Bu günün SƏBƏBKARI - guler19

Bu günün SƏBƏBKARI - guler19
Qadınlar.Co
10.09.2017 3
Salam
gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə
qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün
SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan
deyirəm....
bu günün səbəbkarı mənim canım gözüm, gözəl bacım, çoxxxxxxxxxxxxxxxxxx istədiyim saytımızın guler19-du.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....

 

Bu günün SƏBƏBKARI - guler19 

 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Salam canım, adım Gülərdi

 

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

24 iyun 1994-cü ildənəm



3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Çox gözəl və özəl duyğudur mənim üçün

 

4. Bu günə qədər
çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin
danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə
olunduğunu bilirsənmi?


Vallah nə yalan deyim uşaq vaxtı çox kasıb olmuşuq. elə hədiyyələr
almamışam, gözləməmişəm də Valideynlərim yanımdadı onlar mənimçün ən
böyük hədiyyə olub



5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Yoldaşım ad günümdə gözəl bir şeir yazmışdı mənim üçün, o hədiyyəsin hələ də saxlayıram.



6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

Hə olub, amma bildirməmişəm, əksinə çox bəyəndiyimi demişəm,



7. Hədiyyə ilə bağlı bir sual da
verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını
istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə
verilə?


Nə yalan deyim Ürəyimdən keçən hediyyələrin hamısın sevdiyim insanlar
alır mənim üçün. çünki onlar mənim zövqümü və ürəyimi bilirlər



8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?

Əlbətdə yadımdadı, onunla keçirtdiyim ilk doğum günümdə nişanlı idik,
qaynanamla bir də bir xalası qızı vardı onunla gəlmişdi bizə. Məktub
yazmışdı mənə utandığından vermirdi. Xalası qızına verdi o vermişdi
mənə, qəşəng hədiyyələr almışdı mənə ən çox bəyəndiyim məktuba yazdığı
ürək sözləri olmuşdu



9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Əlbətdə xatırlayıram, boynunda sepi vardı çıxartdı mənə verdi dedi bundan sonra sən tax və heç vaxt çıxartma



10. Hər bir insan doğum günü
yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç
nə vaxtsa doğum gününü unudublar?


Bir dəfə olub. evimizdə olanda uşaq vaxtlarımda çox əzablar görmüşəm
valideynlərimlə bir yerdə. o da ondan olmuşdu. Süfrəyə oturduq hər kəs
oturmuşdu heç kimin yadında deyildi. Düzün desəm heç vecimə  də deyildi.
Valideynlərim yanımdadı o bəs idi mənim üçün. Sonradan atamın yadına
düşdü çox pis olmuşdu bağışla dedi qızım, kövrəlmişdi mən də atamı elə
görüb çox pis oldum, sən yanımdasan bu mənim üçün ən böyük hədiyyədi
dedim



11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Hə çox olub. Birində canım yoldaşım etmişdi. Birində 7-8 sinifdə
oxuyurdum anam heç nə demirdi ad günüm barədə, amma nələr almışdı. Ad
günümdə birdə gördüm sinif qızlarımızın hamısı bizdədi, Şoka düşdüm
Sonradan bildim ki, anam mənə supriz edib çox sevinmişdim



12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

Bəli ediblər



13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Yooo heç vaxt olmayıb



14. Canım bacım, bilirəm ki,
ailəlisən və soruşmaq istərdim ki, ailə həyatı qurduqdan sonra
keçirdiyin ilk doğum günün necə olub?


 Ailə həyatı qurduqdan sonra keçirdiyin ilk doğum günüm çox gözəl
olmuşdu. Qaynanamla yoldaşım məndən xəbərsiz xalalarımı, bibilərimi
sevdiyim hər kəsi çağırmışdılar, çox xoşbəxt olmuşdum onları görüb çox
sevinmişdim



15. Bəs sevdiyinin sənə toyunuzdan sonra ilk doğum günündə etdiyi hədiyyə necə, yadındadırmı?

Bəli yadımdadı, gözəl bir qolbaq almışdı mənim üçün bir də telefon



16. Bu qadinlar. biz-lilərlə
keçirdiyin ikinci doğum günündür, səhf etmirəmsə. Doğum gününü
saytımızda keçirmək sənə hansı hissləri yaşadır?


Bu ilki doğum günümüdə bacılarımla bir yerdə keçirtdiyim üçün çoooooooox xoşbəxtəm

 

17. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Vallah nə deyim bunu özləri bilərlər Təbrik edən də sağ olsun etməyəndə



18. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istədiklərin?


Rəbbimdən ən xeyirlisi nədirsə onu istəyirəm.
Ailəmin, sevdiklərimin, böyüklərimin, canım yoldaşımın həmişə var
olmasını, Başımın üstündən heç vaxt əskiy olmasınlar istəyirəm. Və bir
də RƏBBİMdən ən böyük arzum mənə tezliklə xeyirli bir övlad qismət
etməsin istərəm, amin...

 

Bu günün SƏBƏBKARI - guler19

 

ayyyyyyyyyyyyy
mənim şirinim, şəkərimmmm gözəl üzlü, gözəl qəlbli Gülərim.... səni
ürəkdən təbrik edirəm, Tanrıdan sənə bu həyatda hər şeyin ənnnn
gözəlini, xoşbəxtliklərin ənnnn böyüyünü diləyirəm... çünki sən
həqiqətəndə həyatda var olan bütün gözəlliklərə layiqsən... səni o qədər
çox istəyirəm ki, hər zaman üzün gülsün istəyirəm... Tanrı o gözəl
sevginizi, o gözəl yuvanızı qorusun, hər zaman üstünüzdə olsun canım
bacım.... evinizin ruzisi bərəkəti bol olsun ... və ən əsası bütün
qəlbimlə Tanrıdan diləyirəm və istəyirəm ki, tezliklə səni və yoldaşını
şirin bir övlad payı ilə sevindirsin... amin inşallahhhh... sən mənim
bitanecikkkk bacımsan.... öpürəm çoxlu çoxluuuuu və bərk bərk
qucaqlayıram....


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!