Xatirə dəftəri - Guler19 (9)

Xatirə dəftəri - Guler19 (9)
Qadınlar.Co
10.09.2017 24
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz guler19 olacaq.

 

1. Soyadınız Adınız?

Ağamirli Gülər



2. Doğum Tarixiniz?

24 iyun 1994-cü il



3. Bürcünüz/iliniz?

Bürcüm xərçəng ilim də it))



4. Ən böyük arzunuz?

Rəbbimdən ən böyük arzum ana olmaqdır



5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

Satmayım ama yalan danışıb



6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

1ci sinifdən 11 kimi əlaçı olmuşam. Bir məllimim vardı hər tənəffüsə çıxanda yanına çağırırdı məni mən məktəbdə qəşəng şeir deyənlərdən olmuşam. Hər dəfə deyirdiki ədəbiyyat müəllimi olarsan səni onda görürəm.



7. Həyat sizcə maraqlıdır?

Əlbətdəki maraqlıdır. Hər bir insanın bu həyatda yaxşı günü də olur pis günüdə. Ən əsası Pis günündə bundan da pisi ola bilərdi deyib RƏBBİNƏ şükr etmək dərd etməkdənsə duaya üstünlük vermək lazımdır. yaxşı günündə isə ALLAHA təşəkkürü unutmamalıyıq



8. Möcüzəyə inanırsınız?

Əlbətdə inanıram. Mözüzə axtarmamalıyıq çünki bizim özümüz ətrafdakılar ağaclar güllər RƏBBİMİN yaratdığı mözüzələrdir.

Bələ bir şeir də yazmışdım

Möcüzə axtarma sən ey yaranan,

Sənin yaranışın bir möcüzədir.

Dünyaya ətrafa çön bir yaxşı bax

Bunları yaradan o gözel ALLAH.



9. Yenidən uşaq olmaq istərdinimzi?

Yox olmaq istəməzdim. Çünki uşaq vaxtı çox əziyyət çəkmişik valideynlərmlə bir yerdə. Həyatın hər üzünü görmüşəm. Düzdü uşaq vaxtı çox qayğısız olur Ama uşaqlıqdan yaxşı günümdən çox pis günüm olub. Ona görə də istəməzdim



10. Dünyaya yenidən gəlməy istərdiniz?

Yox istəməzdim. Çünki bu dünyaya bir dəfə gəlirik. Yaşadığımız hər saniyə Allahın bizə verdiyi böyük fürsətdir. Çalışmalıyıqki bizə velilən ömrün hər dəqiqəsinə şükr edərək yaşayaq. Əgər Allahın nemətlərini sayacaq olsaq, sayıb qurtara bilmərik. Buna görə də bizlərə nemət verildiyində, sıxıntı ilə qarşılaşdıqda, maddi mənəvi hər şeyin Rəbbimizdən olduğunu bilərək Allahʹa şükür etməyi unutmamalıyıq.



11. Həyatda kimə və nə üçün minnətdarsınız?

Əlbətdəki birinci uca REBBİMə borcluyam bir mən yox hamımız sonra anama və atama



12. Necə insanları xoşlayırsınız?

Deyir Yaradanı sevirəm yaradanıma görə Mən yaxşıyam deyən bir kimsə, bu sözüylə yaxşı olmadığını etiraf etmiş olar.Özünə yaxşı deyən insanları sevmirəm. Hər şey göz önündədi. Yaxşı insan olmaq üçün ilk növbədə insan uşaqlıqdan düzgün tərbiyə almalıdır.Bəzi insanlar daş qəlbli olurlar və nəticədə rəhm deyilən,insanlıq deyilən hisslər o insanlarda olmur.Yaxşı insan ilk öncə ibadətindən qalmamalı, kasiba el tutmalı, insanlari alcaldib qururlari ile oynamamali, insanlarin kederine sevinmemeli, insanlara zulm etmemeli, ALLAHA her gun her deyqə Şükür etməlidir.ne qeder çalışsaqda yaxşı olmaq hərdən olmur hardasa yene sehvler edirsen...yegane yaxwi insan əsl müselman Məhəmməd Peyğəmbər olmuşdur..inşALLAH Allah bizi onun kimi sevimli ve yaxşı bəndələrindən etsin..Amin



13. Sizcə gözəllik nədən başlayır?

Gözəllik qəlbdən başlamalıdır. Qəlbi gözəl olan insanın simasıda ətrafındakılarda gözəl olar



14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?

