Açıq söhbət - BARBİ (3)

Açıq söhbət - BARBİ (3)
Qadınlar.Co
10.09.2017 10
1. Əvvəlcə özünüzü təqdim edin.

Adım Əliyeva Şəhla



2. Həyata niyə gəldiyinizi bilirsinizmi?

Hər kəs həyata bir məqsəd üçün gəlir mənim məqsədim isə insanlara yaxşılıq etmək onlara kömək etmək pisliklərdən qorumaqdır. hər zaman istəmişəm ki varlı olum kasıblara kimsəsizlərə kömək edim..



3. Həyatımızın bir çox hissəsini sosial şəbəkələrdə keçiririk,sizcə bu hal həyatımızda nə kimi dəyişikliklərə səbəb olur?

Mən sosial şəbəkələrdən istifadə etmirəm nə də asılı deyiləm.Sosial şəbəkələr bir çox bəlalara gətirib çıxarır insanların psixologiyasını pozur ailəsini dagıdır vaxtını alir ve inanlar arasında soyuq münasibət yaradir.evvelki illərər nəzər yetirsək sosial şəbəkələrin olmadığı zamanlarda sanki insanlar daha mehriban daha isti munasibətliydi indi isə hər kəs hər yerdə əlində telefon sosial şəbəkələrə girirşsanki onlar həyatımızın ayrılmaz parçası olub



4. Son illərdə xəyanətlərin sayı getdikcə artır bunun səbəbidə sosial şəbəkələr ola bilərmi?

Xəyanətə səbəb yoxdur ancaq sosial şəbəkələrdə bir səbəbdir.İnsanların fikrini başqa şeylərə yünəldir ailələrini dağıdır.Məsələn 3 uşaq anasıdır əlində bütün gün telefon sosial şəbəkələrdə gün keçirir beləcə uşaqlarını ataraq başqa kişiyə qaçır



5. Sizin haqqınızda oxumuşam müsahibələrdə..Sevdiyiniz (ama indi nifrət etdiyiniz)insanla birlikdə olmaq şansınız olsa sonunuzun xoşbəxtlik olduğunu bilsəniz onunla birlikdə olarsınızmı?.. Ama düşünün ki o hal-hazırda ailəli deyil..

Heç vaxt heç vaxt heç vaxt ..... şansım olsa belə hə demərəm məni yarı yolda qoyan insan vaxt gələr yenə bu yola əl atar.tək kişi o qalsa belə dönüb baxmaram mən bir insani sildimsə gözümnən düşdüsə o insani heç vaxt həyatıma daxil etmerem.



6. Həyatınızda elə bir yalan olubmu ki onu dediyinizə görə indiyənədək peşmanlıq hissi keçirirsiniz?

Ümumiyyətlə yalan demək təbiətimdə yoxdur.Hər zaman addım atarkən sabahımı düşünürəm ona görə peşmançılıq yaşamıram.



7. Sizcə sevgi əslində bir həvəsdirmi?

Hər kəsə görə sevgi və sevgi anlayışı fərqlidir.Sevgi heç vaxt həvəslə müqayisə edilə bilməz. Mənimçün sevgi gəlib keçici həvəs deyil daimidir tükənməzxəzinədir.



8. Mən bunu heçvaxt etmərəm deyibdə həmin şeyi etməli olubsunuzmu ?

Etməmişəm .... Səbəbidə belə bir sözdür büyük lokma yut büyük konuşma ....



9. Niye saytimizda az yawli userler ustunluk tewkil edir?.

Mən sayta yeni girəndə demək olar əksəriyyət userlər yaşı kamala çatmış insanlar idi indi isə hamısı az yaşlı gənc nəsildir.Səbəbini yalnız belə izah edim az yaşlı userlər subaydır vaxtı boldur yaşı çox olan userlər isə hamısı ailəli iş güc sahibi insanlardir



10. Agilla sevmek yoxsa urekle?

Sevgi varsa orada ağıldan söz gedə bilməz .. Əgər sevirsənsə insani ürəyi idarə edir hər şeyə hissi yanaşırsan.Ümumiyyətlə mən ürəklə yox ağılla sevirəm.yalnız bir dəfə ürəyimlə sevdim onda da dərsimi aldım artiq duyğularimla yox ağlımla hərəkət edirəm.



