Smart Start proqramına seçilən gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

Smart Start proqramına seçilən gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar
Qadınlar.Co
10.09.2017 3
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkətinin təşkil etdiyi "Smart Start” proqramı çərçivəsində
seçim prosesindən uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə
başlayıblar.



Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi
karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri
Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək,
praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf
etdirməkdir.



Gənclər arasında "Smart Start” proqramına olan böyük marağın nəticəsində
proqramda iştirak etmək üçün 1200 nəfərdən çox müraciət daxil olub və
seçim prosesindən müvəffəqiyyətlə keçən 32 nəfər təcrübə proqramında
iştirak hüququ qazanıb. İştirakçılar insan resursları, informasiya
texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri
xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə
iş, korporativ satış, biznes texnologiyaları, pərakənda satış və
distribusiya şöbələrində təcrübə keçməyə başlayıblar.



Təcrübə keçənlər arasında Bakcell şirkətinin Korporativ Sosial
Məsuliyyət proqramının tərəfdaşı olan SOS uşaq kəndlərindən də 3 nəfər
gənc var. Qeyd edək ki, SOS uşaq kəndləri ilə uzunmüddətli əməkdaşlıq
çərçivəsində təşkilatın himayəsində olan uşaqlar daim diqqət mərkəzində
saxlanılır və Bakcell tərəfindən həyata keçirilən müxtəlif layihə və
tədbirlərdə aktiv şəkildə iştirak edirlər.



Təcrübə müddətində iştirakçılar şirkətin mütəxəssisləri arasından
seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara
yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini, öyrənir, 
eyni zamanda  karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli
bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi
və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə
iştirak edirlər.



"Qeyri-neft sektorunun ən böyük investorlarından olan Bakcell,
cəmiyyətin iqtisadi və sosial həyatında aktiv iştirak edərək Azərbaycan
iqtisadiyyatının ən əsas prioritetlərindən olan gənclərin məşğulluğu
probleminin həllinə dəstək olmağa çalışır. Azərbaycanın əmək bazarında
ən böyük iş təminatçılarından biri olmaqla, biz bütün namizədlər üçün
eyni şərait yaradırıq və işə qəbul və seçim proseslərində şəffaflıq
prinsiplərinə riayət edirik. Yerli universitetlərlə yanaşı xaricdə
təhsil alan tələbələrin də "Smart Start” vasitəsilə öz vətənlərində
təcrübə keçmələri bizi xüsusilə sevindirir. Gənclər müasir iş həyatının
tələblərinə cavab verən praktiki biliklərə yiyələnməklə yanaşı yay
tətillərini səmərəli keçirmək üçün lazımi şəraitə malik olmalıdırlar.
Gənclərin peşəkar təcrübə üçün Bakcell şirkətini seçməsindən qürur
duyuruq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard
Şirer bildirib.  



Qeyd edək ki, 2014-cü ildə  keçirilən "Smart Start” proqramında iştirak
edən 22 nəfər gəncdən proqramı uğurla başa vuran 6 nəfər Bakcell
tərəfindən daimi iş yeri ilə təmin olunub.



Proqramda təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür.
Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2
ay müddətində "Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər
proqramda iştirak haqqında sənədlə təmin olunurlar.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!