Bakcell Portmanat ödəniş sisteminə qoşulub

Bakcell Portmanat ödəniş sisteminə qoşulub
Qadınlar.Co
10.09.2017 46
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin abunəçiləri Portmanat ödəniş sistemi vasitəsilə balanslarını artıra bilərlər. Portmanat gündəlik istifadə oluna bilən elektron pul kisəsidir. Bu ödəniş sisteminə qoşulan istənilən şəxs elektron pulqabı hesabı yaratmaqla mobil telefon və ya kompüter vasitəsilə istənilən vaxt asanlıqla müxtəlif ödənişlər həyata keçirə və yenidən "Portmanat”a pul qoya bilər.

Qeyd edək ki, bu xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək şərt deyil. Qeydiyyatsız və hesab açmadan ödəniş həyata keçirmək istəyən istifadəçilər Portmanat Code xidmətindən elektron vauçer almaqla istifadə edə bilərlər. Bununla yanaşı Portmanat xidmətindən istifadəni daha asan olması məqsədilə mobil cihazlar üçün pulsuz proqram hazırlanıb. Bu proqram vasitəsilə bütün ödənişlərin həyata keçirilməsi mümkündür. Proqramı bu linkdən istifadə edərək pulsuz yükləmək olar https://play.google.com/store/apps/details?id=az.Portmanat.Mobile

Portmanat barədə daha ətraflı məlumatı https://www.portmanat.az/ səhifəsindən əldə etmək olar.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!