Bakcell əməkdaşları Dünya Mobil Konqresində iştirak edib

Bakcell əməkdaşları Dünya Mobil Konqresində iştirak edib
Qadınlar.Co
10.09.2017 7
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin əməkdaşları 2-5 mart tarixlərinində İspaniyanın Barselona şəhərində keçirilən Dünya Mobil Konqresində (Mobile World Congress) iştirak edərək bir çox maraqlı müzakirələrə qatılıb və görüşlər keçiriblər.



Dünya telekommunikasiya bazarının ən nəhəng iştirakçılarının təmsil olunduğu bu nüfuzlu beynəlxalq tədbirdə ən son mobil texnologiylar nümayiş etdirilir, telekommunikasiya sahəsindəki innovasiyalar, gələcək planlar müzakirə olunur: http://goo.gl/1NJhB2



"Bakcell şirkəti hər il müxtəlif ölkələrdə təşkil olunan yüksək səviyyəli telekommunikasiya tədbirlərində iştirak edir. Barselonada keçirilən bu tədbir dünya mobil rabitə bazarı iştirakçıları üçün çox əhəmiyyətlidir. Hər il olduğu kimi çox maraqlı və məşğul bir həfə keçdi. Yeni texnologiyalar, yeni mobil cihazlar, bizim yaxın vaxtlarda kommersiya istifadəsinə verməyə hazırlaşdığımız 4G, ondan sonrakı mərhələ olan 5G. Bir sözlə, yeni bir çox şeylər. Telekommunikasiya sənayesi üçün çox maraqlı bir həftə idi. ”, deyə "Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib: http://goo.gl/XDr7WA



Konqres çərçivəsində keçirilən "İnnovasiyaların Operatorlara Satılması” ("Selling Innovations to Operators”) sessiyasında "Bakcell”in Korportaiv Strategiya departamentinin rəhbəri Mark Zırka da iştirak edib. Burada startap üçün ən yaxşı strategiyalar, innovasiyalar, dünyadakı mobil operatorlar üçün strategiya və təchizat məsələləri, onlayn platformaların telekommunikasiya sənayesində yeri və s. məsələlər müzakirə olunub.

Mark Zirka "Bakcell”in Azərbaycanda startap mühitinin inkişafına dəstəyindən, eyni zamanda ölkədə yeni mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab layihəsi haqqında da danışıb.



"Bu tədbir bizə dünyadakı müxtəlif startapların ehtiyaclarını daha yaxşı başa düşməyə imkan yaratdı. Biz eyni zamanda burada öz mesajlarımızı da çatdıra və "Bakcell”in startapların inkişafı üçün qitələrarası səviyyədə tanınan və dəstəklənən bir ekosistem təmin etdiyini göstərə bildik”, deyə Mark Zırka bildirib.

Bakcell şirkəti bu il ilk dəfə olaraq azərbaycanlı bloqqerin Dünya Mobil Konqresində iştirakını təmin edib və Barselonada nümayiş olunan ən son yeniliklər, mobil cihazlar və keçirilən tədbirlər barədə video xəbərləri özünün rəsmi Facebook səhifəsində yerləşdirib. Beləliklə, mobil texnologiyalar sahəsindəki ən son yeniliklər qısa bir müddət ərzində Azərbaycandilli İnternet istifadəçilərinə təqdim olunub. Siz də by yenilikdərən xəbər tutmaq istəyirsinizsə, "Bakcell”in Facebook səhifəsini iziləyin: https://www.facebook.com/Bakcell  



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!