Uşaqlara söyüş öyrətməklə fəxr edən valideynlər - Müzakirə

Uşaqlara söyüş öyrətməklə fəxr edən valideynlər - Müzakirə
Qadınlar.Co
10.09.2017 11
Dinmə, uşaqdır uşağım Kişi, az söylə mənə bir dəxi məktəm sözünü!

Yəni məktəblə uşaq kamil edərmiş özünü?

Bir söyüşdən yana az danla bu tiflin üzünü !

Sözü ləzzətli şirin dilli uşaqdır uşağım!

Nə ədəb vaxtıdır,qoy söysün, uşaqdır uşağım!



Rus rəfiqəm ilə dənizkənarı parka getmişdik. Onun 5 yaşlı oğlu da bizimlə idi. Biz skamyada oturduq, uşaq isə oyuncaq maşini ilə yanımizda oynayırdı. O tez-tez anasına yaxınlaşir və suallar verirdi. Anası isə ona elə təmkinlə cavab verirdi ki. Özü də necə cavablar: dolğun, uşağın başa düşdüyü tərzdə və hiss olunurdu ki, rəfiqəm oğlunun hər şeylə belə maraqlanması ilə fəxr edir.



İstər istəməz öz azəri analarımız yadıma düşdü. Bizimkilər yəqin ki ya uşağın üstünə qışqırar ya da sualını cavabsiz qoyub öz qiybətləri ilə məşğul olardılar. Heç küçədə ana ilə uşağa fikir vermisiniz. Uşaq daıma ya təhqir olunur, ya söyülür, ya da onun danışığına qulaq asan olmur.



Analıq yalnız paltarları yumaq, uşağı vaxtı vaxtında yeməyini vermək və sairə məişət qayğılarından ibarət deyil,həm də öz körpəni başa düşmək, ona həssaslıqla yanaşmaq, onunla söhbət etməkdir.Amma bu dediklərimdən belə nəticə çıxarmayın ki, uşaq daima əzizlənməlidir. Yox! Lazım olanda uşaq başa düşməlidir ki, nəyi edə bilər nəyi yox. Ana vaxtinda "olmaz" deməyi bacarmalidir. Bəzən bizdə oğlan uşaqlarına söyüşlər öyrədirlər və bununla fəxr edirlər. Çox pis və axmaq adətdir .Bəlkə onun yerinə uşağa şeir, mahnı, nağıl öyrədək?



Uşaqlarla dostcasına söhbət etməli, onların da bizim cəmiyyətimizin tamhüquqlu üzvü kim yetişməsinə kömək etməliyik. Uşaqları nə təhqir etmər, nə də ifrat dərəcəsində əzizləyib ərköyünləşdirmək düzgündür. Yalnız o zaman biz mənən xəstə, özünə inamsız insan deyil, öz ayaqları üstə dayana bilən, sərbəst fikirlər yürüdən vətəndaşlar yetişdirəcəyik.



Sizcə, uşaqlara söyüş öyrətməklə fəxr edən valideynlər niyə belə edir?

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!