WiRiN BaLaM ilə müsahibə

WiRiN BaLaM ilə müsahibə
Qadınlar.Co
10.09.2017 5
1.Salam canım səni aramızda görməyimizə şadıq ailəmizə xoş gəlmisən.

Salam çox sağol bacı məndə sizlərlə bu saytda olduğum üçün cox şadam.



2.Buyur özünü bizlərə təqdim elə adın yaşın doğum tarixin neçənci il?

Adım Könül ilim 1995-20 yaşımın içindəyəm.



3.Həyatda səni ən xoşbəxt edən şeylər nələrdir?

Qızımdır başqa heçnə.



4.Deyirlərki qadınlar yalançı olurlar.. bu fikirlə razısan?

İndiki dövrdə yalan danışmayan insan yoxdur məncə kişilərdə qadınlardan geridə qalmır.



5.Qaynanalar niyə oğullarını gelinlərinə həmişə qısqanır?

Bütün qaynanalar qısqanmır məncə qısqananlarıda başa düşə bilmirəm hər-halda özüm qaynana olandan sonra anlayaram səbəbni.



6.Bugünə kimi dərk etdiyiniz ən acı həqiqət, keşf etdiyiniz həyat qanunu?

Çoxdu acı həqiqətlər mənim üçün elə bir qanunda yoxdur.



7.Təsəvvür edin ki, başqa planetlərin sakinləri bir gün qarşınıza çıxıb sizi özləri ilə aparmaq istəyirlər, planetimizi hansı şərtlər daxilində tərk edərdiniz,

Tərk etməzdim.



8.Həyatda sizə ən gözəl təsir bağışlayan nədir?

Qızımın üzümü güldürməsi.



9.İnsanlarda ən çox qiymət verdiyiniz üç xüsusiyyət hansılardır?

Hörmət Dəyər Sevgi



10.Deyirlər, sevgi olan yerdə, qısqanclıq olmaz. Münasibətiniz?

Məncə elə sevgidən yaranır qısqanclıq.



11.Nə üçün insanlar həmişə yaxın adamlarından ən ağır zərbə alırlar?

Bu sualın cavabını məndə bilmək istərdim məndə yaxınlardan cox zərbə almışam nədənini isə bilmirəm canım.



12.Ən çətin anlarınızda sizi həyata nə bağlayır?

Qızım.



13.Təsəvvür edin ki, Ələddinin sehirli çırağı əlinizdədir və siz çıraqdan çıxan cindən cəmisi 3 arzu xahiş edə bilərsiniz. Buyurun.

1. Xoşbəxt olmaq 2. Xoşbəxt olmaq 3.Xoşbəxt olmaq zənnimcə hər gözəllik elə xoşbəxt olmaqdadı.



14.Məktəb və ya tələbəlik illəri ilə bağlı xatirlərin nələrdir canım?

Ən gözəl xatirələrimdi məktəb xatirələri .

 

15.Hansı mahnını həyatına bənzədirsən canım?

Lirikanı daha çox sevirəm amma həyatıma bənzətdiyim elə bir mahni yoxdu.



16.Kiməsə elə bir söz vermisən amma onu yerinə yetirə bilməmisən?olubsa səbəb?

Xeyir verməmişəm.



17.Risk etməyi xoşlayırsan?Nəyə və ya kimə görə həyatda risk eləmisən?Və buna dəyibmi?

Həmişə qorxmuşam risk etməyə onun üçündə peşmanam .



18.Qarşına 2 şərt qoysalar hansını seçərdin canım 1.Can sağlığı 2.Çoxlu pul?

Can sağlığını əlbətdəki pulu qazanmaq olar ama canin ağrısına dözmək olmur.



19.Gözəllik 10 (on)-dur deyirlər. Bəs səndə neçəncidi?

11-cidi...tam anlamadim ay bacı bu suali :19:



20.İndiki zamanda qadınlara edilən hörmət və fikirlərdən razısan?

İndiki zamanda qadına hörmət edirlərki razıda olam.



21.Qayananla dil tapa bilmisən canım?

Hə tapıram..ama qaynanam şəkər xəsdəsidi çalışıram dözümlü və səbrli olum hər sözə fikir verməyim çünki tez əsəbləşib özündən çıxır.



22.Ən çox istifadə etdiyin aksessuar hansıdı ?

Sırqa və bilərzik.



23.Yuxudan oyandıqda birinci fikirləşdiyiniz nə olur ?

Bu günüm necə olacaq deyə fikirləşirəm.



24.Saytda ən yaxın dostun kimdir!!!amma səmimi ol

VAllah dosdum yoxdur hələki olsaydı sevinərdim.



25.Deyirlərki pul önəmli deyil.Əsas birlikdir.sevgidir.Bəs indiki dövrdədə bu sözü demək olarmı???

İndiki dövrdə biraz çətin olardı bu sözü demək amma sevgi birlik xoşbəxtlik olsa puluda əl ələ verib qazanmaq olar .



26.Səncə indiki dövrdədə HACI ZEYNALABDİN TAĞİYEV kimi adamlar qalıb???

Qalıbsada lap az qalıb.



27.Varlığınla bu həyatda şəfalı bir çiçək,yoxsa tikanlı bir bitki olmusan?Səninlə bu həyat nə qazanıb?

Bəziləri üçün şəfalı çiçək bəziləri üçün isə tikanlı bitki olmuşam hər kəs məni sevə bilməz yadaki hər kəsdəndə sevgi gözləmirəm.bu həyat isə mənimlə sadəcə göz yaşı qazanıb.



28.Bilirəm ki ailəlisən canım xoşbəxtsənmi həyat yoldaşını nə qədər sevirsən?

Xoşbəxtəm ama bəzi problemlər və insanlar o xoşbəxtliyimi əlimdən alır..... onun məni sevdiyi qədər....



29.Sirr deyilsə Könül yoldaşın sənə necə evliliy təklif elədiyini bizimlə bölüş hər kəs üçün maraqlı olar?

Sirr deyil canım biz nişannılı olmuşuq 2 il sorada ailələrimiz toy vaxtini təyin ediblər evlənmişik belə maraqlı olmayıb filmlərdəki kimi. .



30.Əlində 3 gül var SARI, QIRMIZI, AĞ.onları kimə verərdin?

AĞ gül mənim üçün xoşbəxtlikdir qızıma verərdim Qırmızı sevgidir Anama verərdim Sarı dostluqdur bacıma verərdim.



31.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?

Sualım yoxdur səni cooooox mehriban biri olaraq tanıyıram həqiqətən .



32.Son sözlərin, təəssüratların, sualların (əvvala "QADINLAR.BIZ" haqqında və sonra ürəyindən nə keçsə o haqda)

Çox sevinirəm bu sayta olduğum üçün nə yaxşıki varsan Qadınlar.Biz burda olan bacılarıma və sənə canim Sevinc mehribançılıq və xoşbəxtlik diləyirəm melek və sənidə bacılarıda maaaççççç edirəm :kiss3: :kiss_mini: :03: ...

 

Canım müsahibəmizdə səmimi olduğun üçün təşəkkürlər.Allah o balanı saxlasın gözünə çıraq eləsin xeyrin bəhrəsin görəsən balanın canım.Xoş sözlərin üçündə təşəkkürlər bacım qarşılıqlıdı hər bir kəlmən məndə səni maççç edirəm balanıda təşəkkürlər canım...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!