Mənim zövqlü geyimim - Yarışma

Mənim zövqlü geyimim - Yarışma
Qadınlar.Co
10.09.2017 12
Salam Qadınlar.Biz saytının şirin-şəkər,xanım-xatun,dəli-dolu,canım-cicimlə "danışan",tşk-mşk yazan xanımlarına:23:.

Yaxşıcana bilirem ki,Adminə sual ver bölməsinə tez-tez şikayət edirsiz ki,Eee niyə təzə yarışmalar olmur axı?və ya bura rəng qatmaq lazımdır eee  və s.yazırsız:23:Bütün bu şikayətləri nəzərə alaraq sizə odlu-alovlu yarışma ilə gəlirəm)):23:Hə indi siz maraqla oxuyursuz ki,görəsən bu səy-səy cümlələr nə vaxt bitəcək,və biz ne vaxt yarışmanın qaydaları ilə tanış olacayıq?))bu sebəbdən sizi çox gözlətmədən keçid alıram yarışmanın qayda,və qanunlarına...:23:

 

Əziz,və hörmətli xanımlar,bu dəfə ki,yarışmamızın adı "Mənim zövqlü geyimim"-dir.)Yadınızdadırsa geyim haqda daha öncə Zeynuş nikli xanım yarışma hazırlamışdı,ancaq ki,həmin xanımın hazırladığı yarışmanın əsas şərti geyimin üstümüzdə olması idi..sizlər isə,bu yarışmaya qatılmadız)həmçinin mən))sizin istəklərinizi nəzərə alaraq belə bir yarışma hazırlamaq qərarına gəldim.)

 

Yarışmaya qatılmağın qaydaları:

1) Yarışmada iştirak etmək istəyən istifadəçilər yarışma üçün sadəcə 1 şəkil göndərə bilərlər.

2) Şəkilini göndərdiyiniz geyim özünüzə aid olmalıdır.Aznet-dən götürülməməlidir.Bu sebəbdən geyiminizin şəkilini çəkən zaman yanında Qadınlar.Biz logolu kağız olmalıdır.Əgər ki,olmazsa göndərdiyiniz şəkil qəbul olunmayacaqdır.

3) Geyiminizin şəkilini çəkərkən çalışın şəkil aydın,və dəqiq düşsün.

4) Şəkili mənim e-mail ünvanıma,və ya facebook-ma göndərə bilərsiniz.

5) "Qonaq",və "Ziyarətçi"statusunda olan userlərin səsləri qəbul olunmayacaqdır.

6) Yarışmada iştirak edən user özü xaric,yarışmada iştirak edən başqa userə səs verə bilər.

7) Yarışmada iştirak edən user şəxsi ismarıcla başqasından səs istəyə bilməz.

8) Yarışmaya aid olmayan artıq şərhlər tərəfimdən silinəcəkdir.

9) E-mail ünvanıma,və ya facebook-ma şəkili göndərərkən,saytda istifadə etdiyiniz niki yazmağı unutmayın,əgər ki,nik yazılmadan şəkil göndərilsə qəbul olunmayacaqdır.

10) Geyiminizin hansı mövsümə aid olmasının fərqi yoxdur,əsas odur ki,sizin üçün xoşagələn olsun.

11) Şəkillər 25 aprel 23:59 tarixədək ərzində qəbul ediləcəkdir.



YARIŞMANIN QALİBİNƏ hədiyyə isə 1 may - 1 avqust tarixlərində (3 ay) istədiyi statusda ola bilməsidir.

Qeyd: Status seçərkən rəhbərlik tipli statuslar, sayt və s. adları və s. kimi şeylər istisna olmaqla seçiləcək.



E-mail: [email protected]

Facebook: Svetoklana Qadınlar.Biz

 

P.S.Yarışma ilə bağlı sualı olanlar mənə şəxsi ismarıcla bildirə bilərlər.

 

İlk öncə saytda əməyi olan hər kəsə,o cümlədən Baş Adminimizə,və yarışmaya qatılacaq olan istifadəçilərə dərin minnətdarlığımı bildirirəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!