VALLAH elə bir istəyim yoxdu ama Türkiyəni çox sevirəm orda olmaq istərdim



15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

VALLAH sayta girən kimi birinci öz profilimə öz xəbərlərimə baxıram.



16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

Dostlarım var burda ümüd üdirəmki inciməzlər. Ama özümə ən yaxın bildiklərim canım miriçkam və arzum aysundu



17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?

Maraqlı olan bütün xəbərləri maraqla oxuyuram



18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?

Elə bir kimsə yoxdu



19.Saytda ən çox sizi nə cəlb edir?

Çox şey Məsələn ən birinci burda oğlan yoxdur ürəyim istədiyi xəbərlər çoxdur və.s



20.Nə kimi təklifləriniz var saytda?

Şükür adminimiz elə şeylərdə yaxşıdır. Hər şey qaydasındadı



21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

Antikvarın Miss oxatanın Qlamuurun fialka Barbi Qəşəng mənalı şərhlər yazanlar çoxdu. Onları oxuyuram



22. Nə üçün məhz Qadınlar.biz?

Elə qadınlar.biz olduğu üçün



23.Bu saytda sizə nə maraq doğurur?

Gözəl xəbərlər mənalı şərhlər çox bilmiş həkimlərimiz və.s



24.Saytdakı ən yaxın dostlarınız?

Burda dostlarım çoxdu ama ən yaxın Mira yaman arzum aysun və chuba chubs



25.Özünüz haqda qısa və tam!

Məncə yazdıqlarımdan necə bir insan olmağımı müəyyən etmək olar. Yalanı sevməyən sadə səmimi biriyəm



26.Burada hansısa bir haqsızlıq görmüsüz?

Xeyr heç bir haqsızlıqla qarşılaşmamışam



27.Saytda başınıza gələn maraqlı bir hadisə

Qızlarla gülməli yazışmalarımız və bir dəfə təzə vaxtı iki xəbərin şərhin səf salmışdım o olub. o xebərin şərhin bu xəbərə bu xəbərinkində o birisinə))))



28.Sayta olan ürək sözləriniz

Uzun ömürlü olsun saytımız həmişə belə birinci olmağı davam etsin. Arzularımızı xəbər olaraq gerçəkləşməsin paylaşaq burda inşALLAH



29.Baş Admindən Razısız ?

Bəli razıyam



30.Həyatda ən çox kimə inanırısınız?

Əlbətdəki sonsuzacan uca RƏBBİMƏ



31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)

Hakim olmaq mənlik deyil. İki dost artıq dostdu dostluqda gözəl bir şeydi. Bacardığım qədəriylə iki düşməni dost etməyə çalışardım ən azında düşmən olmasınlar



32.Həyatınızda əsas məqsəd nədir?

Arzularım var gerçək olmasın istərdim. Valideynlərimin böyüklərimin həmişə var olmasını yoldaşımla ömür boyu xoşbəxt olmaq və ən əsası uca RƏBBİMə layiqli bəndə olmaq istərdim



33.Gələcəydə özünüzü kim görürsünüz?

İnşALLAH yoldaşımı yaxşı ata özümü isə yaxşı ana olmaq istərdim RƏBBİMin köməkliyi ilə



34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

ALLAH eləməsin. bütün bacılarım üçün çox darıxaram..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!