Qadınlar.biz 4 yaşın mübarək!

Qadınlar.biz 4 yaşın mübarək!
Qadınlar.Co
10.09.2017 23
Hər il olduğu kimi "Bir qədər səmimi... Bir qədər dəli-dolu... Və bir o qədər də gerçəkçi!" sözlərlə mən və mən, aaa yenə mən :unknw_mini:



Bugün 8 mart Beynəlxalq Qadınlar
günü olmağı ilə yanaşı həm də sevimli saytımızın ad günüdür... 2011-ci
ilin mart ayının 8-dən etibarən fəaliyyətə başlamış saytımızın tarixçəsi
haqda qısaca məlumat verim: 2011-ci il mart ayının 7-də bir-birinə
qardaş kimi yaxın olan iki gəncin birgə düşünərək qadın saytı da açmaq
qərarına gəlməkləri bugünki gün bu qərarın nə qədər dolğun və dəqiq
qərar olmasını sübut edir.



Saytımızın statistikası və son 1 ildə əməkdaşlıq etdiyimiz reklam şirkətləri ilə də sizləri tanış edək:

1) "New Media" MMC

2) "People Brand" MMC

3) "Netant" MMC

4) "Design Company" MMC

5) "İmpler" MMC

6) "Modern Hospital" MMC

7) "Narınc uşaq psixologiya mərkəzi"

8) "Ballı Bisi" şirniyyat hazırlama

9) "Modaha" MMC



Öncəki il cəmi 2 şirkətlə əməkdaşlıq etdiyimiz halda son 1 ildə göründüyü kimi əməkdaşlarımızın da sayı kifayət qədər artmışdır :08:



01.01.2013-cü ildən bəri bizə etimad göstərənlər məşhur markalara buradan baxa bilərsiniz >>>



Keçək hal-hazırda olan statistikaya (07.03.2015 tarixi):

625.151 Unikal ziyarətçi sayı

9.480.725 Səhifə görüntüləmə sayı



RƏSMİ STATİSTİKA VƏ MƏLUMAT BU QƏDƏR... KEÇƏK SƏMİMİLİK VƏ DƏLİ-DOLULUĞA...

Bilindiyi üzrə saytımız fəaliyyətə başladığı gündən Anar Bayraqdar və köməkçisi Karamela nikli
xanımla saytın yüksəlməsini və çiçəklənmə dövrünə gəlib çatmasını təmin
etmişlər. Daha sonra Karamela nikli xanım ailə qurarıq aramızdan
ayrılsa da daha sonra Qadınlar.biz ailəsinə Aytən Mələk qatıldı və lazımi boşluqları doldurmaqla yanaşı sayta yeni bir dayaq oldu. Tariximiz haqqında qısa məlumatdan sonra son 1 il haqqında yazmaq istəyərdim:



Öncəliklə məncə keçən il saytda əməyi çox olan Redaktor nikli kadrımızdan başlamaq lazımdır)) Bir çoxlarınızın sevib-saydığı Lamiyə xanım keçən il bizə çox köməkliyi oldu. Bunu dana bilmərik) Lakin avqust ayından sonra ailəvi səbəblərdən saytdan ayrıldı... Ancaq bu ayrılığı sizlər çox hiss etmədiniz. Niyə? Çünki başqa bir kadrımızı o nikin arxasına keçirdik :06: Bu adam isə hər kəsin tanıdığı saytımızda əvəzsiz rolu olan NİGAR_CAVAD olmuşdur :01:  İndi çoxlarınız aaa bbb eləyəcəksiniz)) Ancaq razılaşmaq lazımdı dərin siyasətdən irəli gələn addım olmuşdur :122:



