"Maraqlı idi tşk" - Müzakirə

Qadınlar.Co
10.09.2017 12
"Maraqlı idi, tşk", "supper mupper pupper", "oxudum, tşk" və s.



Yəqin ki, bir çoxlarınız bu şərhləri xəbərlərimizdə görürsünüz. Bir xəbərə rəy yazmaq insanın öz düşüncələrini, həyat tərzini hətta xaraketirini ortaya qoya bilir. Şərh etmək bir mövzuya dünya baxışınla qavradığın məntiqi yazılı şəkildə çatdırmaqdır. Sayta yeni qeydiyatdan keçən userlərin əksəriyətində bu şərhlərə tez-tez rast gəlinir. Və əminəm ki, bir çox saytlarda da eyni ilə bizim saytda olduğu kimi bu problem var.



Bu tip şərh yazan userlərin ilkin məqsədi şərh sayının artımı və statusunun bir pillə artması, adının (nikinin) sonuncu şərhlərdə tez tez görünməsi, copy paste rəyi ilə userləri qıcıqlandırma və s.

Olan xəbər müəllifinə olur. Xəbərin müəllifi yazılan şərhləri həvəslə oxuyur. Hər bir insan çəkdiyi əziyyətin bəhrəsini görmək istəyər. Müəlliflər də mövzunu düşünərək, hər bir sözü ürəyindən keçirərək, səmimi yazılar yazırlar. Məhz sizinlə bölüşürlər... Və əziyyətin qarşısında mövzunu anlayan şərhlər görmək istəyərlər.

Ötəri oxunan mövzu əlbəttə ki, mənasız görünəcək. Lakin diqqətlə oxusanız, orada hisslər, səmimiyyət, məna tapmış olarsınız.



P.S. Hər bir Qadınlar.Bizli bu şərhi dadacaqdır... Mən də sayta təzə gəldiyim vaxtlar belə şərhlər yazırdım,amma indi azaltmışam.Demək olar ki , yazmıram. :) :08:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!