“Bakcell”dən Ulduzum abunəçiləri üçün lotereya

“Bakcell”dən Ulduzum abunəçiləri üçün lotereya
Qadınlar.Co
10.09.2017 9
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum proqramının üzvləri üçün Bahar lotereyasına start verir. Bu lotoreya sayəsində Bakcell abunəçiləri Ulduzum proqramının tərəfdaşları tərəfindən təqdim olunan endirimlərdən faydalanmaqla yanaşı, hər gün ALOV smartfonu qazanmaq şansı əldə edəcəklər. Lotereyanın əsas qalibinə Mançesterə 2 nəfərlik səyahət kuponu təqdim olunacaq. Lotereyada iştirak edən, lakin qalib gəlməyən abunəçilərə isə lotereya bitdikdən sonra 20 dəqiqəlik şəbəkədaxili pulsuz danışıq hədiyyə olunacaq.



Lotereyada iştirak etmək üçün Ulduzum tərəfdaşları olan Megafun, 189 Taksi və ya Hesab.az xidmətlərinin birindən Ulduzum kodu vasitəsilə endirim almaq yetərlidir. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 5 AZN olmalıdır. Abunəçi balansından istifadə etdiyi hər 5 AZN müqabilində 1 uduş şansı qazanmış olur. 20 AZN və daha artıq məbləğdə ödənişlər olduğu halda uduş şansları 2 dəfə artır.



Qaliblərin müəyyən edilməsi qaydaları:

- Gün ərzində yuxarıda adı çəkilən 3 partnyorun xidmətlərindən Ulduzum kodu vasitəsi ilə istifadə edən abunəçi lotereyada iştirak şansı qazanır. Hər günün qalibi yeni daxil olan həftənin ilk iş günü ərzində xüsusi proqram təminatı vasitəsi ilə təsadüfi yolla seçilir.

- İstənilən günün qalibi əsas uduşun sahibi ola bilər. Əsas uduşun sahibi yalnız 1 nəfər ola bilər.

- Uduşda lotereyanın ilk günündən son gününədək şans toplayan bütün iştirakçılar iştirak edir. Əsas uduşun sahibi 25 may 2015-ci il tarixində xüsusi proqram təminatı vasitəsi ilə təsadüfi yolla müəyyən ediləcək.



Qeyd edək ki, Ulduzum proqramının 120-dən çox partnyoru siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. Hazırda Ulduzum proqramının 1 milyin nəfərə yaxın abunəçisi var.

Bahar lotereyası və Ulduzum proqramının üstünlükləri barədə daha ətraflı məlumatı www.ulduzum.az səhifəsindən əldə etmək olar.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!