Sən anaların ən fədakarısan, canım anam....

Sən anaların ən fədakarısan, canım anam....
Qadınlar.Co
10.09.2017 14
Əzizlərim, bu gün  saytımızın qızlarından, tatyana və qanadli melek bacılarımın anasının doğum günüdür... bu xəbərimdə canım tatyana bacımın anasına olan sevgi dolu sözlərini sizlərə çatdırmaq istədim...



Sən anaların ən fədakarısan, canım anam....



Düşünürəm ki, yalnız 62 illik  həyatında nə qədər yetkin, nə qədər istiqamətləndirici , təcrübəli və fədakar bir şəxsiyyətə sahib idin.. . Bizlər üçün hər vaxt hər şeyin ən yaxşısını istədin...  Bizim üçün, bir çox şeydən qurban verib fədakarlıq etdin.... Canım anam, bir dənəm, ürəyi hər vaxt sevgiylə dolu olan anam. ... Sən hər vaxt mənim üçün cansan, həyatsan, gözəlliksən , bir dənəm...



Sən hər şeyə dəyərsən bunu bilirəm.... Heç bir zaman asanı seçən analardan olmadın.... Nə olursa olsun həmişə yanımızda oldun,həmişə dəstək oldun övladlarına.... Başımız hər dərddə olduğunda yanımdasan Anacım,... Hər dara düşdüyümüzdə, hər çətinliyimizdə.... Həyatımızın hər   anında.,.. hər nəfəsində.... hər nəfəsimizdə, kədərimizdə, xoşbəxtliyimizdə, müvəffəqiyyətimizdə. .. SƏN...Canımız Anamız....



Sən anaların ən fədakarısan, canım anam....



Mən də bir Anayam artıq... Və eynilə Sənin Mənə öyrətdiyin kimi yetişdirəcəyəm övladlarımı,... Sənin bizə böyük incəliklərlə və həssaslığınla baxdığın  kimi  böyüdəcəyəm balalarımı.... Və səndən öyrəndiyim ən gözəl mirası ona verəcəyəm....  Sevgini, hörməti, fədakarlığı, dürüstlüyü…



Hər vaxt mükəmməl bir ana olduğun, bacılarıma və mənə qatdığın hər şey üçün... Sonsuz dəfə təşəkkür edirəm CANIM ANAM... Canımdan çox çox daha qiymətli anam....  Yaxşı ki səninqızınam... Mənə anamı seçmə haqqı verilsəydi heç düşünmdən deyərdim ki, hər vaxt və hər şərtdə



SƏN SƏN SƏN.. .VƏ YENƏ SƏN...



Sən anaların ən fədakarısan, canım anam....



YAXŞI Kİ, VARSAN, YAXŞI Kİ, ANAMSAN !

ALLAH SƏNƏ UZUN ÖMÜRLƏR VERSİN

SƏNİ ÇOX SEVİRƏM....
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!