Xatirə dəftəri - BARBI (17)

Xatirə dəftəri - BARBI (17)
Qadınlar.Co
10.09.2017 8
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz BARBI olacaq.

 

1. Soyadınız Adınız?

ƏLİYEVA ŞƏHLA



2. Doğum Tarixiniz?

28 05 1991.



3. Bürcünüz/iliniz?

Əkizlər bürcü qoyun ili.



4. Ən böyük arzunuz?

Hər zaman ən böyük arzum əsl mənada xoşbəxt olmaqdır. Xoşbəxtlik mənimçün əl çatmazdır. Ama ümidimi itirmirem biliremki bir gün xoşbəxtlik məni tapacaq.



5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

Həmişə dost seçərkən çox diqqet yetirirəm dürüst və yalansız insanlarla dostluq etməyə çalışıram, ona görə də dostlarım mənə xəyanət etmir.



6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

Yaxşı qiymətlərlə oxumuşam . Hər zaman çalışqan tərbiyəli və dəcəl şagird olmuşam.



7. Həyat sizcə maraqlıdır?

Həyat hər zaman maraqlidir. Hər anın hər günün hər dəqiqənin hər saniyənin dəyərini bilirəm. Həmişə yaşadıqlarımnnan dərs çıxararaq etdiyim səhvləri görərək və bir daha təkrar etməyərək yaşayıram. Bəzən ani sarsıntılar depresiyalar ağır itkilər olur, bu zaman həyatın mənasını marağını itirməmizə səbəb olur.Amma unutduğumuz bir məqam var ki həyat eşqi yaşamaq hər zaman gözəldir.



8. Möcüzəyə inanırsınız?

Gerçəklər olduğu qədər möcüzələrdə var, mən inanıram . Çünki allahın yaratdıqlarına inanıram . Hər şey insanın ınancından asılıdır, inanıram ve o möcüzə gerçekleşir.



9. Yenidən uşaq olmaq istərdinimzi?

Oyyyy yaralı yerim, mənim uşaqlığım çox maraqlı əyləncəli və dəcəlliklərlə dolu olub. Hal hazırda uşaq olmaq isterdim . Çünki uşaq ikən qayğı nədir bilmirsən nifrətdən uzaq uşaq qəlbiylə yaşayırsan.



10. Dünyaya yenidən gəlməy istərdiniz?

Hər bir insan kimi mən də bu hissi yenidən dadmaq isterdim. O qayğısız usaqlığı dəli dolu gəncliyi və ahıllığı yaşamaq isterdim. İstərdim ki yenidən dünyaya gəlim yaşadığım pis anları bir də yaşamayım , bütün lazımsız şəxsləri həyatımnnan kənarlaşdırım,və həmişə xoşbəxt olum.



11. Həyatda kimə və nə üçün minnətdarsınız?

İlk əvvəl canımnnan bir parça olan ailəmə , əlbəttəki məni dünyaya gətirdikləri üçün sonra mənə gözəl tərbiyə dürüstlük aşıladıqları üçün , təhsil verdikləri üçün hər qerarımı etirazsız qəbul etdikləri üçün onlara ürəkdən minnətdaram.

 

12. Necə insanları xoşlayırsınız?

Bir az gülünc gələ bilər özüm kobud olduğumçun kobud və acıdil insanları sevirəm. Yalannan şiridillik və mülayim olacağına kobud olsun daha yaxşı.



13. Sizcə gözəllik nədən başlayır?

Hər kəs gözəlliyi fərqli gözlə görür kimisi gözəl bir üz kimisi gözəl bir xasiyyət kimisi isə gözəl bir əxlaqda görür. Heç kəs düşünmür ki gözəllik nisbi anlayışdır. Bir insanın iç gözəlliyinin üzünə yansımasıdır gözəllik. Gözəlliyi aynaya bənzədirəm hər zaman təmiz və şəffafdır.



14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?

En çox sevdiyim yerlər Misir Paris və Amerikadır. Hər üçünün gözəlliyinə qədimliyinə və tarixinə heyranam. Xüsusəndə Misir ehramlarının vurğunuyam. İnşallah gedib görmək nəsib olar.



15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

Sayta girərkən şərh yazmaq və mariflənmək məqsədiylə girirəm. Sayta girən çıxan userlə maraqlanmıram.



16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

Evvel köhnə userlerden yaxın bildiklərim çox idi . Zamanla hər biri müəyyən səbəblərə görə saytan ayrıldı. Ama hal hazırda en yaxın bildiyim svetoklanadır. Svetoku özümə bənzədirəm həm xasiyyətimiz həm də taleyimiz bir birinə bənzəyir.



17. Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?

