Mənim son zəng xatirəm - guler19 (14)

Mənim son zəng xatirəm - guler19 (14)
Qadınlar.Co
10.09.2017 12
Salam əziz, hörmətli, təvəzükar ,ağıllı ,şirin-şəkər ,gözəl-göyçək və s. xanımız ve qızlarımız.

Düşündüm-düşündüm və qərar verdim ki, son zəng  xatirələrim adlı layihə hazırlayım. Hər kəsin son zəng xatirəsi olub o ilər həm acı, həm sirin, həm kovrək ,həm sevicli il olub. Mənim bu haqda coxda bilgim yoxdu hələ 2 il gozləməliyəm)) amma bildiyim gorə cox kovrek ilər olur. Kecək görək bizim qızlarmız son zəngin nece kecirib nece yada qalıb. Qonağım guler19 nikli useridi.

 

"İnsanın həyatında ən unudulmaz günlərdən biri də -Son zəng günüdür. Heç o günləri unutmaq olar?! Hər bir saniyəsi gözümün önündədi, hər anını xatırlayıram. Darıxıram o günlərimiz üçün, müəllimlərimiz, sinif yoldaşlarımız üçün. Amma bəzi sinif qızlarımızla indi də əlaqəm var, zəngləşirəm. Artıq hamı ailə qurub, övladları var.. Son zəngdə birinci sinifdən bir uşaq götürdü. Mən götürdüyüm uşaq qonşumuzun uşağı idi. O biri qaqaşı ağlayırdıkı Gülər bacı məni götür ama məktəbə getmirdi. Dedim sənidə gələn səfərdə qardaşım qurtaracaqdı dedim sənidə o götürər. Gözəl ayı kuklası almışdım yanındada iki balası elə mən boyda idi. Qonşumuzun uşağı hər tezdən bizə gəlirdi ayağın direyirdiki tez göstər görüm mənə nə almısan. Məndə deyirdim sənə oxşayan bi dənə meymundu. Sabah açıldı hədiyyəmi götürüb getdik məktəbə. Bir də gördüm Elgün gəlib deyirki gülər sənə gül almışdım qalıb evdə məndə inandım. Dedim heçnə olmaz. Ama ürəyimdə pis oldum Hamı hədiyyə alacaq məndən başqa. Hədiyyələr veriləndə birdə gördüm mənə qəşəng gül buketi alıb. Sən demə məni aldadırmış mən buna meymun demişəm buda məndən qisas alırmış yaxşıda bacardı. Qəşəng şeirimi dedim Müəllimlərimizlə uşaqlarla görüşdük, ağladıq, kövrəldik Daha sonra müəllimlərimiz bizə xeyir-dua verər və bununla da tədbirimiz başa çatdı. Artıq evə gələndə mən lap pis oldum. Çünki artıq başa düşdüm ki, bu gün dostlarımdan ayrıldım və sabahdan daha məktəb həyatı olmayacaq. Bu da mənim sadə keçən "Son zəng" günüm. Mən arzu edirəm ki, bizim üçün səslənən "Son zəng" həyatımızdakı Zəfər zənginin başlanğıcı olsun! Bu qədər."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!