Xatirə dəftəri - Antikvar (10)

Xatirə dəftəri - Antikvar (10)
Qadınlar.Co
10.09.2017 12
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz Antikvar olacaq.

 

1. Soyadınız Adınız?

Heybatova Nigar.



2. Doğum Tarixiniz?

6 oktyabr 1992-ci-ildə.



3. Bürcünüz/iliniz?

Tərəzi bürcü,İlimdə meymun:)



4. Ən böyük arzunuz?

Arzular əslində bitməz tükənməzdi,bir arzun reallaşdıqda ,daha bir arzu diləyərək reallaşması üçün hər gün Allaha sığınıb duaların ilə arzuva çatmağını diləyirsən.Şükür Allaha bugunə qədər nə istəmişəm nəsib edib mənə və insana həyatda nə lazımdı yetərincə her bir nemetden sukur varimdi.Hal hazırda Allahımdam hər gün dilədiyim arzum iki oğlumu ilk növbədə ağıllı,tərbiyəli,və biri gələcəyin cərrahı,o biri isə prakruru olmaqları üçün Allahıma dua edirəm)Inşallah bir ana kimi onlara baxıb fəxrlə yaşamağım mənə qismət olar.Və bunun üçündə əlimdən gələninin artıqlamasına qədər edəcəm.Necə deyərlər Allah deyir səndən hərəkət məndən bərəkət:)Məndə düzgün hərəkət etməliyəmki bərəkətinidə görüm)



5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

Yox olmayıb.Seçimimi həmişə düzgün etmişəm dost cəhətdən vurğulayıram seçim dedikdə.Hansı insanlara güvənib söz demək olar ya olmaz bax bunu təhlil etmək üçün o insanla bir neçə dəqiqə danişmağım yetərlidi mənim üçün.Belədə indi dost dediklərim sadəcə yoldaşım və anamdı.Ailə həyatı ki,qurdun bütün sirrlərini biləcək qədər kənar şəsxlərə indiki zamanda ehtiyac duymuram)



6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

Mən 1-ci sinifə gedəndə əlifbanın hamsını + - evdə mamam sağolsun öyrətmişdi mənə.Bir qrup sinif uşaqları əziyyət çəkəndə mən hamsını bilirdim)4-cü sinifdə ibtidai qrupdan ayrilib uşaqlar iki qrupa bölünürdü(yaxşı oxuyanlar riyaziyyat qrupuna,orta və aşağı oxuyanlar isə ədəbiyyat qrupuna verilərdilər..)Mən riyaziyyat qrupunda idim.Çox sevdiyim fən riyaziyyatıydı,misal və məsələ olduqda sonu hansı rəqəm ilə bitəcək deyə həvəslə onları hesablayırdım.Bidə Alman dili dərsi çox sevərdim çoxda gözəl bilirdim.Amma çox təəsüf Alman dili dərslikləri məktəblərdə ləğv edildi yerinə, ingilis dili ilə əvəzləndi.Heç maraqım olmadı ingilis dilinə,sevdiyim müəllimim və fənnim ləğv edildiyi üçün..Sualımın tam cavabına gəldikdə isə hansı qrupda olduğumdan məncə anlaşıldı necə oxuduğum08



7. Həyat sizcə maraqlıdır?

Bir çoxlarımız həyat maraqlıdı desələrdə mən günlər keçdikcə maraqsızlaşdığını düşünürəm.Bilirsiz niyə?insanlar soyuyublar bir birilərindən,saxta olmayan mehribançılıq,gülərüzlük çox azdı,paxıllıq hissi,və.s xarakterli insanlarnan ikinci dəfə görüşməmək üçün can atırsan desəm yalan olmaz.Baxın bir çoxları bəlkə razı olmasalarda fikrimlə mən düşünürəm pulun varsa "Həyatın maraqlıdı"əyər bu Həyatı Azərbaycan kimi ölkədə yaşayirsansa onda mütləq gərək o maraqlı həyatı dadmaq üçün pulun olsun...



