Xatirə dəftəri - Miss-Oxatan (12)

Xatirə dəftəri - Miss-Oxatan (12)
Qadınlar.Co
10.09.2017 10
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz Miss_Oxatan  olacaq.

 

1. Soyadınız Adınız?

Əliyeva Günay :08:



2. Doğum Tarixiniz?

26 noyabr 1986(arzum_aysun imenno saa gorə yazıram layihə bəhanə :126: )



3. Bürcünüz/iliniz?

Oxatan bürcü,pələng li.Hər ikisini tam əks etdirirəm. :neww:



4. Ən böyük arzunuz?

Məncə bu hər kəsə məlumdur,ən böyük arzum ALLAHIN rzası ilə Ana olmaqdır.Digər arzularımı digər layihəndə yazmışam.



5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

Həyatımın ən yaralı yeri.Biz zamanlar rəfiqə hesab etdiyim bir "məxluq"dan gördüyüm xəyanətin ağrısını illərlə göz yaşı tökərək yaşadım.Həyatda iki insana bəd dua etişəm biri odur.

Hər iki cahanda da əlim yaxasındadır.



6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

Əla qiymətlə,yəni ki,5 qiyməti ilə.



7. Həyat sizcə maraqlıdır?

Həyatınecə görməyin çox vaxt yaşadıqlarından asılı olur.Yaxşı hadisələri ard-arda yaşayanda,əsas da,günlərin maraqlı keçəndə deyirsən ki,həyat maraqlıdır.Əksi olanda isə bir anlıq soyuyursan.Ancaq məndə çox çəkmir bu hisslər.Depressiv hisslərdən pozitiv hisslərə tez köklənə bilirəm.



8. Möcüzəyə inanırsınız?

Bu suala başqa cür cavab vermək istərdim.İnsanlar nədənsə möcüzə görəndə,yəni fövqal-təbii hadisələr görəndə sanki Allaha daha çox inanır,məsələn,toyuq yumurtasında,pomidorda,göydə buludların düzülüşündə və s.onda duruxurlar,ancaq belə şeylərə möcüzə deyirlər.Ondansa hər insan güzgüyə baxsın özündəki möcüzəni görsün.Allahın yaratdığı hər bir məxluqat,hər bir hal-hadisə,yer və göy,yerde və göyde olanlar,gördüklərimiz və görə bilmədiklərimiz nə varsa hamısı İlahi möcüzədir.Möcüzə nədir?İnsan oğlunu mat-məəttəl qoyan,onun gözündə əl çatmaz və özünün əsla edə bilməyəcəyi bir hadisə.Mən Allahın hər şeyə qadir olacağına inanıram.Rəbbimin etdiyi,yaratdığı hər bir şey bizə möcüzədir çünki yaratdıqları əsla onu bacarayacaq.



9. Yenidən uşaq olmaq istərdinimzi?

Böyüdükcə elə şeylər yaşadım ki,kaş uşaq olanda böyüməyə bu qədər can atmazdım deyirəm.İstərdim ancaq bir şərtlə,birdə uşaq olsaydım böyüyəndə qarşılaşdığım pis insanları görəndə yolumu dəyişim,daha inanıb salam alekum etməyim.



10. Dünyaya yenidən gəlmək istərdiniz?

Yox istəməzdim.Allah keçsin günahımdan o qədər olub ki,demişəm axı niyə gəlmişəm dünyaya,birdə niyə istiyim bunu?Zatən ölüb yenə diriləciyik,ancaq daha bu dünya üçün yox.Allah axirətimi xeyirli etsin İnşAllah.

 

11. Həyatda kimə və nə üçün minnətdarsınız?

Təbii ki,bu sualın bir standart cavabı var,ALLAHA ,Ana və Ataya.Allaha həmd olsun,valideynlərimə isə Allah can sağlığı uzun ömürlər versin İnşAllah.Ancaq mənim həyatda borclu olduğum insanlar tək onlar deyil,rəhmətlik nənəm,xalalarım və dayım var.Allah hamısının canınl sağ eləsin.Onlar mənim dayağım və mayakımdır.



