Mənim Novruz xatirələrim - guler19

Mənim Novruz xatirələrim - guler19
Qadınlar.Co
10.09.2017 8
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.



Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  



Layihəmdə bu dəfə canım bacişim guler19-u qonaq etdim. Görün bizim bu Gülər bajımızın başına nə oyunlar gəlib....

 

Mənim Novruz xatirələrim - guler19  guler19   Mənim Novruz xatirələrim - guler19

 

"Bütün Qadınlar.biz bacılarımı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Arzum budur Novruz bayramında bütün qızların qüssə-qəmi yox olsun, sevgi dolu bir Novruz qarşılayaq, qoy bu baharın qədəmləri xoş olsun hamı üçün amin. :20: Bu bayramda bütün küsülülər barışsın, hamının çaydanı isti, süfrələri bol, qazanları isti olsun...  :TATLIASKIMCILAR2016: Qoy bu təravətli Novruz bayrami süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığımız möhkəm, arzularımız sonsuz, umidlərimiz gərçək olsun! Novruz bayramınız mübarək olsun əziz Qadınlar.biz bacılarım   :128:

 

Mənim Novruz xatirələrim - guler19



Çərşənbələrdən biri idi ... Qonşularla yığışdıq böyük bir tonqal qaladıq. Hoppanmaqda növbə mənə çatanda elə hoppanırdım ki, bir də gördüm qonşunun evinin üstü yanır. Tez qaça-qaça getdim buları möhkəm çağırdım dedim bəs belə belə... Qonşu cavabıynan məni yandırıb tökdü ki, nə var a gülər biz dedik hamı tonqalı yerdə yandırır" bizdə dedik fərqlilik eliyək evin üstündə yandıraq tonqalı.   :122:

 

Mənim Novruz xatirələrim - guler19



Birindədə dedim öz həyətimizə papat atacam. Evdəkiləri yatmaq adıynan aldadıb papaqlardan birin götürdüm atdım həyətimizə.... başladım pusmağa görüm maa nə verəcəklər.... Anam gəldi papağı götürüb sən demə bilib ki, mənəm. Papağı qoydu çölə... Getdim gizlincə papağı götürdüm gördüm içində kağız var... Gördüm kağıza yazıb ki, "düşük qızı düşük çöl soyuqdu gəl içəri" Pərt olmuş şəkildə gəldim evə... İndi bular mənə necə gülür.   :122:

Mənim Novruz xatirələrim - guler19



Birində də məktəb vaxtı qızın biri duzlu kökə bişirib gətirmişdi ki, bunu yeyin yuxuda qismətinizi görəcəksiniz. Yedim yatdım yuxuda nənəmdən başqa heç kimi görmədim  :122:  

 

Mənim Novruz xatirələrim - guler19



Bir dəfə də qapı pusmağa getmişdim... Qonşu qapını nətəri açdısa düz üzümə dəydi.  :122:

 

 Mənim Novruz xatirələrim - guler19

 

  Birində də mamamla nənəm oturmuşdu zırpaketim vardı, atdım ayaqlarının altına bular necə qorxdularsa mən də qorxumdan gizləndim... bu yaxınlarda yoldaşımnan mamamgilə getdik... dedim mama yadındadı o vaxtı zırpaketi ayağınızın altına atan mən idim... Anamda dedi ki, booy ay bala nə tez dedin   :122:

 

Mənim Novruz xatirələrim - guler19



Çox sağol bacım mənə də layihəndə yer verdiyin üçün. .. Sənin də bayramını tebrik edirəm. Yoldaşınla gözəl iki gül balanla ailənlə bir yerdə xoşbəxtlik , uzun ömür, can sağlığı arzu edirəm. Bir daha bayramınız mübarək qızlar... :20:  "

 



Gülərim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!