Etiket hazırdır: evdə qalıb!

Etiket hazırdır: evdə qalıb!
Qadınlar.Co
10.09.2017 11
Yaş 30-a çatınca  qadınların içindəki "bioloji saat" həyəcan zəngləri çalmağa  başlayır. Tay - tuşların bir-bir evlənməsi və  uşaq sahibi olmaları onla üçün   xoşbəxt olmaq və özləri üçün isə narahatlıq və təlaş dolu  bir ruh halına çevrilir. Və bir də  ailə, rəfiqə, dost- tanışın "Bəs  sən nə vaxt evlənəcəksən?", Nə vaxta qədər subay gəzəcəksən?' sualları da əlavə olununca, bir çox qadın üçün əlaqə və gələcək sorğulamaları başlayır.

Yazın isti günləri ilə birlikdə toy mövsümü də başlarkən, bu evlilik mövzusunu xırdalamaqda bir  fayda var.

Təəssüf ki, bir çox qadın evliliyi bir müvəffəqiyyət ölçüsü olaraq görür. Ərə getmək  həyatda müvəffəqiyyətli olmanın, getməmək isə müvəffəqiyyətsizliyin göstəricisidir sanki....

Bir qadın orta yaşa yaxınlaşıb da evlənmədisə etiket hazırdır:- evdə qalıb!

Nədənsə ərə getmək  bir seçim olaraq qəbul olunmur. Hələ özünə uyğun insanla qarşılaşmaması, həyatını tək keçirmək istədiyi və ya özünü evlilik üçün hazır hiss etmədiyi heç düşünülmür də...

Hökm çıxarılır:- Evdə qalıb!

Amma yaşı keçib də evlənməyən kişilərin situasiyasına fərqli yanaşılır. Məsələn, "Subaylıq sultanlıqdır" prinsipi ilə yaşayır, evlilik adamı deyil və ya axtardığı qadını tapa bilmir....

Cəmiyyətin eyni vəziyyət qarşısında kişi və qadına göstərdiyi fərqli yanaşmalar, hələ uşaqkən beyinə yeridilməyə başlayırş.

"Qız uşağı beşikdə, cehiz sandıqda" anlayışıyla, qız uşaqları  ərə verilmək və evləniləcək biri  olmaq üzrə böyüdülür. Uşaqlıqda izah edilən nağıllarda belə şahzadə sevgilisi ilə  evlənir və hekayə xoşbəxt sonla bitir.

Kimsə "əsl hekayə evləndikdən sonra başlayır" demir. Yalnız evlənildiyində, sonsuza qədər xoşbəxt yaşanacağı mesajı verilir. Sanki sevmək, sevilmək və gözəl bir əlaqə yaşamaq, xoşbəxt olmaq üçün kafi deyilmiş, xoşbəxtlik ancaq evliliyə bağlıymış...

Bu amallarla böyüyən qız uşaqlarında da ərə getmək həyatlarında əhəmiyyətli bir mərhələ hesab olunur. Ailələrinə, qohumlarına və əlbəttə özlərinə, qiymətli olduqlarını sübut etmənin bir yolu hesab olunur.

Beləliklə də çox təəssüf ki,  bir çox qadın üçün evlənmə faktı, evlənəcəyi adamın şəxsiyyətindən daha əhəmiyyətli hala gəlir.

Halbuki xoşbəxt bir evlilik üçün əvvəlcə xoşbəxt bir əlaqə lazımdır. Ətrafınıza baxdığınızda əlaqə saxlamayan çox evlilik görə bilərsiniz. Əlaqənin əskikliyi üzündən, özünü yalnız uşaqlarına həsr etmiş, ya da evli olduğu halda əlaqəni çöldə axtaran çox qadın  var. Evlilik məsuliyyətlərini yerinə yetirmiş  olsalar belə, romantik ehtiyacları qarşılanmadığı üçün özlərini əskik və bədbəxt hiss edirlər.

Beləliklə də cəmiyyətdə yalnız uşaqlar üçün və ya el-aləm nə deyər qayğısıyla saysı-hesabsız ailələr yaranır...

 Bir əlaqədən çox, boyuna qoyulan  məsuliyyətin nizamıyla gedən bu evliliklərdə, xoşbəxtlikdən bəhs etmək hər vaxt mümkün deyil!

Evlilik və müvəffəqiyyət sözlərini uyğunlaşdırıb eyni cümlədə istifadə etsək, müvəffəqiyyət,  xoşbəxt bir evliliyi davam etdirə bilmə bacarığının  olmasıdır.

Həyatın bütün çətinliklərinə qarşı əlaqəni qorumaq və inkişaf etdirə bilməkdir müvəffəqiyyət....

 Evliliyin, fərdin özündən imtina etməsi deyil, iki fərdin bir-birlərinin həyatına zənginlik qatması mənasını verməsidir.

Bir almanın iki yarısı olmaq deyil, bir səbətdə iki alma olmaqdır!

Siz necə fikirləşirsiniz?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!