Yel çərşənbəniz mübarək, qızlar....

Yel çərşənbəniz mübarək, qızlar....
Qadınlar.Co
10.09.2017 14
Bu gün Yel çərşənbəsidir.Bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir....



Yel çərşənbəsinə el arasında "küləkli çərşənbə", "külək oyadan çərşənbə", "yelli çərşənbə" də deyilir.

 

 



İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir... Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edib Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər.

 





Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə ve dənli bitkilerden hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir.  Bu gün bir qarış böyümüş semeninin ortasına qırmızı qumaş bağlanır.

 

 

 

Əziz bacılarım, daha bir çərşənbə gəldi.... u deməkdir ki, bayrama lapppp az qalıb... Yel çərşənbəniz mübarək qızlar... Qoy bütün dərd qəminizi, çətinliklərinizi və problrmlərinizi  külək  özü ilə lapppppppppp yzaqlara aparsın və sizlərə ancaq sevgi, xoşbəxtlik və səadət gətirsin.... süfrələrinizin ruzisi hər zaman bol olsun... qazanlarınız həmişə qaynar olsun.... ocağınız isti olsun.... amin.... öpürəm hamınızı...

 

 Yel çərşənbəniz mübarək, qızlar....
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!