Adaya düşsəydiniz özünüzlə kimi və 3 şey nəyi aparadınız?

Adaya düşsəydiniz özünüzlə kimi və 3 şey nəyi aparadınız?
Qadınlar.Co
10.09.2017 7
Salamlar, gözəl saytımızın gözəl qızları :03: Çalışdım ki, sizə maraqlı xəbər hazırlayım. Buna görə də bəzi userlerimizə belə bir sual verdim: Tenha, kimsəsiz adaya düşsəniz özünüzlə kimi aparmaq istərdiniz və yanınızda 3 şey nə götürərdiz?

 

naxçıvan balası

İlk öncə Nərmin yeni layihəndə uğurlar olsun. Mənə də yer verdiyin üçün təşəkkürlər. Mən adaya ayan97 yeni aytənimlə düşmək istərdim. İKimizin də ehtiyacımız var. Yanıma alacağım üç şey müqəddəs kitabımız Qurani Kərim və Cenamaz olar. Ömrümüzün geri qalanını Allahın rızasını qazanmaq üçün yaşayardıq, keşke elə şey mümkün olsa. Fidoşum incimə sənş səni aparmaq istərdim amma sənin qazanmaq gərəkən imtahanın var :08:

 

remse

Deməli tənha adaya yoldaşım və uşaqlarımla düşmək istəyərdim.Özümlə 1.ci türklərdə reklamda görmüşəm(bilmirəm biz də var ya yox)cepde vifi.Bilirəm ki orda bekarçılıq olacaq,doyunca qadınlar.bizə girərəm.

2.ci kampyuter ya da telefon.Bol bol selfie çəkib,qadınlar.bizə daxil olmaq üçün.Əlbəttə ki orda set olsa :23:

3.cü Çadır.Çünki heyvanlardan böcəklərdən qorxuram.

Yeməyə qalanda isə Survivordakılar nə yeyirlər biz də onnan yeyərik. :23:

 

Şakalatova Peceniya

adaya düşsəm özümlə sizi aparmaq isdəyərdim :23: ve goturəcəyim şeylər isə bunlardır: platforumlu ayaqqabı,saks mavisi elbise ve qadına aid eşyaları bu qədər

 

lili)

adaya duşsəm 2 şəxsi yazsam seçe bilmərəm axı 2 balamı aparardım nə götürərdim kibrit,geyim,bir də yemək goturərdim kef eliyərdimeee heç kəs tapmazdı yəqin ki qayıtmaq da isdəməzdim ama yoo yoldaşim gəlib tapardı məni ordada vallah

 

arzum-aysum

sual məni çox düşündürdü, niye? çünki mənim hər kəs bir tərəfə bütün varlığımla bağlı olduğum, onlarsız ayrı qalmaq bir yana, nəfəs belə ala bilmədiyim iki qızım var. Onlar günortalar, ya səhərlər bir balaca çox yatan kimi ürəyim partlayır, darıxıram ki, tez dursunlar öpüm qucaqlayım. Ona görə çox düşündüm ki, mən bir nəfər aparmalı olsam heç cür alınmır. Deyirəm bəlkə belə bir fəndə əl atım. Tutar qatıq, tutmaz ayran :-) bidənəmi apararam, əşya da üç çamadan götürərəm, şirinlərimi də içində gizlədərəm.. axı mən onlarsız qala bilmərəm.

 

GünƏşimƏ_AiD_

Ekizim, Əgər adaya düşsəm məndən olsa heç kəslə getmərəm. Başım dincəlsin deyə. Amma xala xətri qalmasın deyə bacımı(yəni ən yaxın rəfiqəmi) özümlə apararam :122: :122: Səni də apararamee prosta qorxuram sənin əlindən adada olan qalan heç kəs qalmaz :122: zarafat bir kənara sənlə bacımı apararam.. Ciddi sözümdü. Çünki sizlə orda olmaq mənə hər şeyə dəyər. Sizinlə sakit və əyləncəli günlərim olar. Əşya olaraqsa aparmaq istədiyim şeylər ən sevdiyim sırğam, ən sevdiyim romantik 3 kitabım və ən sevdiyim aktyorum Twilight  filmindən Edward- Robert patinsonun plakatını aparardım özümlə. Orda özümə balaca yer ayırıb rahat sizinlə sevimli əşyalarımla günlərimi keçirərdim

 

Antikvar

Adaya düşsəydim yanımda götürəcəyim insan mənim canım, həyatda özümə örnək götürdüyüm atam olacaq. Mənə hər zamankı kimi təmkinlə mənalı, gözəl məsləhətlərindən verib yanlış bildiklərimi doğru tərəfə yönəltməyə vəsait olacaqdı. Saatlarnan oturub atamı dinləyərəm. səbrlə, diqqətlə, qarşılığında qazandığım insanları təhlil etmək hissi, doğruluq, məsuliyyət və s. xarakterlərim olardı.Atamla maraqlı vaxtımın keçəcəyinə inanıram. Bəlkə də bir çoxları təəccüblənər həyat yoldaşı qala-qala niyə atası deyə suallar yaranar ağıllarda)) Çünki getdiyim zaman iki oğlumu unutmamalıyam)) əmin əllərdə (atalarıynan) olduğunu bilmək məni bir az da olsa rahatlaşdıracaq) ataları uşaqları ilə qalsa daha yaxşı olar)) Özümlə götürmək istədiyim hər hangi ləvazimat: İlk öncə təbii yemək, içmaya su, geyim, sonra telefonum, daha sonra əsas lazım olan dərmanlar və kitab dəftərlərim))niyə dərman? İşdi adadayıq havanın necə olduğunu bilmək olmur. papamın sağlığını düşünməliyəm. apardığım kimi yenidən gətirib əsas xanımına(anama) təhvil verməliyəm) Bu da o demekdi ki, məsuliyyətli olmam gərə;) Sonda bunu da qeyd edim. Yuxarıda yazılmış fikirlər türklər demişkən sadecə hayal ürünüdü)))))))Heç bir reallıqla əlaqəsi belə yok))))))