8. Möcüzəyə inanırsınız?

Həmdə çox...Qurban olum Allahıma hər birimizin bildiyi bir misal gətirim.Bir övladın ana bətnində böyüdüyü hər bir anını ən azından video çarxlarını izləmişik.Sizcə bu bir möcüzə deyilmi?Allahımın yaratdığı kainatda yaşayıb nəfəs alırıq və yaratdıqlarının hər bir möcüzəsinin şahidi oluruq.İnanmıram deyənləri mən kafir adlandırıram.



9. Yenidən uşaq olmaq istərdinimzi?

Yox istəmərəm.Bilirsiz niyə?valdeynlərimə dəhşət dərəcədə əziyyət verən uşaq olmuşam.(Dəcəllikdən əlavə balnissalarda çox gəzdirmişəm valdeynlərimi)mamamın mənim üzərimdə zəhməti çox böyük olub.İstəmərəm həmin anları anam bir daha yaşasin.Orta yaş dövrlərini qardaşımla keçirtdiyim xoş günləri xatırlayıb üzümdə xoş gülümsəmək yaratmaq yetərlidi..



10. Dünyaya yenidən gəlməy istərdiniz?

Belə bir metodun baş tutmağı mümkün olmadığına görə fikirləşib beynini yormağa belə dəyməz:)Hər insan dünyaya bir kez gəlir və çalışdıqca hər birimiz gözəl əməllərimiz ilə Allaha xoş olan tərzdə yaşamağı bacaraq.



11. Həyatda kimə və nə üçün minnətdarsınız?

İlk öncə məni yaradan Allahıma sonra eziyyət cəkib böyüdən,düzgün tərbiyə edən ,valdeynlərimə minnətdaram.əsasda canım atama (Həyatda hər zaman örnək götürdüyüm başımın tacı olan atama)minnətdaram.



12. Necə insanları xoşlayırsınız?

Dürüst,yalan söyləməyən,yerini və danışığını bilən insanlara qarşı həmişə müsbət fikirdə olmuşam.



13. Sizcə gözəllik nədən başlayır?

Bir çoxlarımızın istifadə etdiyi ifadə (daxili gözəllik)məndə razı gözəllik daxilən başlayır.Qəlbi gözəl olan insanın hər bir əməli gözəl olur.



14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?

Belə sualları heç sevmirəm desəm:)Belə arzularnan yaşamağı sevmirəm.Fransa,Turkiyə,və.s.şəhərlər maraq çevrəmdə deyil.Olmaq istədiyim yer doğulub böyüdüyüm şəhər Bakımdı.Yayı ordayam inşallah:)



15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

Sayta girən kimi baxıram ismarıc gəlibsə cavablayacam.Yox əyər elə hərhangi bir önəmli bir ismarıc yoxdusa xəbərlərə keçib şərhlərimi yazıram08Xusisi izlədiyim biri yoxdu)



16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

Köhnə nikiylə Narın Yağış,Sonam,kespixo usərləri mənə çox yaxındılar.



17. Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?

Kimin xəbərləri maraqlı oldusa.Xəbərin ən çox başlıqlarına nəzər yetirirəm məni xəbərə baxmağa cəlb etdisə kimin göndərməyindən aslı olmayaraq o xəbərə daxil olub mətninı nəzər yetirdikdən sonra şərhimi yazıb çıxacam))



18. Kimin bu saytda olmasi sizi qıcıqlandırır?

İmza yerimdə qeyd etdiyim özümə məxsus ifadəm(Maraq çevrəmdə olmayan birini "yola"verməklə kifayətlənirəm)məncə daha uzun yazmağa ehtiyac yox hər bir kəlməsiylə məlum oldu nə demək istədiyim:)



19. Saytda ən çox sizi nə cəlb edir?

Saytın ümümlükdə özü məni cəlb edir:) və bu səbəbdən burda olmağımdan mənmumiyyət duyuram)



20. Nə kimi təklifləriniz var saytda?

Bəzi fikirlərim olub və Adminə bildirmişəm sağolsun hər zaman nəzərə alıb.Yox olmaz cümləsi ilə rastlaşmamışam.Yada belə desək (yox)kəlməsini eşidəcək bir fikir önə sürməmişəm:)



21. Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

Mammadov V.C,Miss_Oxatan,Qlamur.



