Qadınlar.Bizlilərin arzuları - Miss-Oxatan (7)

Qadınlar.Bizlilərin arzuları - Miss-Oxatan (7)
Qadınlar.Co
10.09.2017 9
Salam Qadınlar.biz ailəsi.Yeni layihələrnən qarşınızdayam.Maraqlı bir layihə hazırlamaq qərarına gəldim.Yəqin ki,hər kəsin ürəyində arzuları var çoxusunun arzuları həyata keçib bəzilərin arzularıda həyata keçməyib.Hər birimizin uşaqlıq arzuları olub və arzularımız bizimlə gündən-günə böyüyüb.Yaşımız artıqca arzularımız,istəklərimizdə artıb.Deməli belə sizlərin uşaqlıq vaxtı nə arzunuz olub və,o arzulara nail olmusunuzmu?Layimizdə iştirak edən Miss-Oxatan olacaq və,o öz arzuları hakda bizimlə bölüşəcək.

 

"Baci məni yənə də nəzərə aldığın üçünn çox sağol.

Salam.Arzular və ümüdlər insanı həyata bağlayan,gələcəyə doğru inamla aparan sirli bir qüvvədir.Arzudan arzu doğar,ümüd ən son ölər boşuna deyilməyib.İnsan özünü dərk edəndən bir şeylər istəyər,arzu edər.Hər yaş dövrünün özünəməxsus arzuları vardır.Başlayım uşaqlar arzularımdan,hansı ki,indi yadıma düşəndə gülürəm))Mənimlə tay olanlar bilir.Bizim uşaqlıq illərimizdə uşaq verilişlərində sehirbaz Tofiq əmi var idi,güya çubuğu vuranda nə istəsə olurdu.Məndə uşaq ağlımla gerçək hesab edirdim.Deyirdim məndə sehirbaz olacam.Hətta hamıya deyirdim,gülürdülər.Sonra bu arzumun xəyallarını qururdum.Güya sehirbazam və bütün doğmalarım,ailəm,dostlarım və müəllimlərim nə istəyir onu da edirəm.Sonra böyük bir ev arzu etmişəm,istəmişəm ki,o evdə o qədər otaq olsun ki,bütün ailə üzvlərim,bütün mənə doğma olan hər kəs birlikdə o evde yaşayaq,o evdə mehribanlıq hökm sürsün.Bu arzumu hələ də arzu edirəm hətta.Qismət,İnşAllah həyata keçər deyə Allahdan ümüdümü kəsmirəm.Həyatda vacib olan arzularımdan biri də Həcc ziyarəti etməkdir.Ailəm və qardaşlarımla birlikdə.İnşAllah Rəbbim qismətimə yazar.Hal-hazırda ən böyük arzum isə,hər kəsə məlumdur,Ana olmaq istəyirəm.Aşkımızın meyvəsini dərmək.İnşAllah ALLAH xeyirli övlad dünyaya gətirməmi qismət edər.Amin.Ən əsası həyatda can sağlıdır,can sağlığımız yerində olsun,ağrımayaq,əlimiz ayağımız bütün orqanlarımız və ən əsası ağlımız yerində və sağlam olsun,niyyətlərimiz təmiz və dürüst olsun,bir az uğur və bir az cəsarətimiz olsun ALLAHIN izni ilə hər şey yaxşı olar.Mənim həyatda çox arzum ürəyimdə qalıb.Ancaq qəbul edilməyən arzuda da bir hikmət var.Allah daha yaxşı bilir hansı arzumuz bizim üçün xeyirlidir hansı yox.Məhz bir arzum olub ki,onu illərlə,gecə gündüz,dayanmadan,durmadan,hər yağış yağanda,günəş çıxanda və batanda,nə bilim hər məqamda diləmişəm.O qədər ümüdlənmişdim ki,yəni bu qədər yalvarışa və durmadan arzuladığıma görə geci-tezi qəbul olunacaq,ancaq olmadı.Ümüdlərim sındı.İndi ona görə də heçnəyi həmin inamlı ümüdlə diləyə bilmirəm.Sadəcə Allahdan istəyirəm.Bilmirəm bəlkə günahdır ancaq elə bir şəkildə mütləq olacaq deyə ümüdlənə bilmirəm.Bir daha travma almaq qorxusundandır yəqin.ALLAH hər kəsi öz arzularına çatdırsın İnşAllah.Məndə içində olmaqla Amin.Məni layihənə dəvət etdiyin üçün çox sağol Allah arzularını qəbul etsin
."

 

 Allah hər birinizi arzularına çatdırsın xanımlar AMİN....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!