Bu günün SƏBƏBKARı - naxcivan balası

Bu günün SƏBƏBKARı - naxcivan balası
Qadınlar.Co
10.09.2017 16
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin ilk bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm....



bu günün səbəbkarı saytımızın naxcivan balası-dı.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....

 

Bu günün SƏBƏBKARı - naxcivan balası



1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Əlbətdə canım mənim , MƏDƏTLİ MƏLƏK



2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

1993



3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Əgər ətrafında səni sevən, canı gönüldən təbrik edən sevdiyin insalar varsa əlbətdə əvəz olunmaz hissdir və sizin kimi bacılarım varsa özünü çox özəl və xoşbəxt hiss edir insan



4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?

Xeyr bacım ele bir hədiyyə olmuyub



5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Bu günün mənim üçün başqa bir özəliyi də var... bu gün həm də mənim nişanımın il dönümüdü ,ən gözəl hədiyyə ad günümdə nişanımın olmasıdı. ən önemlisi də bunu canım həyatımın mənası nişanlımın fikirləşmesi idi. çooooox böyük süpriz olmuşdu mənə. bu xəbəri eşitdiyimdə çoox sevinmişdim , ad günü hədiyyəsi olaraq da telefon , və öz şəkillərindən hazırlanmış süvener hədiyyə etmişdi



6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

Xeyir bacı heç olmuyub, mənim üçün ürəkdən edilmiş təbrik dünyanın bütün bahalı hədiyyələrindən də daha bahalıdı. əsas hədiyyə deyil fikirləşməkdi mənim üçün



7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?

Bəli bacı olub ,mən mişkaları çox xoşluyuram hər zaman mənə mişka hədiyyə olunmasını istəyirdim və keçən il rəfiqəm  mənə dovşan mişkası almışdı, mişkanı görəndə çox sevinmişdim və çox olub belə hadisə



8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?

Bəli bacı dünən kimi xatırlayıram çoxx xoşbəxt idim.  ilk dəfə nişanlımla doğum günümü keçirirdim və heç vaxt çıxarmamaq üzrə barmağımıza üzük taxırdıq ömür boyu unutmaram o günü



9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Telefon və süvener



10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?

Mən də həyacanlanıram doğum günüm yaxınlaşanda , iple çəkirəm o günü. xeyir bacım heç vaxt unudulmuyub şükürlər olsun , kimdən təbrik gözləyirəmsə təbrik edib. bu gün isə ilk təbriki nişanlımdan gözləyirəm



11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Xeyir bacı olmuyub elə bir süpriz, tək nişanda mənim üçün nişanlımın ailəsi tərəfindən  hazırlatdığı tortdan başqa ,



12. Bu yaşına qədər səni mox xoşbəxt edın, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

Bəli bacım, doğum günümdə nişanımın olması çoox böyük süpriz idi, xoşbəxt idim



13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Xeyir bacı, bu yaşıma kimi olmayıb, inşallah heç olmaz . Əgər çox istədiyim şəxslər mənim doğum günümü unutsa heç vaxt bağışlamaram



14. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Bəli bacım, sizinlə keçirdiyim ilk doğum günümdü ,bu hissi dilə gətirmək çətindi. o qədər sevinib , həm də duyğulandım ki, mənə xəbər hazırlayacağını oxuyanda , çox şükür ki, burdayam sizin aranızda və sizin kimi dəyərli bacılarım var, çoox sevincliyəm...  Allaha and olsun bu sevincimin səbəbkarı isə sən və burdakı bacılarımdı



15. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

İlk təbriki ayka ısı Aydandanımdan ,ayan97 Aytenimden , güllü qezi Sevilimden , fidan q ova Fidanımdan, güneşime aid  Jaleden,  rahile Çinarəmdən , çünki bunlar ad günümü zənnimcə bilirlər



16. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?  

Çoxlu təbrik gözleyirem bu gün bacım və böyük olan yaradıcı Allahdan istədiyim bəlkə gülməli gələcək, amma mən yenə də duamın qəbul olacağına inanıram , duaların qəbul olunduğunu düşündüyüm günlərdə mən həmişə əl açıb Allahdan savaşın olmadığı barışının höküm sürdüyü dünya isteyirem, aclığın susuzluğun,  göz yaşlarının olmadığı bir dünya ,artıq uşaqların yetim qalmamasını analı atalı bütün sevdikləri ilə  bir yerdə doğum günlərinin olmasını istəyirəm , əlbətdə bir də işğal olunmuş torpaqların azad olmasını,  bəlki çox şey istəyirəm ad günü hədiyyəsi olaraq,  inşallah qəbul olar qəlbdən olunan duaların qəbul olduğuna inanıram



Bu günün SƏBƏBKARı - naxcivan balası



Canım mənim,  mən də öz növbəmdə səni ürəkdən təbrik edirəm. Həyatda yaşanıla biləcək ən gözəl günləri, ən böyük xoşbəxtlikləri sevdiyinlə, əzizlərinlə can sağlığı ilə yaşamağını diləyirəm....



Saytımızın ayan97-si, yəni Aytən xəbərimdə sənə olan təbrikini xüsusi vurğulamağımı istədi....

 

"Mələyim iyi ki dogulduuuunnn....

Salam canlarim   :03:

Hmmm, bu mesaji niyə yazırdım?  :hmmm:  Unutdum... :uzulen: Inan heç xatırlamıram )))  :ciyy: Dayan-dayan... Tapdım ...   :kivir: Bu gün mənim Mələyimin ad günüdür...   :happy0005: Düz 22 il bunnan öncə  :shok: dünyaya gözəl, sadə, düz, dürüst bir Mələk enmişdir. Və bu gün o Mələyin ad günüdür.. :08:  Canım Mələyim sənin ad gününü təbrik edirəm... Diləyirəm ki,   :ltfen: yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayarsan. Üzün həmişə gülər, sevincini heç vaxt itirməzsən... Tanrının ən sevimli qullarınnan olasan.. Dostluq çox gözəl hissdir,  qurduğun dostluğu daim yürütmək lazimdi. Sən də mənim saytda gülməşəkər dostumsan....  :kanka: Gəl saaa mahnı oxuyacaammm, Happy birtday to you xappoiii boooooste do ooo   :sarkici: ayy səsimi korlamıyım.....  :125: Canım sənə arzum çoxdur, amma abartmıyım sonda bir şablon sözlə bitireyim aşkitoşkooomm... Dost bir qara gündə, bir də doğum günündə bəlli olur.... Səni unutmayan bir dost qara günün olmasın, amma doğum günün kutlu olsun.. Hadii :mucux: Birdaha Iyi ki doğuldun akitoşkom"

 

Bu günün SƏBƏBKARı - naxcivan balası

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!