Mənim son zəng xatirəm - naxçıvan balası (13)

Mənim son zəng xatirəm - naxçıvan balası (13)
Qadınlar.Co
10.09.2017 18
Salam əziz, hörmətli, təvəzükar ,ağıllı ,şirin-şəkər ,gözəl-göyçək və s. xanımız ve qızlarımız.

Düşündüm-düşündüm və qərar verdim ki, son zəng  xatirələrim adlı layihə hazırlayım. Hər kəsin son zəng xatirəsi olub o ilər həm acı, həm sirin, həm kovrək ,həm sevicli il olub. Mənim bu haqda coxda bilgim yoxdu hələ 2 il gozləməliyəm)) amma bildiyim gorə cox kovrek ilər olur. Kecək görək bizim qızlarmız son zəngin nece kecirib nece yada qalıb. Qonağım naxçıvan balası nikli useridi.

 

"Təbii insanın həyatında barmaqla sayıla biləcək əlamətdar gün olur,  biri də-məzunluqdur. 2 ildir artıq məktəbi bitirmişəm. Yəni heç də uzun bir müddət olmadığı üçün çox da aydın şəkildə yadımdadır... Bizim məktəbimizin böyük idman meydanı kimi bir yer var idi. Həmişə Son zəngimiz orda olurdu. Bizim ilimizdə də elə oldu. İndi fikirləşəndə o qədər çətin gəlmir, amma sırf o anlar elə bilirdim ailəmdən, sevdiklərimdən kilometrlərlə uzağa gedirəm. Əslində elə ailəm, sevdiklərim idi sinif yoldaşlarım. 11 il 7 saat bir yerdə bacı-qardaşı bağlasan durmazdı. İndi birdən-birə belə təmtəraqlı ayrılıq gözümüzdə çox böyük idi. Amma sonradan yeni həyat başlayır-tələbəlik, universitet, evlilik! Son zəngdə bütün sinif standart geyinmişdik. Qızlarda altdan ağ köynək idi, üstdən qısa qara don. Oğlanlarda qalstuksuz kostiyum. Uşaqlar ürək sözlərin köynəklərinə yazdırırdılar. Əsasən oğlanlar edir, amma bizdə qızlar da eləmişdi. Mən qoymamışdım. Məzun lentimə yazdırmışdım. İndi də qalır məndə. Sona qədər də saxlayacam inşallah...Son zəng günü əsas ürək sözün mənə yazmasını istədiyim bir sinif yoldaşım var idi. 9-cu sinifə kimi, amma qismət olmadı. Vaxtsız itirdim onu...Nəsə acı xatirələrlə çox yormaq istəməzdim sizi. Xatirəm bu qədərdir. Hə bir də unutmamış ayaqqabımın sınmağını da yazım, yekunlaşdırım. Mən hündür ayaqqabı ilk dəfə son zəngimizdə geyinmişdim. Üstündə pis gəzmirdim, amma bir qəza baş verənə qədər. Son zəng artıq bitmişdi. Uşaqlarla guya bir az gəzmək istədim, ayaqqabım sağ olsun, çox kömək oldu mənə. Dabanı qırılmışdı yolda qalmışdım vallah. Sinif uşaqları ilə sosial şəbəkələrdə danışanda məktəb illərindən bir mənim qırmızı qələm qabımı sitat gətirirlər, bir də son zəngdə qırılan qara ayaqqabımı."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!