My_angel ilə müsahibəm

My_angel ilə müsahibəm
Qadınlar.Co
10.09.2017 31
1.Salam canım mənim səni burda görməyimizə çox şadıq aramıza xoş gəlmisən.

Aleykum Salam,canım, mən də sizi görməyimə çox çadam



2.Buyur özünü təqdim elə canım adın soyadın və yaşın neçənci il doğum günün?


Mənim adım Büllur 15 yaşım var. Doğum tarixim isə: 13.06.2000



3.Bildiyim qədəri ilə məktəblisən İNŞALLAH məktəbini bitirdikdən sonra hansı sent sahibi olmaq istəyirsən?

Bəli məktəbliyəm. Həkim olmaq istəyirəm,canım.Həkim olmaq ən böyük arzumdur.ALAH hər kəsi öz arzusuna çatdırsın.AMİN..

4.Ən çox kimlərdən örnək alırsan gözəlim?

Ən çox valideynlərimdən və hədislərdən, ibrətli hekayələrdən örnək alıram,şirin bacım.



5.Həyatda yeganə varlıq olan ANADIR indiyənə qədər anan sənə nələri oyrədib bu sualın cavabını bizimlə bölüşsən sevinərik?

Bəli.Yeganə
varlıq anadır.Anam mənə çox şey öyrədib.Bir valideynin övladına verdiyi
ən gözəl hədiyyə tərbiyədir və anam mənə bu gözəl hədiyyəni bəxş etdiyi
üçün çox minnətdaram.Biz ömrü boyu anamıza(valideynlərimizə)
borcluyuq.ALLAH heç bir ananı övladlarının başı üstündən əskik
etməsin.ALLAH valideynlərimizi qorusun..Amin..Anaların əllərindən
öpürəm.



6.Hansı aksessuar sənin üçün heç zaman köhnəlmir?

Mənim üçün köhnəlməyən aksessuar saatdır.



7.Yaşamaq üçün hər kəsin bir səbəbi vardır.Bəs sənin yaşam səbəbin nədir?

Yaşam səbəbim ALLAHA olan sevgimdir.ALLAHA olan sevgim sonsuzdur



8.Qonaqlar tam getmək istəyən vaxtı yalandan: "Oturmuşduz daaa" demisən heç?))

Əslində mən qonaqpərvər biriyəm,canım,amma elə bir vaxt olub ki,bəli demişəm.



9.Ən qeyrətli bitki göbələkdir, çünki papağı həmişə başındadı))) Söhbət açılmışkən göbələyi xoşluyursan?

Xeyr,canım,göbələyi sevmirəm.



10.Mətbəxə, ev işlərinə münasibətin necədi canım?

Demək olar ki,mətbəxlə aram yoxdu.:)))Çünki iş görməkdən çox kitab oxuyuram.)



11.Hansı mövzuları daha çox oxumağı xoşlayırsan?

Ən çox dini və macəra mövzularını oxumağı xoşlayıram.



12.Səndən yaşca kiçik birinin sənə nəsə öyrətməsini necə qəbul edərsən?

Yaxşı.Əgər mənə doğru yol göstərirsə,pis qəbul etmərəm.



13.Qadınlar.bizdə sənə ən yaxın olan userlər kimdir ama tam səmimi canım narahat olma heç kim inciməz.

Bay nə çətin sual oldu Əslində userlərin hamısı mənə yaxındır,amma,tam səmimi deyirəm Glamurka
Nemiska başda olmaqla hamısı mənə çox əziz və dəyərlidir.



14.Nəyi həyatından tamamilə silmək istərdin imkanın olsaydı?Hansı gününü?

Şükür keçirdiyim günlərimdən razıyam,ALLAHIMA şükürlər olsun.Heç birini,canım



15.Dilək balığın olsaydı ondan nə əsas 3 şey dilərdin?

Canım
mənim,diləyimi diək balığından deyil də,ALLAHDAN diləyərdim.Və
diləyərdim ki, "ALLAHIM sən hər kəsi arzusuna çatdır.Sən bizi
əməlisaleh,üzü ağ,alnı açıq bəndələrindən et"



16.Ulduzların köməyi ilə səmaya nə yazmaq istərdin?

BİSMİLLAHİR RƏHMANİR RƏHİM



17.Harda yaşayırsan canım rayon ölkə bakıda yaşayırsansa hansı itiqamətdə olursan?

Gözəl bacım, Naxçıvan tərəflərdənəm))



18.Rəfiqən sənə yalan danişsa bir sözlə sənə pislik etsə daha sonra bağışlanmağını istəsə bağışlayarsan onu?

Bağışlamaq yalnız ALLAHA məxsusdur.Əgər rəfiqəm mənə bir pislik etsəydi heç nə deməzdim sadəcə səhvini anlamasını gözləyərdim.



19.Hansı ölkəyə və yaxud şəhərə getmək istiyərsən?

Səyahət etmək istədiyim şəhər İstanbuldu,ziyarət etmək istədiyim şəhər isə Məkkədir. :)



20.Nəyəsə hazırlaşırsanmı? Hazırlaşırsansa, neçənci qrupa?Nəçi olmaq istəyirsən?

Bəli canım,4-cü qrupa hazırlaşıram və Həkim olmaq istəyirəm...İnşallah bu sayta bir gün həkim kimi daxil olacağam..İnşallah..



21.Ümumiyyətlə xasiyyətin necədir(necə bir insansan)?

Şirindil,ünsiyyətcil,pozotov,şən,canayxın,mehriban,səmimi,tez qaynayıb-qarışan,mühitə tez uyğunlaşan...



22.Dinimizə münasibətiniz(Namaz qılırsan)?

Əlbəttə ki, canım,namaz qılıram.ALLAH hər kəsə namaz qılmağı nəsib etsin.ALLAH namazımızı qəbul etsin..AMİN..



23.Canım suallar çox fikirləşib verə bilərəm amma ki userləri bezdirməyim)Nədə səni yormayım mən.Suallarım xoşuna gəldi?

Təbii ki, bacım,sualların çox xoşuma gəldi.



24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?

Sənə
elə bir sualım yoxdur,bacım.Səni ailəsinə və dininə
sadiq,mehriban,səmimi,Şən-sovqatlı və ən əsası da gözəl bir insan kimi
tanıyıram.Sənə öz təşəkkür və minnətdarlğımı bildirirəm,canım.



25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?

Hər
birinizi çox sevirəm,bacılarım.Və hər birinizə xoş
günlər,xoşbəxtlik,bəxtəvərlik arzu edirəm.Arzu edirəm ki,hər birimiz
ALLAHIN sevilib,seçilən bənədələrindən olaq..İNŞALLAH...Öpürəm hamınızı Ən son olaraq bu saytın İdarə Heyətinə çoox təşəkkür edirəm.Bu saytın sayəsində çox şey öyrənmişəm..Həm də çoooox....  Canım mənim müsahibədə səmimi olduğun üçün
təşəkkürlər.Xoş sözlərin üçündə çox sağol canım mənim hər zaman dinimizə
imamıza belə sadiq dini olaraq qalasan canım mənim.Çox sağolскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!