Şəhla ana, doğum gününüz mübarək...

Şəhla ana, doğum gününüz mübarək...
Qadınlar.Co
10.09.2017 33
Şəhla ana, doğum gününüz mübarək...  

 Qızlarrrr bu gün çox gözəl gündür... niyə... deyim siz də bilin...  bu gün canım bacım Catwoman666-ın anasının doğum günüdü... bu xəbərimi bacımın adından anasına hazırlamışam....

 



 

Sevimli annammmm, Sənə bu məktubu sevgimi söyləmək üçün yazıram. Amma bu sevgimi nə söyləyə bilərəm, nə də yaza bilərəm. Onsuz da sevgi nə deyilər nə də yazılar, sevgi yalnız göstərilər. Sən də mənə kimsənin göstərmədiyi və göstərə bilməyəcəyi elə bir sevgi göstərdin ki, bu sevgi nə bitər, nə də tükənər. Sən mənə həm yoldaş, həm də sirdaş oldun. Kədərli olduğumda dərdlərimi, xoşbəxt olduğumda isə sevincimi mənimlə paylaşdın. Sən kədərlənincə; sanki duyğuların əks edir ürəyimə və mən də kədərlənirəm. Artıq böyüdüm, məni qucağına alıb sevməsən də məni içindən çox sevdiyini bilirəm. Səni izah edilə bilməyəcək şəkildə çox sevirəm. Hər övlad eyni duyğunu hiss edərmi bilmirəm, amma sən mənə çox isti gəlirsən sanki sənin sevgin ilə istilənirəm. Səni üzdüyüm zaman sanki gözlərin yaşarır, bax o anda zamanı geri çəkmək istəyirəm, çox kədərlənirəm ana çox! Mənim üçün çox qiymətlisən ana. Sevgim o qədər böyük ki ana, cümlələr çatmır sevgimi daşımağa, ağır gəlir sözlərə, daşıya bilmirlər sevgimi. Böyük sevgimi daşımaları üçün böyük hərflər istifadə edirəm; ANA SƏNİ ÇOX SEVİRƏM, CANIM ANAM

 



 

Canım bacım , mən də öz adımdan və bütün qızlar adından anamızı təbrik edirəm... Allahdan can sağlığı və uzun ömür diləyirəm... inşallah hər zaman balalarının xoş günlərini görər... amin...  Ayɑqlɑrının ɑltı cənnət, əllərindən nur ɑxɑn Şəhla ɑnɑmız… Ad gününüzü təbrik edirəm... Əllərinizdən öpürəm...

 



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!