Qadınlar.Biz-li anaların doğum hekayələri - Nergizz (16)

Qadınlar.Biz-li anaların doğum hekayələri - Nergizz (16)
Qadınlar.Co
10.09.2017 16
Salam Qadınlar.Biz ailəsi. Yeni layihəmlə qarşınızdayam. Layihəmin adı "Qadınlar.Biz-li anaların doğum hekayələri". Ana olanlar bu haqda yəqin ki, yaxşı bilir, yəni analıq hisslərini yaşayan xanımlar bizimlə fikirlərini bölüşəcək, bizlərə öz doğum hekayələrini danışacaqlar. Gəlin saytımızda ana olan userlərin doğumları haqqında öyrənək.

Arzu edirəm Rəbbim hər bir xanıma Ana olmaq hisslərini nəsib eləsin.

Amin.

 

Nergizz

Salam bacım layihəndə mənədə yer verdiyin üçün minnətdaram. Canım analıq duyğusunu, analıq hissini heç bir sözlə dildə demək mümkün deyil,Allah burdakı qızlarımızın hamısın sevindirsin, tezliklə ana olmaq xəbərlərin oxuyaq bunu cox gözlüyrəm. Mən də gedən kimi hamilə qalmışdım, ama uşaq olana kimi heç vaxt təsəvvür edə bilmirdimki ana olacam, övladım olacaq, kənddə yaşiyrdıq, ozümdə orda xəstəxanada işliyrdim, gnikologumuzla danşdım dedim mən burda doguş stolundan qorxuram mamagılə gedəcəm,orda olsun uşaq. Nəisə ağri səhər saat 5 də məni yuxudan oyatdı. Durdum gəldim həyəti suladım süpürdüm, aradada ağrım tuturdu heçkime demirdim utanırdım, yoldaşım yox idi getmişdi Moskvada idi, nəsə saat 10 oldu, ağrılarım tez tez tutur qaynanama dedimki gedməy istyəm mamagilə dedi, birdən ağrın olar dedim yoox elə belə getməy istyrəm, hecnə demədi.bu vaxt həkim zəng etdi ki bəs qonşunun sistemi var ged vur, həkim də kişi idi, buna yox deyə bilmədim dedim yaxşı. xəstə də qonşu idi,həmişə iynələrin sistemlərin mən edrdim deyə getdim sistemi qoşdum biraz oturdum, qızın anası hiss elədi ki mənim ağrım var, dedi deyəsən ağrın var, güldüm heçne demədim, mənə qəribə gəlirdi, çox utanırdım az qalırdım qarnımı gizlədim heç kim görməsin, nəisə sistem 1 saat çəkdi,(bəlkə kimsə fikrləşərki pula görə sistemə yox deməmişəm ama olardan pul almırdım çox yaxın adam idi) gəldim o ağrıyla hazırlaşdım getdim mamamgilə,Papamda həmin gün getməliydi türkiyəyə, yol boyu ALLAHa yalvarıramki papam gedsin məni gorməsin,çatdım tez papamı soruşdum dedilər gedib, men xəstəxanaya getmək istəmirdim deyrdim stoldan qorxuram gözümün qabağında olmuşdu deyə, zorla apardılar getdim xəstəxanaya,axşam saat 10 da gözəl bir qızım oldu , ama onu deyim o qədər ağrıya mən səsimi çxarmadımda, həkim deyrdi qızz səsivi çxart də, kravatı niyə sökürsən ,,, uşaq oldu səhərə kimi oyanırdım uşağın üzünə baxrdım, elə bil canımın bir parçasın kəsib yanıma qoymuşdular, inanılmaz gözəl hislərdi,,ALLAHIM SƏN ANA OLMAQ İSTƏYƏN HƏR KƏSİ YADINA SAL, ÖVLAD PAYI BƏXŞ ELƏ YA RƏBBİM. AMİNскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!