Mənim son zəng xatirəm - arzum-aysum (5)

Mənim son zəng xatirəm - arzum-aysum (5)
Qadınlar.Co
10.09.2017 12
Salam əziz, hörmətli, təvəzükar ,ağıllı ,şirin-şəkər ,gözəl-göyçək və s. xanımız ve qızlarımız.

Düşündüm-düşündüm və qərar verdim ki, son zəng  xatirələrim adlı layihə hazırlayım. Hər kəsin son zəng xatirəsi olub o ilər həm acı, həm sirin, həm kovrək ,həm sevicli il olub. Mənim bu haqda coxda bilgim yoxdu hələ 2 il gozləməliyəm)) amma bildiyim gorə cox kovrek ilər olur. Kecək görək bizim qızlarmız son zəngin nece kecirib nece yada qalıb. Qonağım arzum-aysum nikli useridi.

 

"Düz 14 il bundan önce bu vaxtlar böyük həyəcanla günlərimizi sayırdıq. Kədərlə və üzüntü ilə son zəngin yaxınlaşmağını gözləyirdik. Çünki 11 il bərabər vaxt keçirdiyimiz uşaqlardan, bacı qardaşlarımızdan ayrılacaqdıq. İstəsək də, istəməsək də vaxt bizim əleyhimizə işləyirdi... Vəəə nəhayət həmin gözlənilən gün addım addım, bizə inad gəlib çatmışdı.

Məktəbimizdə üç 11ci sinif var idi. Biz 11a idik, məktəbin atamanları, keçiləri və ən yaxşı oxuyanları... sinifimizin öndə gedəni də mən idim... son zəngə çox gözəl hazırlaşmışdıq. Evvəlcədən Məzun lenti almışdıq, amma paxıllıqdan o birilərdən seçilək, gözəl görünək deyə heç kimə deməmişdik. Bizim vaxtımızda son zəng mayın 25i olurdu. Ondan bir gün qabaq məktəbimizin təşkilatçısı bizim sinifi çağırdı ki, gedin məktəbin həyətində son zəng keçirəcəyimiz yeri təmizləyin. Getdik ki, o biri 11lər yoxdu. Təşkilatçıya dedim ki, o biri 11ləri də çağırın kömək eləsinlər. Tək bizim son zəng deyil ki. Biz işləyəcik, onlar hazırın naziri gələcəklər. Bəlkə bizdən artıqdılar xəbərimiz yoxdu. Nə qədər elədi, əlimizi ağdan qaraya vurmadıq. Axırda heç kimə yox mənə sifət eləyib getdi. Axı aranı mən qızışdırmışdım... Səhəri hamımız bəzənib düzənib getdik məktəbə. Məzunlarımızı da taxmışıq. O birilər partlayırdı taaa. Bizim vaxtımızda o məzun lentləri təzə çıxmışdı. Bu arada XXI əsrin ilk məzunları bizik. O şərəf, o xoşbəxtlik bizə aiddi. Tədbirimiz çox gözəl keçdi, son zəng çalındı... və deyib gülən kim... çalıb oynayan kim... köynəyinə ürək sözləri yazdıran kim... həmin sözləşdiyim təşkilatçı, İradə müəllimə gəldi yanıma ki, gəl köynəyinə ürək sözümü yazım. Yazdı... ancaq oxumamışdım... tədbir qutardı, birinci sinifdən seçdiyim uşaqlatın verdiyi gül dəstələrini də ən çox sevdiyim Azərbaycan dili ədəbiyyatı müəlliməm Nərminə mülliməyə, birini də biologiya müəlliməm Zümrüd müəlliməyə verdim. İmtahanlarda görüşmək üzrə uşaqlarla sağollaşıb gəldim evə. Köynəyimə yazılan ürək sözlərin oxuyurdum. İradə müəllimə tək bir cümlə yazmışdı,, nə olur olsun, hər zaman haqqın tərəfində ol və doğrunun ardınca get."
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!