11. Ağlınızla çox vaxt qalib gəlirsiniz yoxsa hisslərinizlə?

Əlbəttəki ağlımla hər zaman qalib gəlirəm. Heç vaxt hissi davranmıram əgər hislərimlə hərəkət etsəm heç vaxt qalib gələ bilmərəm.

Olmayıb çünki yalan mənimçün dözülməzdir yalançı insanları ətrafımdan uzaqlaışdırıram.



12. Çox sevdiyiniz birinin yalanını görübdə sevdiyiniz üçün üzünə vurmadığınız vaxt olubmu?

Həmişə demişəm yalannan sevə bilərsən ama yalannan nifrət ola bilməz.Elə buna gorə nifrəti sevirəm sevginin saxtası olsada nifrətin saxtası olmaz.



13. Nifrətin saxtası olurmu? (Sual qəribə gələ bilər ama dərindən düşündükdə cavab vermək mümkündür)

əmişə demişəm yalannan sevə bilərsən ama yalannan nifrət ola bilməz.Elə buna gorə nifrəti sevirəm sevginin saxtası olsada nifrətin saxtası olmaz.



14. Göz yaşları zəiflimizi göstərirmi?

Mənimçün hə zəiflikdir.Düzdür bəzən göz yaşı tökərkən ruhun boşalır rahatlayırsan ama yenədə kənar insanların yanında göz yaşı töke bilmərəm.Ağlasamda öz içimdə ağlaram göz yaşımın görünməsini istəməzdim.



15. Sizcə indiki dövrdə yalan sevgi olur yoxsa sevgi özü yalandır?

Hər kəsə şamil edə bilmərəm ama indiki dovrdə hər şeyin saxtasi var elə sevginin belə.İnsan ömründə ya bir dəfə sevər ya da iki dəfə indiki gənclər hər önünə gələni sevir hər çiçəkdən bir bal alır.



16. Subaylıq sultanlıqdır deyiblər bu sözlə razısınız???

Əlbəttə razıyam şəxsən mən subayam heç vaxt evlənməyi düşünmürəm.bir dəfə sevdim boyumun ölçüsünü aldım heç bir qüvvət məni evləndirə bilməz sevdiyimi olsa elə evlənmərəm.



17. Xəyanət və yalan arasında qalsanız hansını bağışlayarsınız?) Geriyə yol olmasa və məcbur birini seçməli olsanız..

Heç biri bağışlanılmazdır ama yenədəd yalanı bağışlayaram çünki yalan danışan insan sehvini anlayib bir də o səhvi təkrar etməz yalan danişmaz amma xəyanət edən insan hər zaman o səhvi təkrar edər.Məhz buna görə xəyanət bağışlanilmaz bir səhvdir....Xəyanət edən yenə də edər...



18. Həyatınızda hər hansı bir günü silmək şansını olsa hansı günü silərsiniz?

alnız bir günü silmək istərdim o da mənim qəlbimdə sirr olaraq qalsın.



19. Avtobusda azyaşlıların və ya əks cins nümayəndələrinin (yaşlı insanlara.hamilələrə. və s) yol verməməsinə münasibətiniz?.Sizin də bunu etdiyiniz zaman olubmu?Tam səmimi..

Tam səmimi eyim hə olub. onu da deyim ki diş həkiminnən gəlirdim halsız idim o zaman heç kəsə yol vermədim ama bunnan qeyri zamanlarda hər zaman böyüklərə yol verirəm.əgər sağlamsansa bir yerin ağrımırsa hər zaman böyüklərə hamilələrə yol verilməlidir.



20. Layihəni bəyəndiniz?

Layiheni çox bəyəndim.Bu gözəl layihəyə dəvət etdiyinizə görə təşəkkürlər.

 

P.S Bu user də diqqətimi çəkən userlərdəndir təklifimi əbul edib layihədə iştirak etdiyini üçün təşəkkürlər..İnşAllah bu dəfəki sualları və cavabları da bəyəndiniz..mümkün qədər bəzi sualları fərqli etdim hər dəfə eyni olmasın deyə..Qatılmaq istəyən userlər ismarıcla yaza bilər..(yaşının 18-dən yuxarı olmasını nəzərə alaraq)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!