Xatirə dəftəri - Mən özüm ruzgargulum (15)

Xatirə dəftəri - Mən özüm ruzgargulum (15)
Qadınlar.Co
10.09.2017 29
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz Mən özüm Ruzgargulum olacaq.

 

1. Soyadınız Adınız?

Əliyeva Sevinc.



2. Doğum Tarixiniz?

23.06.1993-il.



3. Bürcünüz/iliniz?

Xərçəng bürcü it ili.



4. Ən böyük arzunuz?

Ən böyük arzum sağ salamat Ana olub xoşbəxt ailə olmaqdır.Rəbbim hər kəsə nəsib eləsin Ana olmağı.Amin.



5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

Tam səmimi deyim ki,mənim həyatda dostum rəfiqəm olmadığı üçün bir şeyə bilməyəcəm.Çünki həyatda çox görmşəm ki yaxın dostlar dediyimiz insanlar sevdiyin insanla səni aldadır yalan danışır deyə özümə dost seçməmişəm.İş yoldaşlarımla yaxınıq ama belə sirrimi onlara verə bilməmişəm.Ən yaxın dostum elə Anam və Qaynanamdı.



6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

1-ci sinifdən 5inci sinifi bitirənə qədər birdənə olsun 4üm olmayıb tam səmimi deyirəm.5dən yuxarı bitirənə qədərdə heç olmayıb 4üm.Ən güclü oxuyan şagird idim məktəbimizdə. Şəklim şərəf lövhəsində olub hər zaman.Güclü oxuduğum üçün diplom tərifnamədə almışam məktəbimizdən.Oxudum deyə təhsil aldım indidə işləyirəm.Bunun Üçün Müəllimlərimə sonsuz təşəkkürlər.



7. Həyat sizcə maraqlıdır?

Həyatı maraqlı edən insanın özüdü maraqsız olsa belə optimist olmaq lazımdır özünü yaxşı şeylərə kökləməlidir insan bədbinliyə qapılmaq nəyə lazım belə olsa həyat insan üçün çətinləşər boşuna deməyiblərki həyat yaşamağı bilənə gözəldir.Həyatı maraqlı edən məsh biz insanlardı.



8. Möcüzəyə inanırsınız?

Bəli inanıram həmdə çox.Allahın yaratdığı hər şey onun bir möcüzəsidir.Bilirsiz nəyə görə çox inanıram çünki o möcüzəni görmüşəm neçə illər yer xəsdəsi olan bir insan yeriyə bilməyən biri birdən birə əyağa qalxması bir möcüzədi,Neçə illər övladı olmayan bir xanımın övlad xəbəri eşitməsi bir möcüzədi.Bunun üçün möcüzələrə inanıram.



9. Yenidən uşaq olmaq istərdinimzi?

Xeyr uşaq olmaq isdəməzdim çünki,uşalıqda çox əziyət çəkmişəm zülüm əziyət acizlik görmüşəm deyə qayıtmaq isdəməzdim uşaqlıq illərimə.



10. Dünyaya yenidən gəlməy istərdiniz?

Belə ki yenidən dünyaya gəlsəydim indiki gördüyüm xoşbəxtlik olsaydı yenidən dünyaya gələrdim.Amma yenidən dünyaya gəlib uşaqlıqda gördüyüm çətinliklər acizliy olsaydı xeyr isdəməzdim.



11. Həyatda kimə və nə üçün minnətdarsınız?

 Ən birinci Yaradan Allahıma daha sonra valideyinlərimə Atama Anama çox minnətdaram.



12. Necə insanları xoşlayırsınız?

Mehriban şən deyən gülən açıq danışmağı sevən sözün arxasında dura bilən, edə biləcəyi sözü verən,səmimi, mərd eyni zamanda dininə bağlı olan insanları xoşlayıram.



13. Sizcə gözəllik nədən başlayır?

Məncə gözəllik birinci insanın daxilində başlayır düzdü xarici gözəllik vacibdir ancaq sənə qalan xarici yox insanın daxili aləminin gözəlliyi olur...



14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?

Ən çox Moskvada və Gürcüstanda olmaq isdəyərdim.Yoldaşım olub oaralarda işlə əlaqədər söz verib ana olandan bir xeyli sonra aparacaq gedək oraları görüm deyə.



15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

Düzünü deyim elə insanlar var sayta girəndə şəxsi mesajlarıma cavab yazan kimi o dediyim insanların ad çəkmiyəcəm sayta olub olmamasına baxıram maraqlıdı mənim üçün ona görə baxıram.



16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

Saytda mənə yaxın çox insan var ayan97 arzum-aysum emis sona fialka aziz-a my angel isveç de remse qlamurr bir çoxları kimin adını yazmamışam üzrlü sayın qızlar.



17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?

Saytda maraqlı şərh yazan bir sıra qızlar var məndə sevə sevə həmən insanların şərhlərini oxuyuram.



18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?

Düzü elə bir insan yoxdur.



19.Saytda ən çox sizi nə cəlb edir?

Qızların olmağı maraqlı gülməli şərhləri deyib gülən qızların olmağı məni cəlb edir.



20.Nə kimi təklifləriniz var saytda?

Elə bir təklifim yoxdu hər şey qane edir məni.



21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

Bir neçə user var onnan fikirlərimiz üst-üstə düşdüyünə görə maraqlı gəlir mənə..



22. Nə üçün məhz Qadınlar.biz?

Elə məhz Qadınlar.biz olduğu üçün.



23.Bu saytda sizə nə maraq doğurur?

Xüsusi olaraq saytın özü mehriban deyən gülən qızları maraq doğurur.



24.Saytdakı ən yaxın dostlarınız?

Yuxarıda qeyd elədiyim userlər mənə yaxındılar.Adını yazmaqdıqlarımı üzrlü saysınlar.



25.Özünüz haqda qısa və tam!

Mehriban səmimi hər kəslə yola getməyi bacaran ciddi zarafatı bir o qədər sevməyən dininiə bağlı bir insan gözəl həyat yoldaşı.



26.Burada hansısa bir haqsızlıq görmüsüz?

Xeyr görməmişəm.



27.Saytda başınıza gələn maraqlı bir hadisə

Maraqlı hadisələr olub ama yazmaq isdəməzdim üzülməyəsiz deyə.



28.Sayta olan ürək sözləriniz

Bu sayt mənə çox yaxın doğmadır.Ürək sözüm çox uzun ömürlü sayt olsun.



29.Baş Admindən Razısız ?

Bəli çox razıyam.



30.Həyatda ən çox kimə inanırısınız?

Ən birinci Allahıma daha sonra Ailəmə yoldaşıma.



31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)

Dostluqda əgər həqiqi hisslərdən qurulubsa münasibət burda hakimə ehtiyac yoxdu ancaq düşmənlər arasında başqalarına zərər toxundurmaması üçün hakim olmaq olar hardasa..



32.Həyatınızda əsas məqsəd nədir?

Sağ salamat Ana olub övladımı böyüdüb tərbiyə edib oxudub həkim olub xəsdələrimizi sağaltmasını görməy.



33.Gələcəydə özünüzü kim görürsünüz?

Gözəl ana gözəl həyat yoldaşı insanlara qocalara kömək edən bir insan.



34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

Qeyd olunduğu kimi Allah eləməsin isdəmərəm heç vaxt bağlana əgər elə bir şey olsa ayan97, fialka, emis ilə münasibətim hər zaman qalar.Çox sağolun...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!