Bu günün SƏBƏBKARI - WiRiN BaLaM

Bu günün SƏBƏBKARI - WiRiN BaLaM
Qadınlar.Co
10.09.2017 8
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın WiRiN BaLaM-di.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....



 Bu günün SƏBƏBKARI - WiRiN BaLaM



1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.  

Salam bacı.... adım KönüL .



2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?  

sirr deyil canım 07.06.1995 .



3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

çooox gözəl duyğudu...sanki həmin gün yenidən gəlirəm dünyaya ..



4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?   

bilmirəm canım, ağlıma da gəlməyib soruşmaq.



5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

mənim üçün bu günə qədər aldığım bütün həddiyələr gözəldi.



6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

xeyir hədiyyənin böyüyü kiçiyi olmaz .,əsas odur ki, həddiyyə alsınlar mütləq bəyənirəm :hahahah:



7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?  

Hə olubdu , amma doğum günümdə yox başqa vaxt veriblər.



8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?  

yadımdadır.



9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Hə əlbətdə, ilk hədiyyəsi ÜRƏK qabda ətir naboru olmuşdu "Emotion" ağlıma gəlməyən bir vaxtda almışdı.



10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?   

xeyir canım, hamı biri birinə xəbər edir doğum günüm yaxınlaşanda unudanın da yadına düşür .

 

11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?  

Hə bacı 2 İL əvvəl mənə əmim oğlanları doğum günümdə heç nə almamışdılar üzülmüşdüm,, amma səhəri günü bayırda gəzirdim məni tələsik evə çağırdılar , güllü oxuyan papuqay almışdılar çox sevinmişdim, həm də sürpriz olmuşdu mənə.



12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

doğum günlərimi hər il qeyd ediblər hamısı da yadımda qalıb.



13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?   

xeyir bacı, sevdiklərim hər il xatırlayıblar.



14.Canım bacım, bilirəm ki, ailəlisən və soruşmaq istərdim ki, ailə həyatı qurduqdan sonra keçirdiyin ilk doğum günün necə olub?   

elə də maraqlı olmayıb



15. Bəs sevdiyinin sənə toyunuzdan sonra ilk doğum günündə etdiyi hədiyyə necə, yadındaırmı?  

hə, dovşan kuklası alıb böyük, krem nabor dəsti alıb ,bir də ki duxi naboru alıb :08:



16. Canım mənim, bir ana üçün doğum gününü balası ilə keçirmək tam başqa bir xoşbəxtlikdir. Bu an ürəyində yaşadığın o gözəl duyğuları bizimlə bölüşməni istərdim.  

Bu il qızımla keçirdiyim ilk doğum günümdü... çooox gözəl duyğudu... çox xoşbəxtəm.. qızım da sanki mənə yenidən həyat verdi.... Allah bütün ana olmaq arzusunda olan qadınlara yaşatsın evlad xoşbəxtliyini.



17. Bu qadinlar. biz-lilərlə keçirdiyin ilk doğum günündür, səhf etmirəmsə. Doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

çoox gözəl hisslərdi, nə yaxşı ki, bu saytdayam və Qadınlar.biz lilərlə-yəm ağlıma belə gəlməzdi ki, bu il yeni yaşıma bu saytda qədəm qoyacam .



18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?  

Fərqi yoxdu canım mənim üçün bütün qızlardan təbrik gözləyirəm. yenə də təbrik edəndə sağolsun etməyən də :02:



19. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istədiklərin?  

Ailə səadəti xoşbəxtlik istəyirəm. qarşıma çıxan insanların dürüst olmasını istəyirəm. Qızımı sağ salamat böyüdüb onu xoşbəxt görmək ən böyük arzularımdandı....



Bu günün SƏBƏBKARI - WiRiN BaLaM



canımmmmm mənim, səni bu gözəl gündə bütün qızlar adından təbrik edirəm...Bu günün SƏBƏBKARI - WiRiN BaLaM sənə qadın xoşbəxtliyi, ailə səadəti və sevinc dolu günlər arzu edirəm..  O gözəl ailəndən sevgi və məhəbbət, ruzi bərəkət heç bir zaman əskik olmasın... Allah həyatında gözəl günlərin sayını bol eləsin... o gül balanı qorusun...  amin...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!