Analar qızlarına yemək bişirməyi öyrətməldirmi? - Müzakirə

Analar qızlarına yemək bişirməyi öyrətməldirmi? - Müzakirə
Qadınlar.Co
10.09.2017 17
Sözüm qız anası olan qadınlarımızadı. Mənim başıma bir neçə əhvalat gəlib ,onları sizlərlə paylaşmaq istəyirəm. Bir neçə ay bundan qabaq qonşum Solmaz mənə zəng vurdu ki,bir bizə gəl zəhmət olmasa. Mənim də əlimdə işlərim var idi. Soruşdum ki, ay bacı, xeyr olsun. Dedi ki, heç biz qutab bişirmək istəyirik, amma gəlinlərdən heç biri yaya bilmir. Bunu eşidəndə şoka düşdüm. Dedim ay bacı, bəs sən? Dedi heç mən də yaymaq bacarmıram. Nə isə, işlərimi qurtarıb keçdim onlara, köməkləşib bişirdik.

 

Keçək digər əhvalata

Çərşənbə axşamı qonşunun gəlini soruşdu ki, bəs ay Pəriş, nə bişirəcəksən axşama? Dedim hər şeyin hazırlamışam gedib düşbərə bükəcəm. Qayıtdı mənə ki, mən yaya bilsəydim nə vardı ki...Dedim ay qız sən indi xəmir xörəkləri bişirmirsən? Dedi ki, yox..

Ehh, tək bunlarla iş aşsa nə var ki... O qədər qohum-əqrabada qız-gəlin var ki, adi kotleti belə bişirə bilmirlər. Ancaq di gəl ki, hansı kosmetikanın, ətirin hansının yaxşı olduğunu elə bilirlər ki... Mən yenə də bunun günahını qızda deyil, anada görürəm ki, vaxtında qızı qoymur iş görməyə. Danışanda da deyir ki, eh sən Allah onun nə vaxtıdı iş görə, xörək bişirə. Qoy nə qədər mənim evimdədi heç nə eləməsin.

Bu cür əhvalatlar çox danışmaq olar.



Bəs siz necə baxırsız bu cür vəziyyətlərə?
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!