Xatirə dəftəri - my_angel (4)

Xatirə dəftəri - my_angel (4)
Qadınlar.Co
10.09.2017 33
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz my-angel olacaq.

 

1. Soyadınız Adınız?

Büllur Yusifli



2. Doğum Tarixiniz?

13.06.2000



3. Bürcünüz/iliniz?

Əkizlər/Əjdaha



4. Ən böyük arzunuz?

Təbii ki, həkim olmaq :128:



5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

Xeyr.Ən yaxın dostumdan bunu heç vaxt gözləmirəm.



6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

5(əla) qiymətlərlə bitirmişəm



7. Həyat sizcə maraqlıdır?

Həyat gözəl insanlar olduqca maraqlıdır.Bəli. :01:



8. Möcüzəyə inanırsınız?

Dinlə bağlı bütün möcüzələrə inanıram.)



9. Yenidən uşaq olmaq istərdinimzi?

Xeyr,çünki yaşamımdan razıyam.



10. Dünyaya yenidən gəlməy istərdiniz?

Xeyr.Allah məni bir dəfə yaradıb ikinci dəfə gəlmək istəməzdim,amma dünyaya ikinci dəfə axirətdə gələcəyik



11. Həyatda kimə və nə üçün minnətdarsınız?

Həyatda ilk öncə Yaradana borcluyam ki,mənə həyat bəxş edib,sonra isə valideynlərimə borcluyam ki, onlar da bu həyata tutunmağa kömək edib,məni boya-başa çatdırıb.



12. Necə insanları xoşlayırsınız?

Təmiz qəlbli,dinə bağlı,daxili gözəlliyi olan insanları xoşlayıram.



13. Sizcə gözəllik nədən başlayır?

Məncə, gözəllik daxildən başlayır elə daxildə də qalır.



14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?

İstanbul və Məkkə



15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

Doğrusu heç kimin. :)



16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

Tanış olduğum hər kəslə



17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?

Kimliyindən asılı olmayaraq mənim üçün maraqlı olan xəbərləri böyük maraqla oxuyuram.



18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?

Heç kimin :smile_mini:



19.Saytda ən çox sizi nə cəlb edir?

Saytın maraqlı xəbərləri



20.Nə kimi təklifləriniz var saytda?

Saytın qurumundan çox razıyam və elə bir təklifim yoxdur.Dərin təşəkkür və minnətdarlığımı bildirirəm idarə heyətinə



21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

Fialka,Qlamurr,BARBI



22. Nə üçün məhz Qadınlar.biz?

Qadınlar.Biz saytı mənim üçün tamam fərqlidir.Saytda öyrənmədiyim çox şeyi öyrənirəm.Təşəkkürlər.



23.Bu saytda sizə nə maraq doğurur?

Saytın maraqlı xəbərləri və userləri



24.Saytdakı ən yaxın dostlarınız?

Glamurka Nemiska başda olmaqla hamısını özümə yaxın və dəyərli hesab edirəm.



25.Özünüz haqda qısa və tam!

Ünsiyyətcil,səmimi,dinə bağlı,ailəsinə sadiq,açıqsözlü biri.



26.Burada hansısa bir haqsızlıq görmüsüz?

Xeyr burda heç bir haqsızlıq və ədalətsizlik görməmişəm.İnşallah heç vaxt görmərəm.



27.Saytda başınıza gələn maraqlı bir hadisə

Bu saytda olmağım mənə böyük maraq bəxş edir də elə.. :01:



28.Sayta olan ürək sözləriniz

Arzu edirəm ki, bu gözəl sayt uzunömürlü olsun,xəbərləri maraqlı,userləri gözəl olsun.Allah Adminimizi bu saytın başından əskik eləməsin.AMİN.. :128:



29.Baş Admindən Razısız ?

Sözsüz... :01:



30.Həyatda ən çox kimə inanırısınız?

Anama...Çox inanıram.



31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)

İki dostun hakimi olardım,çünki dostluğu bərpa etmək istərdim.



32.Həyatınızda əsas məqsəd nədir?

Qarşıma qoyduğum məqsədə çatmaq əsas məqsəddir həyatımda...



33.Gələcəydə özünüzü kim görürsünüz?

Vətənini təmsil edən,savadlı bir həkim. :08:



34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

Allah eləməsin :) Ümumilikdə sayt üçün çoooooooooooox darıxaram.)) Səbrlə oxuduğunuz üçün hər birinizə təşəkkür edirəm :20:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!