Məlumat üçün onu da qeyd edək ki, Nigar xeyirli işdən dolayı xeyir dualarımızı alıb internetdən ayrıldı )) Ancaq uzaqgörənliyimiz bu ayrılığın da saytımıza təsir etməsinə əngəl oldu. Belə ki, 18 avqustda xüsusi dəvətlə saytımıza təşrif buyuran İlahə. xanım ilk başlarda mənim səhv tutmağımdan boğaza yığılsa da :122: Sayt idarəsini tamamilə ilə öyrəndi)) Əbəs deyil ki, hazırki Signorinamız (bu niki heç vaxt bir dəfədən yaza bilmirəm insafsızdı adam biraz rahat nik seçərdi :122: :122: ) olan İlahə. xanıma dərin minnətdarlıq düşür. Axırda topluca təşəkkür edəcəm bir-bir etməyə səbrim çatmaz))))



Son 1 ildə olan redaktorlarımız isə Narın Yağış, Rahila, Rufush Aliyeva (redaktorluqlarını mənlə deyil Lamiyə xanımla çalışdıqlarından haqqlarında məlumatım yetərincə olmadığımdan onlara sataşmayacağam :02: ) niklərinin də son ildə saytdakı əməkləri danılmazdır...



Moderatorlara gəldikdə isə artıq qocaman moderator adlandıra biləcəyimiz antikvar Zeynuş nikləri barəsində artıq sözə məncə gərək yoxdur)) Antiki saytda tanımayan yoxdu onsuz, indi kim necə tanıyır orası mənlik deyil :122: Zeynuş isə belə desək ən ağır təbiətli (ciddiliyinə görə) kadrımızdı))

Yeni moderatorlarımız isə çox olmaqlarına baxmayaraq sınaq müddətini keçmiş olanlar (hələ qocaman deyil cuppulu adlandırmaq olar :05: ) Svetoklana, Сладкий Ангел, ruzgargulumQlamurr nikləri də idarə heyətinə yeni qoşulmaqlarına baxmayaraq artıq hər birinin xüsusi bir yeri mövcuddur aramızda...



Aktiv istifadəçilərə sataşmadan keçəcəyimi zənn edənlər yanılırlar))

1) Keçən il ilk sataşdığım user el dili ilə desək başbəlası olan Wiyinka nikli
userdir :122: Keçən il saytda ən çox şərhi olan istifadəçi olsa da son 1 ildə bu yeri başqa istifadəçi artıq sahibləndi)) Sual yaranar ki, bəs son ildə nə dəyişdi? Deyim də))) Öncəki il daim o məndən nəsə istəyirdi)) Bu ildən artıq o yox mən istəyirəm (əvəz-əvəz dünyasıdıda)  :122: Belə ki, saytda proqrama uyğun çatışmayan xəbərləri qeyd edirəm sağolsun o da göndərir :01:

Hazırda şərh sayı Gold VİP statusuna uyğun olan, lakin sayt təcrübəsi 2 ay çatmadığına görə VİP statusunda olan saytımızın Wiyinka-sına Gold VİP statusunu verirəm (onsuz 2 ay sonra qazanacaq)...



2) Saytımızın ən çox şərhi olan BARBİ nikindən yazmasam günah olar :islik: Hazırda 27.000-dən çox şərhi olan bu xanım qızımız üzü qibləyə tərəf hara çatmaq istəyir hələ mənə məlum deyil :122: 8 mart hədiyyəsi olaraq heç nə verməyəcik bu nikə))) Çünki öncədən düşünülüb ki, 30 min şərh yığan ilk və rəqibsiz istifadəçi olmasına görə istədiyi status hazırlanıb, təqdim ediləcəkdir. Odur ki, 3 min şərh sonra görüşərik :02:



3) Təbrik xəbəri deyəndə ağıla gələn kimdi? :08: Kimdi ki? Deyib sual edənlərə salam olsun :122: Saytın CV arxivçəsi, doğum günlərini, nişan günlərini, hətta valideynlərin və övladların da ad günlərini çalçağır Dilarədən öncə xəbər tutan və xəbərə çevirən arzum-aysum nikli istifadəçimizi də qeyd etməsək düzgün olmaz))



