak: mən də heç nədən başım çıxmır da... Röya kimi ev qızıydım da  :hahahah:  :hahahah: papaq atdım bir qoz bir kanfet mənim papağıma qoydular... :vur:   a bir də yazıb qoyurduq ki, yumurta qoyun... :122:  :122: ən gülməli o oldu ki, atamın bahalı papağın atdım bir evə düz 1 saat gözlədik, xəbər çıxmadı... çıxıb gəldik... səhər ata gedib papağın alıb gəldi...  :122: evə gələndə gördük qızların bizim zaborun dibinə yığdıqların itlər dağıdıb   :122:  :122: ölduk gülməkdən... Mənə həmişə maraqlı olurdu görüm papaq atanlar kimdi bizə...   :hahahah: bir dəfə gördüm səs gəlir... helə yavaşca qapını açmışkən düz 11 papaq düz başım dəydi         :122:   :122:



Gözəl bacılarım, sizlərə bu baharda ailə səadəti arzu edirəm... qoy süfrəniz hər zaman bol olsun... evinizdən körpə səsi əskik olmasın..."

 

Günayım, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!