12. Necə insanları xoşlayırsınız?

Xarakterli insanları,ağızlarından söz çıxdısa sonu ölümdə olsa yerinə yetirən,iki üzlü olmayan,sədaqətli,haqqı nahaqqa qurban verməyən.Ancaq təəssüf ətrafımda çoxdur beləsi,ən pisi də budur ki,kişi cinsiyyətinə məxsusdular.Mən onlara fiqurnu kişi deyirəm.İçləri dişi iblisdir onların.Allah lənətləsin elələrini məsumlardan uzaq etsin Amin.Bir ayaqları gordadır ancaq sol tərəfdəki vərəq çatdıra bilmir.



13. Sizcə gözəllik nədən başlayır?

Gözəllik genetikadan,tərbiyyədən,xarakterdən.Genetika deyəndə fiziologiyanı nəzərdə tutmadım,ən əsas gözəllik daxili gözəllikdir.Gözəldən 40gün gözəl xasiyyətdəm bir ömür doymazsan deyirlər.Əgər kökündə ya südündə bir "büdrəmə" vardırsa gendə yenidən toxum atacaq.Əsil nəsil vacibdir.Əsil nəsilində təməlini insan özü qoyar.Əgər yaxşı insan olsan,ədalətli və sülhsevər olsan,bacarıqlı,səmimi,savadlı olsan hər kəs özündən sonra törətdiklərinə öz genləriylə bu xüsusiyyətləri mütləq ötürəcək.Yox əgər əyyaş,əyri yolun yolçusu olsa,zülmə boyun əyən olsa,haqqı nahaqqa dəyişsə bu əməlləri 7arxa dönənində olsa bu genləri yenidən cücərdəcək.Dünyanı dəyişmək istəyirsənsə özündən başla.Bax o zaman dünyanı gözəllik xilas edəcək.



14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?

Ümumiyyətlə bütün dünyanı gəzmək istərdim ancaq hələki bir xəyaldır.Məkkə,Mədinədə sözsüz.Ancaq Misirdə,Yunanıstanda,İtaliyanın şəhərlərində bir sözlə qədim dövrə xas abidələr olan bütün diyarı gəzib görmək istəyirəm.Hələki o şəhərlərə monitor arxasından səyahət edirəm



15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

Heç kimin.Ancaq hərdən olur gün ərzində hansısa qızımızla yazışıramsa ondan cavab gözləyəndə baxıram saytdadır ya yox.



16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

Bu sayt mənə bir sirdaş verib.Çox az olur saytda ancaq qızların çoxu tanıyır onu.Ayti86.Onunla münasibətimiz realda post etdi)))Onu Allah mənə məni də ona çox görməsin İnşAllah)))



17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?

Xəbərləri userə görə ayırmiram,sayta daxil oluram,xəbərlərə baxıram,hansı maraqlıdırsa 1ci onları oxuyuram.Ancaq saytımızda maraqlı xəbərlər yerləşdirən userlərimiz çoxdur.



18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?

Saytda şərh artırmaq niyyətiylə yalandan tşk-mşk,maraqlıdır,əyri getdi köndələn getdi kimi status dəlisi userləri ümumiyyətlə görəsi gözüm yoxdur.



19.Saytda ən çox sizi nə cəlb edir?

Saytın özü,qızların səmimiliyi.Digər saytlarda zamanında çox fəal olmuşam,ancaq rəqabət rəzalət halında çatacaq dərəcədə aparılırdı.Bu saytda elə bir şey yoxdur.Əgər kimsə bu məqsədlə fəal olubsa ban olub,bir zamanlar Nara niki vardi.fəal idi ancaq rəqabəti sağlam deyildi.Bunu hiss edirdim ancaq öz aləmimdə bir neçə gündən gördüm ban olub.Deyəsən Nastardamusun kötücəsi bir mən deyiləm dedim cadu )))



20.Nə kimi təklifləriniz var saytda?

