Torpaq çərşənbəniz mübarək!

Torpaq çərşənbəniz mübarək!
Qadınlar.Co
10.09.2017 22
Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur və məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər. Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan Torpaq çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatrıladır, paxlava isə mərkəzinə qoyulmuş fındıqla mifik mənanı özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, fındıq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlər onu bəzəyirlər. Süfrəyə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət cəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.







Evlərdəqadınlar yemək qazanları asır, plov dəmləyir və bir çox xörəklər bişirirlər. . Nişanlı qızlara hədiyyələr gəlir, təzə gəlinlər qırmızı geyinirlər. Çərşənbə günü yumurtalar boyanır, yumurtalar toqquşdurulur və uşaqlar mərcə girirlər. Kimin yumurtası digərinə aid olanı sındırsa həmin şəxs qalib elan olunur.  



 Torpaq çərşənbəsində insanlar öz qohumlarını yadına salır və onlara qonaq getməyə başlayırlar, həmçinin vəfat etmiş insanları da yada salmaq lazımdır.



Çərşənbə günü ev sahibləri gec yatmalıdır və evində qulaq falına çıxanları nəzərə alaraq xoş söhbətlər etməlidir.  



Həmin gecə evlərdə şamlar yandırılır, hər bir şəxsin adı qoyulmuş şam sona qədər yanmalıdır. Şamların kimsə tərəfindən söndürülməsinə icazə verilmir.



Həmin günübuğdalar qovrulur və onlar tavaya atılarkən müxtəlif qızların adları tutulur. Kimə aid olan buğda tez atılsa, deməli həmin qız hamıdan əvvəl evlənəcəkdir.







Əziz bacılarım, İlaxır çərşənbəniz mübarək! Qoy bu bahar gəlişi ilə evlərinizə bol ruzi bərəkət, sevinc və xoşbəxtlik gətirsin. Can sağlığı, sevgi və səadət gətirsin... bütün arzularınız gerçək olsun.... Tanrı hər şeyin ən gözəlini sizlərə nəsib etsin... amin... öpürəm hamınzı...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!