Qadınlar.Biz-lilərin bir dilək haqqı olsaydı...

Qadınlar.Biz-lilərin bir dilək haqqı olsaydı...
Qadınlar.Co
10.09.2017 13
Hər kəsi salamlayıram. Saytımızın gözəl, bomba kimi qızları xoooooş gördük sizi yene :02: :07: :14: Düşündüm vvəəəəə fikikrləşdim ki, bizim bu dəcəl qızlarımız üçün nə xəbər hazırlayım? Həmişəki kimi yenə maraqlı bir sualla saytımızın bir sıra xanımlarına müraciət etdim. Sual belədir: bir dilək haqqınız olsaydı, nə dilərdiniz? Buyurun, xanımlarımızın verdiyi cavabları oxuyun və şərhlərdə siz də öz fikrinizi bildirin :08:

 

_BELOSNEJKA_

Həyatda oooo qədər diləyim var ki amma  bir dənə dilək olsaydı Allahdan sevdiklərimi ən əsas da oğlumu qorunmağını istərdim. Onsuz  mənim 1 saniyəm belə olmasın. Dünyanın ən gözəl hədiyyəsidir. Allah hamıya  qismət  eləsin.

 

ruzgargulum

Mənədə yer ayırdığın üçün təşəkkürlər canım.Əgər dilək haqqım olsaydı ondan ancaq xoşbəxt olub axıra qədər ailəmlə mehriban xoşbəxt olmağı diləyərdim balamı sağ salamat dünyaya gətirib böyüdüb tərbiyə edib oxudum həkim olduğunu görməy haqqını diləyərdim canım.Heç bir zaman pis günlər görməməy hər zaman xoş günlər görməy,bütün xanımlara ana olmaq şansını sevincini yaşatdırmasını diləyərdim bu qədər canım.Çox təşəkkürlər sənədə uğurlu olsun layihən.

 

Luna-90

Salam.Bir dilək haqqım olsaydı ailəmin əsasən də oğlum ve yoldaşımın nə xəstəliyi varsa hamısı keçib getsin.twk.

 

qanadli melek

Bir dilək haqqım olsaydı həyatımın son 5ilini bu illərdə yaşadığım hər şeyin her yaşanmamasını dilərdim.

 

Fidan Q-ova

Öncə sənə təşəkkür edirem layihəne məni də dəvət etdiyin üçün. :22: Son zamanda tək diləyim var oda ki tələbə olmaq. Çox

istəyirem insallah ALLAHım o hissi mənə nəsib edəcək :dua:

 

fificikkk

bir dilək haqqım olsa heç ne yox sadecə bu dünyaya gəlməmiş olmağı dilərdim, ölməyii seçərdim(( çox təəssüf ama bunu həqiqi deyirəm

 

aziz a

Salam gözəlim, uğurlar yeni layihəndə.

Ay bacım normalda hər bir insanın bir neçə diləyi olur. Mene tamam çətin oldu ,o qədər vacib saydğım arzularım diləklərim varki...

Amma yenə də birini yazım,vaciblərdən birini..Diləklərimdən biri də budur ki, qızımı gələcəkdə arzuladığım, dilədiyim kimi görmek..Yəni ağıllı, tərbiyəli, savadlı, bəxti gözel ən esası da sağlam görmek....

 

adsiz a

Düzdü arzularım çoxdu,amma hal hazırdakı arzum neçə illərin arzusudu. Allahdan ana olmağımı diləyirəm her gün..məni də layihəvə qoşduğuna göre sənə minnətdaram bacı

 

Svetoklana

Əgər ki,1 dilək haqqım olsa 39999 diləyimin olmasını diləyərdim...)) :23:

 

ayan97

Tək bir diləyim var xoşbəxt olmaq sağlam və xoşbəxt, bunlar olsun basqa heç nə istəmirəm.

 

Menim balam

Bir Dilək haqqım olsaydı övladlarım, sevdiklərim ve bütün insanlar üçün Sağlık dilərdim!!!!

 

Ayka İsİ

Evvvvvvvvvv

 

tatyana

dilək dilərəm çoxlu amma yalnız bircə dilək diləmək haqqın var desələr dilərdim ki ailəmdəki hər kəsdə can sağlığı olsun

 

GünƏŞimƏ_Aid_

Əgər bir dilək haqqım olsa idi onda ATAMIN həmişə mənlə olmasını arzulayardım

 

Miss_Angel

salam. diləyim budu. gözümü dünyaya aşandan analı atalı bacılı qardaşlı normal xoşbəxt böyümək istərdim. hamısı yanımda olsun xoşbəxt bir ailə olaq can deyib can eşitmek istərdim.

 

vipbetul

salam,bir dilək haqqım olsaydı Rəbbimin izniyle ailəmlə hər zaman gözəl bir köşkde daima xoşbext yaşamağı diləyərdim

 

zulya e-li

Çox sağolun fikirləşdiyiniz üçün. Həyatda ən böyük arzum var; Həkim olmaq yəqin ki onu...

 

Nazlı_qız

sonsuzadək xoşbəxt olmağı. artıq xoşbəxtlik mənim üçün nədisə :126: :09:

 

SENİ SENSİZ SEVDİM

əvvəla layihəniz uğurlu olsun...Ölməyi diləyərdim

 

melek5

Bir dilək haqqım olsaydı,uniyə qəbul olub istədiyim peşəyə yiyələnmək istərdim...

 

Rusi

Salam universitetə qəbul olmaq:ltfen:

 

Nergiz33

Qızımın olmasını

 

Catwoman666

İstədim öz fikrimi də yazım amma Svetoklana mənim əvəzimə cavabı verdi)) bir dilək haqqım olsaydı minlərlə ya da yüzlərlə, olmadı onlarla arzu haqqımın olmasını diləyərdim. Beləcə sonradan fikirləşməyəcəm ki "bəlkə başqa arzu seçsəydim?" Yəni ən sərfəli fikir budu)))скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!