Qadınlar.Bizlilər admin seçkilərində...

Qadınlar.Bizlilər admin seçkilərində...
Qadınlar.Co
10.09.2017 21
Salam gözəl bacəlarım belə bir xəbər hazırlamaq istədim ümüd edirəm ki bəyənəcəksiz.

Qadınlar.Biz əhli seçkilərdə. Bu xəbərdə Üzünüzdə təbəssüm yaratdımsa nə xoş mənə..:).

 

arzum-aysun

Salam dəyərli insanlar,avatarlardakı  saçlar, ürəklər güllər uşaqlar pələnglər,bütün qızlarımıza eşq olsun…Egoist insan deyiləm,ECO’ist insanam…Təbiətə,və onun daxilində yaşayan bütün canlılara hörmət edirəm..Mən sizi əmin edə bilərəm ki,əgər məni özünüzə admin seçsəniz məndə sizi özümə admin seçəcəm…Aha,aha təəccüblənməyin:dedim axı mən özümə qarşı bir hörmət görsəm qarşılığında min hörmət edəcəm…Əgər məni admin seçsəniz sizin adınızdan xəbər atacam,hətta istəsəniz sizing adınızdan rəydə yazaram..Özümü tərifləmək kimi olmasın,yaxşı rəy yazanam…Che Guevara demiş;Yoxsula gülmədim,zənginliyə həsəd aparmadım, faşistləri sevmədim, əzilənləri döymədim...Mən inqilabçı doğuldum,inqilabçıda öləcəyəm...



Antikvar

Salam,mənim ƏZİZ seçicilərim,adminliyə potensial namizəd olaraq sizi əmin edə bilərəm ki,sizidə fikirlərinizi mənim kimi çəkinmədən bildirmənizə icazə verəcəm..İnanın mənə mənim əziz,sevimli userlərim..Məni özünüzə admin seçdikdən sonra,görmədiyiniz günləri görəcəksiniz..Xanım userlər dikdaban ayaqqabı geyəcək, özəl günlərinizdə sizə xüsusi statuslar verəcəm,özüdə təmənnasız..İnanmayın digər bütün namizədlərə,onlar yalançı ola bilərlər ..İndi dedikləri sizə şirin gələ bilər,lakin sözlərinin ardında yalan fikirlər dayanır..Biz ??Eşidən qulaqlar var olsun!!!



BARBI

Müğənni Karminin bəyəndiyim mahnısı var.Hello-hello-hello-hello.Hello,dəyər verdiyim saytın,dəyərli userləri.Bildiyiniz kimi 2015-ci il seçkilər ərəfsindəyik.Məndə sayta illərini vermiş bir user kimi,admin olmaq üçün namizədliyimi irəli sürmüşəm və sizdən dəstək gözləyirəm.Siz inannınki,Tarkan’ın albomunu bu qədər həyəcanla gözləmirəm,seçkiləri gözlədiyim kimi.Sizi əmin edə bilərəm ki,mən işimə laqeyd yanaşmayacam,mənə inanın,inanın mənə..İnanın mənə dedim birdən inanmarsız inanın mənə 



emis

May vonis qritings kam to fom Qadınlar.biz Qud ivininq əziz seçicilər.Bilirsiniz ki,saytda yeganə xarici dil bilən user mənəm.Bizim məqsədimiz hər zaman irəli getməkdir.Mən sizə yalan vədlər verməyəcəm,digər namizədlərin dediklər ağ yalandı,ağ ingiliscə vayt deməkdir..Demək istəyirəm ki,əgər siz məni dəstəkləyib səsinizi mənə versəniz məndə həmin səsləri obamaya verib saytı ona satacam və beləliklə amerikaya açılacayıq.Yaşasın amerika,fridım,fridım!!!



Miss_Oxatan

Saa qurvan olum ay Allah maa savır ver bu seçkiləri sağ-salamat yola verim.. A camaat,a Qadınlar.biz əhli maa səs verin bu seçkilərdə.Bax and içirəm ki,əgər maa səs versaz birdə sizdən mahnı istəyən sedanın gününə düşsün.Mən sizı əmin edə bilərəm ki əgər mən admin seçilsəm saytın dilini dəyişif öz ləhcəmi qoyajam hələ bununla qalmayacam bütün aznetin saytlarında mənim ləhcəmlə danışılacaq.Zaman keçəcək artıq Amerika,nədi o ürsətdədə mənim ləhcəmdə danışacaxlar.İnanın hərşey kişəy olajax...



Vipbetul

Mən yuxarıdakılar kimi çox danışıb şüuraltınıza girməyə çalışmayacağam dəyərli userlər..Saytın yeganə ağsaqqalı olaraq özümdə daha çox qüvvə görürəm adminlik üçün..Məni dəstəkləyin,dəstəkləyi,dəstəkləy,dəstəklə,dəstəkl,dəstək,dəstə,dəst,dəs,də,d.Sizə söz verirəm məni özünüzə lider seçsəniz hərənizə bir dəst paltar alacam...



_Mira_Yaman_

Saytın karifey və yeni userləri,sizi ədalətli səsverməyə dəvət edirəm.Əgər 2015-ci il seçkilərində mənə dəstək olsanız sizin VM-lərinizin sıfırlarını dahada artırıb,statuslarınızı qaldıracam.Hansısa user tərəddüd edərsə,güllə polada dəyməmiş,top qapıya girməmiş,dan yeri ağarmamış,xoruz banlamamış,ban olarsınız mənim əziz və dəyərli userlərim,səslərinizə Qadınlar.biz logosunu qoyaraq mənə səs verin. Mən və siz hərzaman və o zamana az qaldı..:).



Qlamurr

Salam gözəl xanım userlər. Bu seçkilərdə sizin dəstəyinizlə saytın admini olacam.Siz əmin ola bilərsiz ki,admin olduğumun ilk günü,geniş fəaliyyətə başlayıb ilk olaraq imzalardakı statuslarınızı müsahibələrinizi siləcəm, sonra avatarlarınızı siləcəm.Saytın arxa fonuna çəhrayı rəng verib ağ rəngi siləcəm, qəşəng ideyalar verib köhnə ideyaları siləcəm siləcəm nə çox sildim a nəisə  sayt üçün Təşəkkürlər...



Ümid edirəm yazılanları bəyənəcəksiz..

Sizin səsiniz hansı namizədədir?
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!