Bakcell növbəti “Smart Start” təcrübə proqramını elan edib

Bakcell  növbəti “Smart Start” təcrübə proqramını elan edib
Qadınlar.Co
10.09.2017 7
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti karyerasına başlamaq istəyən 18-25 yaş arası gənclərə, tələbə və məzunlara "Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir. Akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran "Smart Start” təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və "Bakcell”də peşəkar mühitlələ tanış olmaq imkanı əldə edəcəklər.

Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.



http://www.bakcell.com/az/student-opportunities səhifəsində "Smart Start” haqqında daha ətrafli məlumat almaq və müraciət göndərmək olar.

Qeyd edək ki, ötən il "Smart Start” təcrübə proqramına  1500 nəfərdən çox namizəd müraciət etmişdi. Təcrübə proqramını müvəffəqiyyətlə bitirən və yüksək nəticələr nümayiş etdirən gənclərin bir neçəsi  Bakcell  tərəfindən daimi iş yeri ilə təmin olunub.



Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır.  Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.    



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!