Saytda bunu bir neçə dəfə qeyd etmişəm,mən saytda hüquqşunas məsləti bölməsi olsun istiyirəm.Bura bir qadın saytıdır.Məlum,bizim qadınıarın çoxu hüquqlarını bilmir deyə mental çərçivədə məngənədə sıxılırlar.Onlara kömək məqsədilə,haqq və hüquqlarını başa salmaq,öyrətmət məqsədilə istərdim bizim ağsaqqal zded nəzərə alsın.



21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?


Mən ümümumiyyətlə xəbərə keçəndə 1ci öz fikrimi yazıram sonra şərhlərə nəzər salıram,ancaq o da xəbərdən asılıdır.Oxuyanda bütün şərhləri oxuyuram.



22. Nə üçün məhz Qadınlar.biz?

Aznetin ən xanım xatın,nömrə 1 qadın saytıdır.Ən əsası hüzur var,hüzur olan yerdən qaçmaq zatən olmur.



23.Bu saytda sizə nə maraq doğurur?

Bütün heyətin (administrasiya və userlərin) mehribançılığı.



24.Saytdakı ən yaxın dostlarınız?

Ayti86 mənim sirdaşımdır.Daha sonra yaxin olan userlər gulka azeri,antik,svetok(rütbəsi qalxandan sonra dəyişib :02: ),bu qızlarıa söhbətimiz olur.bir çox qız var kimi yazmadımsa bağışlasın.



25.Özünüz haqda qısa və tam!

İnadcıl,asi,sözü üzə deyən,səmimi,pozitiv,əsəbi,ailəsini çox sevən,hər hadisədə hikmət axtaran bir Allah bəndəsi.



26.Burada hansısa bir haqsızlıq görmüsüz?

Həə özdə admindən,hardasa il yarım əvvəl,əlimdən statusumu da almışdı,güya status delisiyəm da mən kubok o sənin statusların sənin olsun sənin olsun sarkici bookiz



27.Saytda başınıza gələn maraqlı bir hadisə

köhnə userləri görəndə sayta əsasda hal əhval tuturuqsa o mənim üçün maraqlı hadisə olur.



28.Sayta olan ürək sözləriniz

Aznetin nömrə 1saytı niyyət eləirəm sohbət eliyirəm bajı,nə qədər sən varsan məndə burdayam,qurtulmaq istəsən ban elə,nikim yolunuza fəda olsun sultanıım dua (sümbül ağa demiş ihi )



29.Baş Admindən Razısız ?


Bu nətər sualdı HAŞA :09: yaxşıdı.Prosta ancaq mənim xəbərlərimə radar qoyub,birdə görürsən yazib,açırsan ki,pahh flan xəbərin silindi.Bə niyə?təkrardı.Aləm aləmnəndi admində mənnən.halbuki nəqədər təkrar xəbər.gözüm çıxdıma salıf məni eh nağarax canı sağ olsun admin olanda nolar.



30.Həyatda ən çox kimə inanırısınız?

Ailə üzvlərimə,bilirəm ki sabah başıma bir iş gəlsə arxamda duracaq dəstəkləyəcək ailəm doğmalarım var.Allah canlarnı sağ eləsin.



31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)

Fərqi yoxdur mənim üçün.Hansı düzgündürsə ona görə qərar çıxardaram,düşməndə olsalar dostda olsalar hakim olaraq qərarım Barişın! qərarı olar.



32.Həyatınızda əsas məqsəd nədir?

Ailəmdə hüzur olsun,problem yaradan insanlar çəkilsin həyatımdan ayri heçnə istəmirəm.



33.Gələcəydə özünüzü kim görürsünüz?

Ərimə bugünki kimi dəstək olan vazkeçilməz qadın,Qayğıkeş ana,bacarıqlı iş qadını.



34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

İnanıram ki saytımız uzun ömürlü olacaq ancaq iraq olsun bağlansa sayt üçündə sayt əhli üçündə burdaki abu hava üçün,tapdığımız hüzurüçün darıxaram.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!