Bu günün SƏBƏBKARI - rüzgargülüm

Bu günün SƏBƏBKARI - rüzgargülüm
Qadınlar.Co
10.09.2017 11
Salam
gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə
qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün
SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan
deyirəm.... əslində bu xəbər iyunun 23-ü yayımlanmalı idi... ancaq bəzi
səbəblərdən bir həftədi sayta girə bilmədim və ona görə də xəbəri
hazırlayıb çatdıra bilmədim... gec də olsa bacımızın şad gününü sizlərlə
bölüşmək istədim... ümid edirəm bacım da, siz də məni üzürlü
sayarsız.... bu günün səbəbkarı mənim canım , gözəl bacım,  saytımızın ruzgalgülüm-dü....
buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 

Bu günün SƏBƏBKARI - rüzgargülüm 

 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Salam canım bacım Əliyeva Sevinc.Belə ruzgargulum.



2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

Yox canım sirr niyə olur ki 23 iyun-1993-cü-ildənəm



3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Çox gözəl duyğudur,insan özünü çox xoşbəxt hiss edir.



4. Bu günə qədər çox hədiyyələr
almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə
söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?


Hə canım bilirəm nə almışdılar mənə bir yaşımda balaca uşaq üçün qızıl
sırqa almışdılar hələdə durur indi uşaqlıq sırqam mamam deyir qızın
olanda gətirib taxacam qulağına İnşAllah.



5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Mənə alınan bütün hədiyyələr mənim üçün dəyərli və gözəldir hamısı bacım.





6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

Xeyr canım olmayıb nə hədiyyə alıblar hamısın bəyənmişəm zövqümü bilirlər deyə bəyəndyim hədiyyə alıblar.





7. Hədiyyə ilə bağlı bir sual da
verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını
istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə
verilə?


Tam səmimi deyim yox canım elə şeylərə danışan olmamışam nə hədiyə ediblər bəyənmişəm.



8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?

Sevdiyim insanla ilk doğum günümü indi brinci ilimizi qeyd elədik bacı çox maraqlı oldu.



9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Sevdiyim insan həyat yoldaşım mənə indi ad günümdə qızıl gül birdə qızıl üzük almışdı bacı çoxda bəyəndim hədiyyəsin.



10. Hər bir insan doğum günü
yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç
nə vaxtsa doğum gününü unudublar?


Xeyr canım unutmayıblar hər dəfə ad günümə az qalmış nəsə bir şey planlaşdırırlar.



11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Hə canım çox olub mənə sürpriz ediblər gözləmədiyim anda.



12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

Hə bacı olubdu 6 yaşım tamam olanda birdə 15 yaşımda böyük qeyd ediblər
ailəm heç vaxt yadımdan çıxmaz o illərin ad günüsü.Həmişə yadda qalan
anlar o ad günümdə olub.



13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Bir dəfə atam unudub ad günümü səhərisi xəbəri olmuşdu ki,bəs dünən ad
günüm idi sora könülümü aldı kukla birdə üzüknən könlümü aldı sağolsun
CANIM ATAM.



14. Canım bacım, bilirəm ki,
ailəlisən və soruşmaq istərdim ki, ailə həyatı qurduqdan sonra
keçirdiyin ilk doğum günün necə olub?


İlk doğum günümü indi qeyd elədik canım ailəmlə birlikdə çox gözəl
maraqlı oldu dağda qeyd elədik hamımız bir yerdə getdik qeyd elədik
qaldıq sora qayıtdıq bunun üçün ailəmə yoldaşıma çox təşəkkürlər.



15. Bəs sevdiyinin sənə toyunuzdan sonra ilk doğum günündə etdiyi hədiyyə necə, yadındaırmı?

Sevdiyim yoldaşım ilk ad günümü indi qeyd elədik mənə hədiyyə olaraq qızılgül birdə qızıl üzük aldı.



16. Canım mənim, bu ilk doğum
günündür ki, şirin balanla keçirdəcəksən. Bu an ürəyində yaşadığın o
gözəl duyğuları bizimlə bölüşməni istərdim.


Bu il doğum günümü qeyd elədim oğlum gəlməsinə az qalsada ele bilirem
oğlumla qeyd elədim inşallah yoldaşımın ad günündə oğlum artıq
iriləcək.Şükürlər olsun.



17. Bu qadinlar. biz-lilərlə
keçirdiyin ikinci doğum günündür, səhf etmirəmsə. Doğum gününü
saytımızda keçirmək sənə hansı hissləri yaşadır?


Çox gözəl mənim üçün xəbər hazırlanır qızlar məni təbrik edir çox
sevinirəm qızların təbrik şərhərini görəndə çox sevinirəm həmin xəbəi
atıram seçilmişləim xəbəinə tez tez girib oxyuam şərhləri.



18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

İlk təbriki vallah dəqiq bilmirəm görüm kim edəcək isdərdim təbrik eləsinlər etməyən olsada canınız sağ olsun deyirəm.



18. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

Bu yeni yaşımda isdəyirəm balam oğlum sağ salamat dünyaya gəlsin
mehriban xoş günlərnən keçən ailəmiz axıra qədər möhkəm olsun həmişə can
deyək can eşidək Rəbbim hər kəsi sevindirsin hər kəsə belə gözəl ailə
qismət eləsin.Amin.Səndə çox sağol bacı əziyyət çəkdin.

  

Bu günün SƏBƏBKARI - rüzgargülüm

 

 

Gözəlim,
gec də olsa səni bütün qəlbimlə təbrik edirəm... bir yaşına daha
girmənin xoşbəxtliyini yaşayarkən gələcəyin sənə ürəyindəki bütün
diləkləri verməsini, Həyatının hər dövründə xoşbəxt və sağlam olmağını
diləyirəm ... Ən əsası Tanrının sənə bəxş etdiyi körpə payını- balanı
sağ salamat qucağına alasan inşallah... Amin!

 


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!