Bu günün SƏBƏBKARI - rəmsə

Bu günün SƏBƏBKARI - rəmsə
Qadınlar.Co
10.09.2017 7
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın rəmsə-sidi.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....

 

Bu günün SƏBƏBKARI - rəmsə

 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

 Bəndəniz aysel, elə rəmsə deyirlər qızların çoxu, elə də deyə bilərsiz.

 

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

Sirr deyil canım 1987 təvəllüdəm, 1 yaş daha qocaldım :ciyy: 30 yaşa yaklaşıram :ciyy:



3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Çox qəşəng duyğudur, ərköyün olursan, fikirləşirsən bu gün nə istəsən həyata keçəcək :128:

 

4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?

1 yaşında nə hədiyyə aldığımı danışmayıblar, ama onu danışıblar ki, 4-5 yaşım olanda papam mənə, bacıma və mamama 8 mart günü təzə aldığı evin açarlarını hədiyyə edib.

 

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

 İnanmayacaqsınız ama yenə də 8 martda yoldaşımın mənə verdiyi təzə aldığı evin açarı olub, gözləyirəm bu yaşımda nə açarı verəcəklər   :02: maşınmı?,evmi?  :02:

 

6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

 Olub, məktəb vaxtı, öz-özümə deyirdim qızların hədiyyəsinə bax, mənim hədiyyəmə bax :pff:

 

7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?

 Dəqiq yadımda deyil desəm.

 

8. Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

 İlk hədiyyə bir çoxları kimi duxi :etir:

 

9. Ailə həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?

Ailə həyatı qurduqdan sonraki ilk doğum günümü xatırlamaq belə istəmirəm   :ciyy: Çünki aprelin 16-da bebeyimi kaybetmişdim, keçirmədik.

 

10. Ana üçün bu dünyada ən gözəl hədiyyə onun balaları ilə birgə keçirməsidir doğum gününü. Bilirəm ki, şirin şəkər iki balan var. Onların sənə ilk etdikləri doğum günü hədiyyəsi nə olmuşdur?

İlk hədiyyələri ad günümdə ikisinin bir yerdə öz əlləriylə yazdıqları açıqca olub,hələ də saxlamışam.

 

11. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?

Yoo, heç vaxt unudulmayıb, həmişə doğum günümü qeyd ediblər, sağolsunlar, uşaq vaxtı həmişə qonşu qızları ilə birgə keçirərdik :128:

 

12. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Bəli olunub, evliliyimin 1.ci ilində yuxarıda qeyd etdiyim məsələ ilə bağlı ad günü keçirtmirdim, ailəmin sürprizi oldu.

 

13. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

Elə ən yaxşı doğum günü partim uşaq vaxtlarında qonşu qızları, padruqalarımla keçirdiyim doğum günləri olub.

 

14. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Xeyir unudmayıb, unudan olsa onu birdəfəlik unudaram:)

 

15. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Həyacan,həyacan,həyacan :09:

 

16. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Saytda ilk təbrikimi 10 gün əvvəl ayshen bacım edib .Günəşimə aid, nərgiz33 və vusu35 bunlar ad günümü bildiyindən, elə ilk təbriki də onlardan gözləyirəm



17. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?   

Allahım ilk növbədə balalarıma, özümə, ailəmə can sağlığı versin inşaAllah. Sonra da qismət olsa daha geniş bir ev istəyərəm :128:

 

Bu günün SƏBƏBKARI - rəmsə

 

Bacıcan, səni bütün qızlar adından təbrik edirəm.... həyatın boyunca bütün diləklərinin və xəyallarının bir-bir gerçəyə çevrilməsi diləklərimlə sevdiklərinlə və sevənlərinlə bir ömür boyu xoşbəxtliklər diləyirəm...Gözəl bacım, Tanrı o iki gül balanı gözü dolusu böyütməyi nəsib etsin.. amin...

 

Bu günün SƏBƏBKARI - rəmsə
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!