Asan İmza güzəştli kampaniyasının bitməsinə bir ay qalır

Asan İmza güzəştli kampaniyasının bitməsinə bir ay qalır
Qadınlar.Co
10.09.2017 14
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərin nəzərinə çatdırır ki, 30 aprel 2015-ci il tarixində "Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaya dair qüvvədə olan güzəştli kampaniyanın müddəti bitir. Xatırladaq ki, ötən ilin 16 may tarixindən etibarən qüvvədə olan bu kampaniya çərçivəsində hər üç "Asan İmza” istifadəçi kateqoriyası (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) üzrə xidmətə qoşulma qiymətləri endirilərək 18 AZN təşkil edirdi və bununla əvvəlki qiymətlərlə müqayisədə "Asan İmza”nın əldə edilməsi üzrə vətəndaşlara 40 faiz, hüquqi şəxslərin nümayəndələrinə 90 faiz, dövlət qulluqçularına isə 80 faiz qənaət etmək imkanı yaradılmışdı.



İstifadəçilər arasında "Asan İmza” mobil elektron imzanın artan populyarlığı, eləcə də "Asan İmza”nın effektiv qənaət aləti olduğu nəzərə alınaraq, bu xidmətə qoşulma üzrə qiymətlərin bundan sonra da əvvəlki səviyyədə saxlanılmasına qərar verilib. Beləliklə, cari ilin 1 may tarixindən başlayaraq bütün "Asan İmza” istifadəçi qrupları üzrə xidmətə qoşulma haqqı 18 AZN, aylıq abunə haqqı 1 AZN, göndərilən 1 SMS ismarıcının qiyməti isə 0,03 AZN təşkil edəcək.



Onu da qeyd etmək lazımdır ki, yaxın zamanlarda "ASAN Xidmət” tərəfindən yeni, "Asan Ödəniş” innovativ xidmətinin istifadəyə verilməsi gözlənilir. Bu xidmət vasitəsilə sürücülər "Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə biləcəklər. Bundan əlavə, "Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını "Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə Asan Ödəniş sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.



"Asan Ödəniş” sistemində, eləcə də dövlət və özəl təşkilatların təqdim etdiyi elektron xidmətlərdə "Asan İmza”dan istifadəyə marağın daha da stimullaşdırılması məqsədilə, həmçinin may ayında ölkə üçün əlamətdar olan bir sıra tarixləri qeyd edən həmvətənlərimizin bayram ovqatına əlavə sevinc qatmağı hədəfləyərək həmin ayda daha bir həvəsləndirici aksiyanın keçirilməsi qərara alınıb. Qeyd edilən aksiya çərçivəsində "Asan İmza” xidmətinə qoşulmaq istəyən istənilən şəxs xidmətin aktivləşdirilməsi üçün nəzərdə tutulmuş 18 AZN məbləğində ödənişi etmədən "Asan İmza” mobil elektron imzanın istifadəçisinə çevrilə biləcək. Aksiyanın başlanma tarixi və müddəti barədə yaxın zamanlarda əlavə məlumat veriləcək."



Siz də öz "Asan İmza”nızı almağa tələsin və ölkədə mövcud olan 500-dən artıq müxtəlif elektron xidmətlərdən asanlıqla faydalanmağa başlayın.



***



[/b][b]Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.



***



"ASAN İmza” haqqında

"ASAN İmza” istifadəçilərə mobil telefon vasitəsilə elektron mühitdə
rəqəmsal kimliyi təsdiqləmək və sənədlərə elektron imza qoymaq imkanı
verən və bu sahədə ən qabaqcıl təhlükəsizlik tələblərinə cavab verən
mobil xidmətdir. "ASAN İmza” xidməti mobil operatorlar tərəfindən
istifadəçinin mobil nömrəsində aktiv edilir.

"ASAN İmza” dövlət qurumlarının və özəl şirkətlərin İnternet üzərindən
təqdim etdiyi elektron xidmətlərindən yararlanmaq məqsədilə istifadə
edilir. "ASAN İmza” bütün müasir mobil telefonlarda istifadə üçün
yararlıdır. Ətraflı məlumat üçün: www.asanimza.az

"ASAN İmza” mobil elektron imza sistemində istifadə olunan
autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin
Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək
Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli
özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə
təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat
üçün: www.asxm.gov.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!