Signorina adlı xanımın xəbərlərini sevirəm və xüsusi maraqla oxuyuram.



18. Kimin bu saytda olmasi sizi qıcıqlandırır?

Heç kəs qıcıqlandırmır ,ama danışığını bəyənmədiyim userlər çoxdur onlarada qıcıqlanmıram.



19. Saytda ən çox sizi nə cəlb edir?

Status cədvəli məni çox cəlb edir. Hər gün mütleq girib baxıram nə yeniliklər var.



20. Nə kimi təklifləriniz var saytda?

İstərdimki saytımızda səsli danışıq olsun yeni telefondakı kimi bir birimizlə əlaqə yaradaq.



21. Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

Uuuu deməli belə ən çox antikvar fialka ve miss oxatanın şərhlərini hər xəbərdə oxuyuram. Antikin şərhlə daha gülməli və məzəli tərzdə olur. Fialkanın şərhləri ağıllıca və düşünülmüş , miss oxatanın şərhləri dolğun və samballı və məna kəsb edən şərhlər olur.



22. Nə üçün məhz Qadınlar.biz?

İnanınki bu sualı özümə çox vermişəm . Bu saytı depresiyyada olanda tapmışam və o günnən bu sayt mənim evim olub. Ailəvi səbəblərə görə müeyyen vaxt bu sayta girə bilmədim çox üzülmüşdüm. Sonra yenidən evimə yəni saytıma qayıtdım. Bu sayt belə deyek həyatımın ayrılmaz hissesidir. Mənimçün hava su kimidir. 3 ildən artıqdır bu saytdayam heç vaxt çıxmağıda düşünmürəm.



23. Bu saytda sizə nə maraq doğurur?

Maraq doğurur kulinariya bölməsi yemək yeməyidə bişirməyidə çox sevirəm.

 

24. Saytdakı ən yaxın dostlarınız?

Saytda ən yaxın dostum pretty girldir. Real həyatdada telefon əlaqəmiz var.



25. Özünüz haqda qısa və tam!

Səmimi dürüst kobud acıdil və əyilməzəm . əsəbi və pis niyətli deyiləm ama tərs damarım tutdusa heç kimə heç nəyə baxmıram nəyi var deyirəm.



26. Burada hansısa bir haqsızlıq görmüsüz?

Heç vaxt haqsızlıqdan söz gedə bilməz çünki bu saytı xanım yox kişi idarə edir. Bildiyimiz kimi xanımlar hisləriylə kişilərsə məntiqləriylə qərar verir. əgər kim qovulubsa ya da ban edilibsə günahsız yerə edilməz səhvi olub ki admin o cəzanı verib.

 

27. Saytda başınıza gələn maraqlı bir hadisə

Hmmm maraqlı hadisə deyəndə bir əhvalat yadıma düşür sayta yeni gəldiyim vaxtlatda bir cümləni səhv anlayıb şərh yazmışdım sonra o user yazdıkı sən mənim haqqımda belə yazmışdın mən də dedim ki səhv anlamışam, userdən üzr istədim bu məsələ bağlandı və beləcə biz yaxın dost olduq.



28. Sayta olan ürək sözləriniz

Saytımızın əhlinə ən əsası can sağlığı və xoşbəxt ömür arzulayıram.



29. Baş Admindən Razısız ?

Heç bir narazılığım yoxdur. Yalnız bir nüans var statuslarda anlaşmazlıq yaşayırıq mənim istədiyim statusu vermir.



30. Həyatda ən çox kimə inanırısınız?

əlbəttə hər zaman hər şəraitdə mənə dəstək olan ailəmə inanıram. Onlar mənim inamımı boşa çıxarmayıb.



31. İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)

Dediyiniz kimi ikibaşlı və düşündürücü sualdır. İkisinində hakimi olmaq istərdim , ki aralarında sülh yaradım və onları barışdırım.



32. Həyatınızda əsas məqsəd nədir?

Hər zaman məqsədim hara mənzilim ora prinsipiylə yaşayanlardan olmuşam. Bir şeyi istəmişəm əldə etmişəm və əldə etmişəm. Hamısı bir kənara ən böyük məqsədim insan olmaqdır , əbəs yerə deməyiblər alim olmaq asanddı insan olmaq çətindir.



33. Gələcəydə özünüzü kim görürsünüz?

Gələcəyimi çox parlaq və yüksəklərdə görürəm. Hər zaman işimdə ciddi və məsuliyətliyəm həm də lider ruhluyam . Ona görə özümü yüksəklərdə görürəm.



34. Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

Allah eləməsin bağlansa bir neçə nəfərlər varki onlarla əlaqəmi davam etdirərəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!