Qadınlar.Biz-lilərin qorxulu günü - isveç.de (7)

Qadınlar.Biz-lilərin qorxulu günü - isveç.de (7)
Qadınlar.Co
10.09.2017 25
Salam saytımızın gözəl-göyçək;şirin-şəkər xanımıları...Hamınızı xoooş gördük...bu gün mən ilk layihəmi sizlərlə bölüşmək istəyirəm...Layihəmin adı belədir:"Qadınlar.bizlilərin qorxulu günü"... Bu gün bizlərlə öz qorxunc gününü bölüşəcək olan bacımızın adı isveç.de-dir

 

 "Salam Canim çox sağol mənədə yer, verdin bu gözəl xəbərində. Həyatımın ən qorxulu günü 2012, ci il Noyabır ayın 16, oldu. Mən hələ 3 ayın gəlini idim :agla: Bizim ailəligcə, bir dostumuz var. Onların qızlarına baxan dayənin qolu sınmışdı deyə 10, 15 gün gələ bilməzdi. onlarda evlərinə hərkəsi buraxmırlar, yoldaşıma dedilərki, qoy günay gəlsin arzuya baxsın biz iştə olanda. Yoldaşım dedi onsuzda butun gunu evdə təksən get arzuynan qal özüdə onu çox istiyirsən . Dedim yaxşı. Hələ 5 gun idi gedirdim onlara 5ci gün balaca qıznan idim saat 11, idi uşağında 3 yaşı var. Gördum özümü çox pis hiss edirəm sanki başımı udar vurur. Gördum yox indi öləcəm baş ağrısınan. Boynum qurudu. Dedim arzu bibi girsin hamama başın yusun səndə otur oyna. Dedi yaxşı bibi. (Uzur isdəyirəm) helə təzəcə suyu açıb saçımı istatdımki , gördüm hərşey unuduram , heçnəyi xatırlamıram. necə yıxıldımsa birdə gördum hamamın ortasındayam. :agla: İnanınki , qapını açmağa taqətim yoxidi. O bir dəhşət idi. Dilim söz tutmurdu. Bircə bu sözü deyirdim , arzu bibi ölür. Arzuda uşağdıda o uzdə qışqırır bibi nə oydi şənə can qurban olarame elə ağlıyırdıagladuz 1saata yaxın mən qapını açmaqla məşqul oldum. Nəhayətki, açdım surunə, surunə çıxdım kuxnaya arzuda qışqırırki , ay bibi noyub. O an bircə o uşağı duşunurdum , canım mənə yapışmışdıki , güya məni qaldırsın :agla: surunə surunə gəldim ev tel göturdum heçkəsin nömrəsin xatırlıya bilmirdim. Arzuya dedimki pəncərəni aç o da gucnən açdı. Hərşeyi bulanığ və 3, 4dənə görurdum gördum həyətdə 7, 8 oğlan qalıb sən demə 2 nəfər imişlər. Bircə bunu dedim köməy edin nolar yalvarıram. Yenə yıxıldım yerə. , oğlanlar tez qaçılar binayə axı qapıda bağlıdı. Evləridə hamı kamerə qoyublar. Məndə təkcə dəsmala burunmuşəm. O oğlanlar qapıynan əlləşilər açada bilmilər. Arzuda balacadı qapıya çatmırki , açsın. Surunə surunə gəldim qapıya indi qalxa bilmirəm. 15, 20 dq qapıda əlləşdim. Açdım bircə bunu bilirəmki , qapı açıldı mən yıxıldım o uzə oğlanın biri məni aldı qucağına apardı qonşuya. (Yoldaşım indidə bilmirki , mən dəsmalda olmuşam) amma hamısı kameraya duşmuşdu o gəlin danışdı mənə. Təcili yardım gəldi , . Haçanan, haçan özümə gəldim. Çoxu deyirdiki , bu dəm qazından zəhərlənib, amma mənə başqa həkim dediki, bu xanım nevroz xəstəsidi . Dedim nə mən indiyənəcən heçvaxtı belə olmamışdım. Həkim dediki, qapalı yerlərdə olmaz əsəbləşmək , qətiyyən olmaz. Əgər dəm qazı olsaydı hər halda , o 3 yaşlı uşağa nəsə olardı. Ay canım mənim şirinim elə qorxmuşdu o. Bax bel Qadinlar.biz bacılarım mən o gun gedib, o dunyanı görüb, gəldim. İndidə o gün mənə çatmırki , nə oldu mənə. Onan sonra haçan , o evə gedirdim , o gunu xatırlıyıb pis olurdum. Yoldaşım məni onlara aparmadı daha."

 

Qızlar yəqin ki, isveç.de bacımızın yazdıqlarını bəyəndiz...

əgər sizdə bu qorxunc layihəyə qoşulmaq istəyirsinizsə mənə yəni ALESSANDRA ya şəxsi mesajla müraciət edə bilərsiniz.

Göüşənədək..sağ olun salamat qalın  :03:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!