4) Yeni moder olsa da il ərzində aktivliyinə görə fərqlənən digər istifadəçimiz də Svetoklanadır... İlin yarısını saytda əyləncəli xəbərlərlə yadda qalmasına baxmayaraq son 3 ayda şaxsey-vaxsey xəbərləri və şərhləri ilə dünyanın sonu olduğundan proqnozlar irəli sürməsi də gözdən qaçmır :122: Bir çanta borcumuz var ona)) Ancaq hələ də istəmirəm deyir)) Gözləyirik görək haçan dünyaya geri dönəcək)) Bu aralar bildiyimiz dünyadan bir xeyli uzaq stansiyada düşüb :122: Pessimistlikdən əl çəkəndə bizə də xəbər etməyini gözləyirik)))



5) Saytda xüsusi olaraq şərhləri ilə digər niklərə nümunə ola biləcək 2 istifadəçi seçmişəm hələlik. Miss_OxatanBrilliantam nikləri... Sual yaranacaq ki, niyə məhz onlar? Çünki Perfect User statusuna sayt təcrübəsi ən azı 1 il olan və yaşı (fikri, şərhi) dolğun olan istifadəçilər seçiləcəkdir.

Brilliantam niki dünən adminə sualda bizi borclu çıxarsa da məncə indi o bizə borclu qaldı :08: Borcunuzu 10 gün ərzində ödəməsəniz internet xəttiniz kəsiləcəkdir :122:

Miss_Oxatan da saytın Xoşqədəmi olub gedib. Əndrabadi şərhləri ilə digər istifadəçilərə pozitiv enerji ötürməsi ilə diqqət mərkəzində olmağından ən önəmlisi odur ki, xəbərə açıq şərh yazıb daha sonra... Admin inşAllah ki, oxumadınız :122: :122: deyib, şərhi mən yox barmaqlarım yazıb iddiasına düşməsi daha önəmli hadisədir :122: Unutmaram bir xəbərdə antikvarla birgə bir xəbərə şərh yazmışdılar... Başqa bir xanım (adını demiyəcəm) həmin şərhləri şikayət etdi ki, day bu qədər də yox da :122: Ümid edirəm dəcəllikliklərini bir kənara qoyarlar :01:  Ancaq onu da bilirəm ki. boş ümidlərdi hamısı, düzələn deyillər :122:



5 punkt bəsdi yoruldum yazmaqdan))) Sonda dün gecə bir sualı oxudum onu yazım burda da)))

isveç.de: Salam Admin bəy sualım budurki bir bəy olaraq biz xanımlara nə hədiyyə edəcəksiz bugündə :122:

Şərhin yazılma vaxtı 08.03.2015 03:02.

Demək bu istifadəçi öz bildiyini edə-edə dəfələrlə saytdan kənarlaşdırılsa da necə deyərlər qapıdan qovsam, pəncərədən gəlir aləmi qatır)) Bunu saytı çox sevməsi və ayrıla bilməməsi ilə qiymətləndirdiyindən yola veririk də birtəri :122:

Ancaq sualı ümumidə yazdığı üçün elə ümumidə də cavablamaq lazımdı: Ay isveç.de gecə saat 3-də admindən hədiyyə gözləyən biri olaraq onu anladım ki, həmin saata qədər heç kim, heç nə almayıb sizə deyəsən) Ümidiniz adminə qalıb :122: Məncə hər dəfə gəlib mənlə dalaşıb, kənarlaşdırılıb, yenidən burda olmağınıza şərait yaratmağım sizə hədiyyədir elə, bəsinizdi :122:



Digər istifadəçilər haqqında yazmağa
bir-bir başlasam o zaman kimlərisə unudaram ona görə ümumilikdə bütün
aktiv şərhçilərimizə də daim bizlərlə birlikdə olduqları üçün
minnətdarlığımızı bildirir və 5 yaşımızı da birlikdə keçirməyi arzu edirəm))...




Məndən bu qədər)) İndi söz sizlərdədir...



Hörmətlə, Qadınlar.biz rəhbərliyiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!