Son zənginiz mübarək, məzunlar...

Son zənginiz mübarək, məzunlar...
Qadınlar.Co
10.09.2017 68
SENI SENSIZ SEVDIM, Сладкий Ангел,  nermine, gulshen, havva, Zulichka_,  EreS Mia, Glamurka Nemiska, GünƏşimƏ_AiD_, Secret Love və xəbəri hazırlamağımı istəyən melek5-in qardaşı....   



Bu gün məktəbin son zəngi çalınır. Yaxşısı, pisi, sevinci, kədəri ilə hər şeyi kənarda qoyur.  11 ildir hər gün getdiyiniz yollar, qarşısında bir cərgəylə düzləndiyiniz sıralar, 1-ci girməyə cəhd etdiyiniz sinif otaqlarınız, əyləşdiyiniz partalar sanki sizi unutmayacıq deyirdilər, vidalaşırsız səssizcə.



 Son zənginiz mübarək, məzunlar...



Hər gün "Bu məktəbi qurtarsaydıq, canımız qutarardı” dediyiniz cümlə indi sizə necə də yad idi. Bir film kimi canlanırdı gözünüzün önündə  ilk gəlişiniz, hər şeyiylə gözəl olan uşaqlıq xatirələri bu gün sizi göz yaşlarına qərq edib. Hər dəfə deyinə-deyinə daşıdığınız məktəb çantanız bu gün son dəfə taxılırdı.



Artıq zəngin vurulması üçün saymayacaqsız dəqiqələri, müəllim dərsə çağıranda  "5 dəqiqəyə təkrar edim, gəlirəm” deyə bilməyəcəksiz, lövhə qarşısında dərs danışmayacaqsız,  xor musiqi oxuya bilməyəcəksiz. Bəzən dərsi qaynatmaq üçün etdiyiniz şıltaqlıqları xatırlayıb gülərkən, bu gün gülüş dolu hərəkətləriniz  sizin üçün geridə qalan şirin bir xatirəyə çevrilir.



 Son zənginiz mübarək, məzunlar...



Nə rüblük dərdi olacaq, nə valideyn iclasları, nə koridorda qaçma deyən direktor, nə dərsi öyrənmədiyiniz üçün 2 verən müəllimləriniz. Uşaqlıq qorxularınızın hər biri geridə qalır. Sizi hər kəsdən fərqləndirən məktəbli geyiminizi-qara yupka  ağ köynəyinizi  bu gün son dəfə geyinirsiz. Səliqəsinə xüsusi fikir verilən formalarınız bu gün tam fərqlidi. Yazmısız hər biriniz arzularınızı, şirin xatirələrinizi. Yazarkən belə əliniz titrəyir.



Son zənginiz mübarək, məzunlar...



Həsrətlə gözlədiyiniz "Son Zəng” iniz yetişib artıq. Məzun olursuz bu gün. Hamınız eyni sualı təkrarlayırsız ”Biz nə zaman böyüdük ki,məzun oluruq????” Danırsız  bunu, qəbul etmək istəmirsiz  həqiqəti. Ayrılmaq çətin gəlir  həyatınızın yarısını bölüşdüyünüz  sinif yoldaşlarınızdan, ikinci valideyniniz olan müəllimlərinizdən, gününüzün çox hissəsini keçirdiyiniz ikinci eviniz məktəbinizdən. Bir  daha qayıtmayacaqsız geriyə... qayğısız illər.



Son zənginiz mübarək, məzunlar...

 

Dərs tez bitsin deyə qabağa çəkdiyiniz saatın əqrəbləri bu gün hər dəfəkindən daha sürətli gedir. Zamanın donması, hər şeyin qayıtmasını necə çox arzulayırsız. Hər dəfə vurulmasını həsrətlə gözlədiyiniz zəngin bu gün çalmasını heç biriniz istəmirsiz. İstəmirsiz  ayrılsın yollarınız.

Bu gün sizi bir araya gətirən son gündür. Bitir bununla da hər şirin xatirələr, qayğısız günlər, vidalaşır sizlərlə...

 

 Son zənginiz mübarək, məzunlar...

 

Əziz Məzunlar! BU gün sizin həyatınızın ən gözəl və önəmli günlərindən biridir. Bu gün siz məktəb həyatını bitirib azad həyat hollarına qədəm qoyursunuz... bu yolda dilərəm ki, həyatınızda hər şey gözəl və uğurlu olsun... hər zaman hər yerdə müəllimlərinizin sizə öyrətdiklərini qulaqlarınızda sırqa edin... onlara və valideyinlərinizə layiq olmağa çalışın... Oxuyun, çalışın, həyatda yaxşı insan olun. .. inşallah tezliklə universitetə qəbul olma xəbərlərinizi bölüşərik burda...

 

ancaq harda olursuzsa olun, ilk məktəbinizi, ilk müəllimlərinizi unutmayın. Müəllim qəlbi kövrək olur. Hər bir şagird müəllimin övladıdır... Doğma ana kimi müəllimləriniz də hər zaman sizin yolunuzu gözləyəcəkdir... Onların gözünü heç zaman yolda qoymayın. ..

 

 Son zənginiz mübarək, məzunlar...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!