Mənim Novruz xatirələrim - tek umidim sen

Mənim Novruz xatirələrim - tek umidim sen
Qadınlar.Co
10.09.2017 26
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.



Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  



Layihəmdə bu dəfə canım tek umidim sen-ni qonaq etdim. Görün bizim bu bajımızın başına nə oyunlar gəlib....



Mənim Novruz xatirələrim - tek umidim sen  tek umidim sen  Mənim Novruz xatirələrim - tek umidim sen

 

"Deməli belə, bir dəfə balaca vaxtlarim idi... Təzə papaq almışdım. Məhlə uşağlarıyla papaq atdıya gedirdik. Axtardım ki, köhnə papağmı atım təzəsin korlamıyım. Tərsdikdən köhnəsin tapa bilmədim... Dedim heç nə olmaz təzəsin atım. Bizim məhlədə də Bakılıların villaları var, bayramlarda gəlirlər rayona istirahətə. Biz də dedik ki, olara ataq papaq. 6-7 nəfər idik. Papağı atmağımıza peşman olduq... Çağırdıq çağırdıq səsimizə səs verən olmadı. Mən də dedim ki, için doldurmursuz doldurmuyun papağım təzədi onu qaytarın heç olmuya...  :122:   :122: Bir də gördük ki, bir dənə kişi söyə söyə çıxdı bayıra... Biz də tez qaçıb gizləndik. Alıb papağlarımızı tulladı küçəyə. İçlərin də doldumadı...   :122:

 

Mənim Novruz xatirələrim - tek umidim sen



Bir dəfə də papaq atanda yalnışlığla papağı dama atdım. O uje köhnə papağım idi))) Day utandım istəməyə. Özümü göstərmək istəmirdim həm də. Həmin günnən sonra papağımın aqibətinnən xəbərim yoxdu... Ölüb, həyatdadı, nə yeyir, nə içir heç nədən xəbərim yoxdu....   :122:

 Mənim Novruz xatirələrim - tek umidim sen



Br dəfə də oğlan paltarları geyinib çıxmışdım küçəyə. Həyətlərə girib qonşuların ayaqqablarını gizlədirdim. Əyilib yerdən ayaqqabını götürürdüm bir də gördüm ki, arvad dayanıb başımın üstündə. Başımnan kepkamı çıxartdı. Biyabr oldum. Evə necə qaçdımsa heç yadımda deyil :122:"

 

Canım,  başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!