22. Nə üçün məhz Qadınlar.biz?

Niyəsi məncə hər birimizə məlumdu.əks cins nümayindələri bu saytda olmadıqları üçün.



23. Bu saytda sizə nə maraq doğurur?

İlk dəfə bura bir ay olardı qediyyatsız daxil oldum.Çox marifləndirici məlumatlar xəbərlər vastəsilə biliklənmiş olurdum.Qediyyatdan keçdikdən sonra ikinci bir ailəm oldu bu sayt.



24. Saytdakı ən yaxın dostlarınız?

16-ci sualda cavabı.Təkrarlamayım birdə)



25. Özünüz haqda qısa və tam!

Hmmm məncə mənimlə yaxından ünsiyyətdə olanlar daha yaxşı bilirlər.Bilməyənlərədə qisaca deyim.Sözü üzə çəkinmədən deyən,əsəbli,hər bir işində mənsuliyyətli olmağı sevən08



26. Burada hansısa bir haqsızlıq görmüsüz?

Yox  görməmişəm.Sağolsun Admin belə işlərin layiqincə öhtəsindən gəlir.

27.Saytda başınıza gələn maraqlı bir hadisə

Xusisi bir gün çox düşündüm yadıma gəlmədi.Amma burda hər olduğum gün mənim üçün maraqlı və dəyərlidi)



28. Sayta olan ürək sözləriniz

Uzun ömürlü olmağını dahada böyük nahiliyyətlərə uğur qazanmağını arzulayıram saytımıza.



29. Baş Admindən Razısız ?

Razıyam)İşi asand deyil,nə qədərdə olsa bu qədər qadını yola vermək hər kişinin işi deyil))))Özünündə dediyi kimi insanların dilini yaxşı bilir)Nə deyək Allah səbr versin.Uğurlar...



30. Həyatda ən çox kimə inanırısınız?

Allahıma,sonsuzadəkdə inamım tək bir Allahıma olacaq.Rəbbimə uzatdığım əllərim,etdiyim duaları ,istək və arzularımı qəbul edib.Şükürlər olsun rəbbimə.



31. İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)

Hər ikisinin.Hakim dediyin seçim eləmir sənə verilən o iki dost və iki düşmənin hakimliyi eləməyinin vəzifəsi verilib.Ayrı ayrılıqda problemlərini araşdırıb azad olanları azadlığa buraxılardı iş verdiklərimdə raşotka arxasına ciddi rejimli cəza çəkmə müəhhısinə salardım)))Bir an hakim hiss elədim özümü 122



32. Həyatınızda əsas məqsəd nədir?

Həkimlik idi məqsədim amma çox təəsüf yarımçıq qaldı(İndi həkimliyimi qohumlar arasında eləyirəm.Tam öyrənməyim üçün kursa getməm lazım şimdilik yasak))))Bundan sonrakı məqsədim iki balamın gələcəyini parlaq yetişdirməyimdi inşallah qismət olar.



33. Gələcəydə özünüzü kim görürsünüz?

Maraqlı sualdı.Ailəsinə ,yoldaşına,iki balasına sevgisini verən və bununla bərabər iki oğullarının fəxr etdiyi analları kimi 08



34. Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

İnşallah belə hal yaşanmaz.İnanmıramda yaşansın.Belə hal olmamasına inandığım üçün sual cavabsız qalacaq).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!