Qadınlar.Bizlilərin arzuları - asya muslumova (18)

Qadınlar.Bizlilərin arzuları - asya muslumova (18)
Qadınlar.Co
10.09.2017 2
Salam Qadınlar.biz ailəsi.Yeni layihələrnən qarşınızdayam.Maraqlı bir layihə hazırlamaq qərarına gəldim.Yəqin ki,hər kəsin ürəyində arzuları var çoxusunun arzuları həyata keçib bəzilərin arzularıda həyata keçməyib.Hər birimizin uşaqlıq arzuları olub və arzularımız bizimlə gündən-günə böyüyüb.Yaşımız artıqca arzularımız,istəklərimizdə artıb.Deməli belə sizlərin uşaqlıq vaxtı nə arzunuz olub və,o arzulara nail olmusunuzmu? Layimizdə  iştirak edən Asya muslumova olacaq və,o öz arzuları hakda bizimlə bölüşəcək.

 

 salam :03: Bildiyimiz kimi hər bir insanın öz arzuları və öz dünyası var.Bir çoxunuz bilirsizki, mən ikinci ali təhsil arzulayıram,birinci il bəzi səbəblərə görə qəbulda heçkimin gözləmədiyi nəticəylə kəsilmişdim və atamın mənə olan ümidlərini çox təəssüfki doğrulda bilməmişdim. :ciyy: Düzdü indi xaricdə təhsil alıram ama tələbəlik həyatını,dərslərimlə mütəmadi məşğul olmagı daha çox istiyirəm əsil tələbə kimi (belə qiyabi yox ) Atamın mənə olan inamını kaş ki yenidən doğrulda bilsəm və ona hər şeydən nəticə çıxardığımı sübut edə bilsəm,sadəcə mənə bir şans versə o yolda nələrdən keçərəm ona göstərə bilsəm!! (və kaşki indi o bu sətrləri oxuya bilsə ciyy ) inşallah bu arzum gerçək olar...

Əl çatmaz dediyimiz arzularda var sadəcə o arzulardan ancaq danışmaq bizə qalır,amma əl çatmaz dediyimiz arzularda bir gün gəlirki əlimiz artıq çatır!! yəni hər şey həyatın axarından asılıdır.

Mənim bu saytla bağlı görmək istədiyim,reallaşmağını dilədiyim bir arzu var !! :02: Bunu Adətən sossial şəbəkə dostları edir.Bu saytın bütün qızları ilə görüşməkdir!! :08: :09: Bəlkə də bu elə yuxarıda qeyd etdiyim kimi,mənim üçün əl çatmaz olaraq da qalacaq.Çünki bilirik ki hər kəs başqa-başqa yerlərdən girir bu sayta,toplanmaq bir araya gəlmək mümkünsüz olar.Ama çox istiyərdim görmək,bir aray, gəlmək eyni məkanda toplanıb daha yaxından tanış olmaq sizlərlə...

mənnən bu qədər..Arzu və niyyət çox gözəl inasni hisslərdir.Bizlər arzu edərkən Allaha dua edək ki,bizim arzularımızdan heç kimsə zərər çəkməsin ! Qəlblərə nur saçan ,ay işığı qədər aydın olan arzularımızdır bizləri sabaha bağlayan.SİZLƏRƏ arzum budur ki,qəlblərdən gələn o gözəl arzularınız,edilən bütün o nurlu dualarınız hər biri yerinə yetsin inşallah!! Allah hər bir kəsi arzularına çatdırsın!!!


 

Allah hər birinizi arzularına çatdırsın xanımlar AMİN.....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!