Niyə boşanmış qadınlara cəmiyyətdə pis baxırlar? - Müzakirə

Niyə boşanmış qadınlara cəmiyyətdə pis baxırlar? - Müzakirə
Qadınlar.Co
10.09.2017 179
Müzakirəyə verəcəyim bu dəfəki mövzu boşanma ilə bağlıdır. Məlum olduğu kimi, ailə həyatını bitirmək ən ağır və çətin seçimdir.

Hətta ən bədbəxt qadın da bu seçimi edə bilmir, tərəddüdlər içərisində itib-batır. Gələcək taleyini düşünür. Qorxu keçirir. Bəlkə peşman oldum? Bəlkə məni qarşıda daha pis həyat gözləyir? Bəlkə yaşlandıqda bir kişinin qayğısına daha çox ehtiyacım olacaq və o zamana kimi bəlkə həyat yoldaşım düzəldi… Bəlkə bir az da dözməliyəm…. Bu bəlkələr insanı içindən yeyir və sən yeni həyata atılmaq gücünü hər gün bir az da itirirsən…



Əziz xanımlarr… Bu yazını diqqətlə oxuyun və sadəcə burdakı suallara cavab verin. Yəni, ailə həyatının gözəlliyindən bəhs etməyin. Nəzərə alın ki, boşanma həddində olan bir ailədə o gözəlliklər artıq çoxdan bitib. Siz sadəcə o xanımlara nə məsləhət edərdiniz, onu bizimlə bölüşün… Boşanmanın mənfi və üstün tərəflərini izah edin…



Sizin fikrinizcə, niyə boşanmış qadınlara cəmiyyətdə pis baxırlar?



Niyə bir çox qadınlar əzablar içində boğulsalar da, boşanmadansa bu cür həyatı yaşamağı üstün tuturlar?



Bəs, boşanmanın üstün tərəfləri nədir?
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!