 

emis

Əgər adada yaxşı yaşayış yoxdursa heç kimi gğtürməzdim tək olardım pis günü tək görmək istərdim...yox yaxşıdısa yanımda qaqaşımı götürərdim yəni emişi... 3 şey dəəəə hmmm 1 komputerim 2geyim eşyamı(özəl) 3emişin sevdiyi hır hansısa oyuncağını götürərdim onun üçün

 

krisa

İlk əvvəl hamıya salam. Bacı bu layihən uğurlu olsun. Çoxx sağol ki layihəndə mənə də yer vermisən. Təşəkkürlər. Qaldı ki suala mən adata düşsəm özümlə ömrümü, həyatımı paylaşdığım həyat yoldaşımı götürərdim. Əşyalara önəm verməzdim. Çünki adada nə əşya. güzgü, daraq, diş fırçası.

 

Miss_Oxatan

əgər bilsəmki adaya iraq iraq ömürlük gedirəm onda bütün sevdiklərimi götürərdim. Orda yaşıyardıq,yox əgər bir neçə günlük olsa onda evimin dirəyi ile gedərdim.özümle isə içinde istifadə edəcəyimiz geyimlərlə dolu çamadan,çoxlu kibrit məlumdu ateş hər zaman lazım və bir də her şeyi çəkmək üçün kamera. Sonra gəlib qadınlar.bize göstərmək üçün))))

 

Brilliantam

Əvvəlcə onu deyim ki,adaya heç düşmək istəməzdim əslində. ama əgər istəmədən, teəadüfən düşsəydim təbii ki,bütün əzizlərimle,ailemlə düsmek istərdim və təbii ki,istərdim telefonumu,pasportumu və kibrit veəya alişqan götürüm,orda kibrit ya alişqan çox vacibdir çox şey üçün.

 

asya muslumova

Deməli adaya düşsəm yanıma sevdiyimi alardım. Götürəcəyim 3 şey isə yemək-telefonumu-bidə ailəmizin şəkil albomunu :01:

 

BARBI

Mmmm bir düşüneyim elbəttə həyatımın ayrılmaz hissəsi yapışıiq olduğum telefonum 122 vazgeçilməzim qulaqcıqlarım və son olaraq da elbəttə çörək. Onsuz yaşaya bilmərəm. Yalan demərəm yanımda kimi deyənde itimi aparmaq istərdim.

 

Qlamurr

Salam qızlar,düzü adaya düşmək istəməzdim,çünki doğmalarımdan ayrı yaşaya bilmərəm,həmçinin də sakitçilik mənlik deyil,aktiv həyatı sevirəm,ancaq əgər məcburiyyət qarşısında qalsam o zaman ya atamı,ya da anamı götürərdim,səbəbi də onlarsız həyatımı təsəvvür etmirəm,yanımda nəysə götürə bilərəmsədə, birinci oxumaq üçün maraqlı bir kitab,ikinci odu əldə etmək üçün kibrit,üçüncü də balıq tutmaq üçün tilov və ya qarmaq götürərdim(yəni ac qalmamaq üçün )...

 

vusu35

mən adaya duşsəm özümlə birinci ailəmi götürərdim .Su,spiçka, bıçaq

 

fialka

Əgər başqa bir adaya getsəydim özümlə kitablarımı və güvənə biləcəyim bir insanla getmək istərdim. Bilirəm 3 olmadı amma ən əsasları yazdım)

 

Həə, xanımlar)) bilirsiz ki öz fikrimi yazmasam olmaz)))

Catwoman666

Əgər adaya düşsəm insanlardan kimsə götürmərəm. Çünki elnuru aparsam Hilmi Cem inciyər, Hilmini aparsam Aras, Arası aparsam Burak Özçivit və s. inciyər:122: zarafat bir yana. Həqiqətən aparmağa insan tapmıram. Amma insan əvəzinə ənnn yaxın dostum Elayı apararam. Elay mənim həyatdakı ən yaxın dostum-kuklamdır. Gülmüyün haaa ciddi deyirəm))) 3 şey: Fotoaparat, özəl xüsusi əşyalarım və lazım olan bütün ləvazimatlar. Fikirləşərsiz ki fotoaparatdansa elə telefon götür. Amma özüm istəyirəm ki texnologiya həyatımdan uzaqlaşsın sadecə fotoaparatla mənzərə şəkilləri çəkim. yemək onsuzda remse deməli surviviordakıların yediyindən:122: qalan hər şeyi insan orda yaşadıqca uyğunlaşır əldə etməyə. Çunki təbiət bizə hər şey verib. Özüm orda özümə lazım olanları hazırlaya bilərəm. Həm də əsl "ada insanı" olaram. bir tərəfdən də özümüdərk üçün çox vaxtım olacaq və Elay zaten yanımdadısa hər şey yaxşı olacey))скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!