Bu günün SƏBƏBKARI- BARBI

Bu günün SƏBƏBKARI- BARBI
Qadınlar.Co
10.09.2017 7
 Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın BARBİ-di.... Bu günün SƏBƏBKARI- BARBI buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....



 Bu günün SƏBƏBKARI- BARBI

 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Salam qızlar. Mən Əliyeva şəhla . Saytınızın sevimli BARBİSi.



2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

əlbəttə sirr deyil doğum günüm 28 may 1991 ci

 

3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Hər il ad günümdə səhər oyanıram və əlimi göyə qaldırıb rəbbimə dua edirəm ki, bir yaşımı daha keçirməyi nəsib etdi. Həmin gün çox xoşbəxt oluram. Özümü buludların üstündə hiss edirəm.



4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?

Səhv etmirəmsə qızıl hədiyyə alıblar.



5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Ən gözəl hədiyyəm 15 yaşımda atamın mənə aldığı gümüş saat olub. Səhər oyananda gördümki baş  ucumda bir qutu və üstündə bir kağız var. Eynilə belə yazılmışdı 'Yaşadığın hər anın hər dəqiqənin dəyərini biləsən və bu saata hər baxanda atanı xatırlayasan. O vaxtı uşaq idim o qədər ağlamışdım ki, hələ də o not və saat məndədir.



6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

Elə olubmu ki, bəyənəsən desən daha doğru olar :23: . Mən çox çətin bəyənən insanam. Ona görə də hamı mənə pul verir istədiyimi alıram .



7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?

Hə olub, bir telefona vurulmuşdum. Bunu da yalnız qardaşım bilirdi, o da doğum günümdə mənə həmin telefonu hədiyyə almışdı.

 

8. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?

Heç vaxt elə bir şeydən söhbət gedə bilməz, niyəsini deyim bir ay qabaqcadan evdəkilərə deyirəm ad günüm yaxınlaşır nə edəcəksiz bax mən belə şıltağam.



9. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Hmmm universitetdə oxuyanda uşaqlar belə bir sürpriz hazırlamışdılar çox əyləncəli keçmişdi.



10. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

Hə heç yadımnnan çıxmaz, dostum belə bir ad günü təşkil etmişdi. Ancaq gənclər partisiydi. dostlarım, qohumlarım hamısı iştrak etmişdi

 

11. Bu günə qədər unuda bilmədiyin və ya əksinə unutmaq istədiyin bi doğum günün olub?

Hə olub. 2012 ci ilin doğum gününü yaşamamaq istərdim, çox kədərli keçib.

 

12. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Heç vaxt unudan olmayıb . Olsa da heç vaxt bağışlamaram.



13. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin üçüncü doğum günündür artıq. Doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Məndə gözəl hislər yaradır ki , ad günümü doğmalarımla qeyd edirəm.



14. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

İlki sonu yoxdur, əsas məsələ təbrik etməyidir, məni unutmamağıdır.



15. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

Özümə sağlamlıq bol sevinc bol xoşbəxtlik və can sağlığı arzulayıram.

 

Bu günün SƏBƏBKARI- BARBI

 

 Canım mənim səni ürəkdən təbrik edirəm, sənə ancaq və ancaq gözəl və sevincli günlər, xoşbəxt və səadət dolu bir həyat diləyirəm Qoy ömrün nəşəli və ruzi bərəkətli olsun hər zaman... amin

 

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!