Görünməyən alt geyimi - mövsümün hiti

Görünməyən alt geyimi - mövsümün hiti
Qadınlar.Co
10.09.2017 23
Ad sizi çaşdırmasın. Görünməyən alt geyimi dedikdə, xüsusi texnologiya ilə hazırlanan və məhz paltarın altından görünməyən alt geyimlərini nəzərdə tuturuq. Artıq yaz-yay mövsümüdür və get-gedə qarderobumuzda nazik və zərif parçalardan əlvan geyimlər üstünlük təşkil edəcək. Yayda xanımlar rəngarəng görünməyi xüsusilə sevirlər – xoş havalar da insanı daha aktiv olmağa, daha çox əylənməyə səsləyir. Ancaq bu mövsüm geyimlərinin bir diskomfortu hər zaman xanımları narahat edir – geyim seçərkən ona uyğun, daha doğrusu nazik paltarların altından  görünməyəcək və ümumi görünüşə xələl gətriməyəcək alt geyimi tapmaq. Tikişsiz alt geyimləri də elə bu cür qüsurları aradan qaldırmaq üçün çox əlverişlidir. Fransanın məşhur alt geyimi brendi Etam-ın Pure fit kolleksiyası xüsusi yumşaq material - ipək mikrofibradan hazırlanıb və lazerlə işləndiyi üçün tamamilə tikişsizdir. Onu qarderobunuzdakı istənilən əşya ilə rahatlıqla geyinə bilərsiniz. Pure fit kolleksiyası sanki "ikinci dəridir” – xüsusi texnologiya məhsulu olan elastik modellər bədənin formasını alaraq həm qüsursuz görünüş, həm də özəl komfort hissi bəxş edir. Parçanın altından bilinməyən strukturu sayəsində Pure fit modellərini ən müxtəlif ziyafət libasları ilə də çox arxayınlıqla geyinmək olar.



Etam-ın şıq və cazibədar Pure fit kolleksiyası 12 rəngdə – klassik, əlvan və pastel tonlarda  təklif edilir. Onun gözəgörünməz ecazkar modelləri xanımların Magic up, Push up və s. kimi bütün sevimli formalarında verilir.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!