Qəmli günlərini bizimlə bölüşən my-angel bacımız

Qəmli günlərini bizimlə bölüşən my-angel bacımız
Qadınlar.Co
10.09.2017 28
Salam saytımızın şirin şəkər gözəl göyçək xanımları.Yeni layihəmlə qarşınızdayam. Hər kəsin həyatında qəmli günləri olub məndə isdədim ki belə bir layihə hazırlayım kimin həyatında qəmli günlər olub bizimlə bölüşün dahada yaxın olağın deyə hazırladım.

Öz qəmli günlərini bizimlə bölüşən bizimlə paylaşan bizlərə özünü dahada yaxın hiss edib dərdini qəmli günlərindən birini bizimlə bölən ilk userimiz qonağımız my-angel olacaq.

 

 "Salam.Hər bir insanın həyatında keçirdiyi kədərli,hüzünlü,qəmli gün olur.Mənim bu yaşıma qədər keçirdiyim qəmli günlərdən bir neçəsini Sizlərlə bölüşəyəcəm.Kim bilir,bəlkə də qəmli günlərim gələcəkdə məni gözləyir :26: Allah heç birimizə qəmli gün yaşatmasın...Amin...

27 oktyabr 2013-cü il.... Mən həmin gün axşam namazımı qılırdım və telefon zəng çaldı,telefonu anam götürdü.Və az keçmədən anam nənəmgilə yollandı.Namazımı qılıb qurtarıb,işin nə yerdə olduğunu öyrəndim.Öyrəndim ki,nənəm insult xəstəsi olub.Səhv etmirəmsə,insult xəstəliyi beyinə qan sızmaqdır.Həmin o qədər ağlamışdım ki... :girl_cray: Elə nənəmi həmin gün xəstəxanaya yerləşdirdilər.Hər dəfə xəstəxanaya gedəndə narahatlıq hissləri keçirirdim,ağlayırdım.Bir dəfə yenə xəstəxanaya getdim,nənəim danışdığını görəndə özümü saxlaya bilməyib elə nənəmin yanındaca ağladım,nənəm danışığını itirmişdi sanki.Nə dediyi anlaşılmırdı :girl_cray: Sonra yavaş-yavaş həkimin nəzarəti altında ,şükürlər olsun ki, nənəm sağaldı,artıq,danışığı da düzəldi.İndi söhbət düşəndə,nənəmə nağıl edirəm bunları,deyir yadıma gəlmir.Nə isə ki,Allah bizə nənəmi bağışladı.Allahım sənə çox şükür.... :dua:

12 iyul 2014-ü il... Həmin gün gecəni çox narahat keçirmişdim. İyulun 11-dən 12-nə keçən gecə çox narahat yatmışdım.Səhər oyananda, gördüm ki, anamın həvsələsi yoxdur həm də ağlayır,soruşdum ki,nə olub,elə bu dəmdə yenə telefon zəng çaldı,telefonu anam götürdü,zəng edən atamın bibisi idi.Anama nə isə dedi,anam da ağlaya-ağlaya "bəli" dedi.Elə burda mən nə isə sezdim.Anamdan soruşdum,o da mənə canımdan çox sevdiyim bibimin rəhmətə getdiyini dedi :girl_cray: :ciyy: :girl_cray: Həmin anda sanki özümü itirdim,ağlamağa başladım,anam sakitləşdirdi ki,ağlama,bu da bir alın yazısı idi,lakin göz yaşlarına boğulmuşdum.İnanırsınız,bibimi anamdam seçmirdim,elə çox istəyirdim ki :girl_cray: :ciyy: :ciyy: :girl_cray: Bibim Allahın rəhmətinə qovuşdu.Nur içində yat ,Gözəı Bibim dua Yadıma gəlir,bibimə namaz qılmağı da mən öyrətmişdim girl_cray Amma bu günümüzə də şükür.Əlbət,hər birimiz dünyadan köçəcəyik. :girl_cray:

Dəyərli vaxtınızdan ayırıb,sonlandırdığınız üçün hər birinizə minnətdaram.Mən Sizinlə kədərimi də , sevincimi də bölüşməyə hazıram.Çünki,artıq,Qadınlar.Biz saytı mənim ikinci doğma ailəmə çevrilib.Sağolun.Sevin bacı sən də çox sağol,layihəndə mənə də yer verdiyin üçün."


 

Dilərim allahdan gözəl userlər insanlar heç bir anınızda həyatınızda çətin günləriniz qəmli günləriniz olmasın.Amin İnşallah..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!