Uşaqlıq illəri - tek umidim sen (30)

Uşaqlıq illəri - tek umidim sen (30)
Qadınlar.Co
10.09.2017 2
Salam Qadınlar.Biz Ailəsi yeni xəbərlərlə, yeni layihəylə qarşınızdayam. Ümid edirəm hamınız bəyənəcəksiz. Yəqin ki, hamınıza maraqlıdı ki, userlərimizin uşaq vaxtı başlarına nə hadisə gəlib, hansı dəcəlliklər ediblər, qısaca gəlin userlərin uşaq vaxtı başlarına gələn gülməli hadisələri birlikdə öyrənəyin, həm də güləyin )). Mən hər dəfə xəbərdə bir userin adını yazacam (layihədə iştirak etmək isdəyən mənə şəxsi ismarıcla yaza bilərlər). Deməli belə qonağımız başına gələn hadisəni bizimlə bölüşən Tek-umidim-sen nikli user olacaq.

 

"Salam sayt ehli. Dedim mən də danışım biraz uşaqlıq macəralarımdan)) Deməli belə, mən 4 ayima kimi sakit uşaq olmuşam. Anam mənimçün deyərdiki həmşə görəsən bu dünyada bu uşaqdan yazığı olacaq :122: 4 ayımnan sonra başdadım nə başdadım)) Turp əkirdim başdarına. :122: Anam yarıdan bəliyirdi məni qoyub kravatımda düşürdü aşağı. Kravatın da dörd bir yanı bağlı idi. Anam guyaki məni yatırıb düşürdü aşağı. Mən də dalıyca bələknən tullana tullana piləkanın başınaycan gəlirdim. Sonra səsimi eşedib anam gəlib aparırdı məni. Aşağı düşən kimi başdıyırdım ağlamağa ki, məni apar qoy yerimə nənəm gəlib aparsın. :122: :122: Mən uşaq olanda beyin daxili təzyiqim olub. Ona görə həkim deyib ki, nə desə eliyin yəni yola verin. Ona görə də hamı nə istədim eliyirdilər. Evə qonaq gələndə qonağa aman vermirdim çay içsin. Tanıdım tanımadım çıxıb otururdum qucağında çayın içib sonra düşürdüm qucağından. :122:

Bir dəfə itmişdim.Axdara axdara qalıblar məni. Sonra pəncərədən anam görübki bağda nərdivanın üstünə qar əriyənnən sonra yığılıb qalan suyu içirəm. Anamın gəldiyin görüb daha da tez tez içirdim. :122: Bir dəfə də itirmişdilər məni. Yatanda kravatda tərsinə yatmışam,yəni ayaqlarım baş yerində,başım ayaqlarımın yerində bükülüb yatmışam. Gəlib yorğanı qaldırıb baxıblar tapmıyıblar. Amma ayaq tərəfə baxmıyıblar. Bütün hər yeri axtarıblar. Qonum-qonşu zad tökülüb gəlib. Sonra özüm oyanıb gəlmişəm. Arxasını özünüz təsəvvür edin. :122:

Bir dəfə də dayımın toyuna az qalmışdı. Bibimgil təzə evlərinə köçmüşdülər. Evlərində ev mübarəki idi. Hələ evləri təmir olunmamışdı. Toiletin üstüdə açıq idi. Yəni hələ istifadəyə verilməmişdi. Uşağlar yığışıb gizlənqaç oynuyurduq. Quyunun üstündə elə belə nazik dəmir ən qapaq qoymuşdularş Mən orda quyu olduğun bilmirdim. Ayağımı atdım üstünə düz quyunun içinə. Quyu 5 metr idi. Ayaq üstə düşmüşdüm ona görə heçnə olmadı sadəcə ayağım sınmışdı. Quyudan çıxarandan sonra atam soruşurki qorxdun? Mən demişəmki quyuya düşməkdən yox,quyunun içində yaşıl qurd var idi,onnan qorxdum. :122: Nəysə sonra gipsə qoydular ayağmı Həkim dedi 21 hərəktsiz qalmalıdı. Mən 10-cu gunnen axsıya axsiya gəzirdim. :126: 15 günə çıxarıb atdım gipsi. :122:

Belə əslində çox şeylər var indi yadıma düşən bunlar oldu. Oxuduğunuza görə hər birinizə təşəkkür. :08:"

 

 Necə idi qızlar üzünüzdə azda olsa təbəssüm yarada bildikmi?

Fikirlərinizi gözləyirik..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!